Prezident seçkiləri

Avropa Parlamentinin deputatları Azərbaycanda prezident seçkilərini müşahidə edəcəklər

Bakı, 7 oktyabr (AzərTAc). Avropa Parlamentinin deputatları oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcəklər. Bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən AzərTAc-a məlumat verilmişdir.\r\nSəfər çərçivəsində deputatlar seçki orqanlarının, seçkiləri müşahidə edən beynəlxalq təşkilatların nümayəndələri və QHT təmsilçiləri ilə, eləcə də prezidentliyə namizədlər və siyasi analitiklərlə görüşəcəklər.\r\nAvropa Parlamentinin deputatları apardıqları müşahidənin nəticələri ilə bağlı oktyabrın 10-da mətbuat konfransı keçiriləcəklər.

Məntəqə seçki komissiyalarının üzvləri maarifləndirici treninqlərdə fəal iştirak edirlər

Tovuz, 23 sentyabr (AzərTAc). 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi dairə seçki komissiyasında məntəqə üzvləri üçün treninqlər başlamışdır.\r\nDairə seçki komissiyasının sədri Xəqani Vəliyev AzərTAc-a bildirmişdir ki, maarifləndirici məqsəd daşıyan treninqlərdə bütün məntəqə sədrləri, katibləri və üzvləri mərhələ-mərhələ iştirak edəcəklər. Ardını oxu »

Nərimanov rayonunu əhatə edən seçki dairələri dairə seçki komissiyalarında maarifləndirici treninqlərə başlanmışdır

Bakı, 23 sentyabr (AzərTAc). Sentyabrın 23-də 18 saylı Nərimanov-Nizami, 19 saylı Nərimanov I və 20 saylı Nərimanov II seçki dairələri dairə seçki komissiyalarında məntəqə seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlərə başlanmışdır. Ardını oxu »

Arxiv
Təqvim
Noyabr 2018
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 104
  • 43
  • 1,300
  • 4,180
ILK-10 Azeri Website Directory