Analitika

Prezident İlham ƏLİYEV: Bu gün Azərbaycan açıq şəkildə bəyan edilən mövqeyə malik olan ölkədir

Prezident İlham Əliyev bu gün Azərbaycan açıq şəkildə 30.04.2014Azərbaycan artıq dünya birliyində layiqli yer tutan ölkələr sırasına qoşulmaqdadır. Son on ildə həyata keçirilən islahatlar, demokratik prinsiplərin bərqərar olunması istiqamətində atılan qətiyyətli addımlar, insan hüquq və azadlıqlarının müdafiəsi üçün həyata keçirilən tədbirlər, iri infrastruktur layihələrin reallaşdırılması respublikamızın beynəlxalq aləmdə reytinqini daha da artırmışdır. Azərbaycan artıq dünyanın ən nüfuzlu beynəlxalq qurumlarının öz tədbirlərini keçirdiyi məkana çevrilib. Sivilizasiyalar, mədəniyyətlər və dinlərarası dialoqun məhz ölkəmizdə keçirilməsi Azərbaycana olan etimadın bariz nümunəsidir. Azərbaycanın dinlər və sivilizasiyalararası dialoq mərkəzinə çevrilməsi xüsusi olaraq qeyd edilməlidir.\r\nSon illərdə MDB Dinlərarası Şurasının, MDB Müsəlmanları Məşvərət Şurasının, Qafqaz Xalqları Ali Dini Şurasının toplantılarının, xüsusən, dünya dini liderlərinin sammitinin Bakıda keçirilməsi Azərbaycandakı dini sabitliyi, tolerantlıq mühitini və ifadə azadlığını bütün dünyaya bir daha bariz şəkildə nümayiş etdirib. Belə beynəlxalq əhəmiyyətli tədbirlərin respublikamızda keçirilməsinin əsas üstünlüyü ondan ibarətdir ki, dünyanın tanınmış siyasi xadimləri, ekspertləri, keçmiş dövlət və hökumət başçıları öz fərdi təcrübələrini, biliklərini, bacarıqlarını açıq şəkildə paylaşır və ölkəmizin inkişafının şahidi olurlar. Ardını oxu »

Erməni saxtakarlığının ifşası

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Nailə Vəlixanlının\r\n Rusiya EA Şərqşünaslıq İnstitutunun “Vostok” jurnalında dərc edilmiş rəyi haqqında\r\nAzərbaycan tarixçisinin yerli mətbuatda, elmi jurnallarda sanballı məqalələrlə çıxış etməsi, müxtəlif problemlər haqqında bədxah qonşularımızın tədqiqatçıları ilə elmi polemikaya girməsi, onların yalan və saxta mülahizələrini tənqid, bir sıra hallarda isə təkzib etməsi son onilliklərdə tez-tez qarşılaşdığımız mənzərədir. Milli maraqların qorunması üçün vətəndaş mövqeyinin aydın ifadə edilməsi, tarixi keçmişimizə sahib çıxılması, bədxah niyyətlərini ifşa olunması sahəsində atılan addımları təbii qəbul etməyimiz də bununla bağlıdır. Ardını oxu »

Prezident İlham Əliyevin müəyyən etdiyi hücum taktikası Azərbaycan diplomatiyasının uğurlarını artırır

Prezident İlham Əliyev 29.04.2014Prezident İlham Əliyev öz çıxış, nitq və müsahibələrində dövlətimizin qüdrətləndirilməsi və ölkəmizin daha da inkişaf etdirilməsi üçün aydın istiqamətlər müəyyən edir, həmin istiqamətlərin icrası üçün dövlət məmurlarına, məsul şəxslərə konkret tapşırıqlar verir və sonra özü hamıya nümunə göstərir. Bilavasitə cənab Prezidentin xarici siyasətdə müəyyən etdiyi hücum taktikasının icra edilməsində də bu nümunənin şahidi oluruq. Prezidentin Praqa səfərində nümayiş etdirdiyi qətiyyət bir daha sübut etdi ki, Azərbaycan diplomatiyası xalqımızın və dövlətimizin mənafelərinin təmin olunması üçün ən kəsərli addımları atmaq iqtidarındadır. Ardını oxu »

Ermənistan rəhbəri qaş düzəltmək əvəzinə, göz tökdü

Son vaxtlar başabəla erməni siyasətçilərinin qondarma “erməni soyqırımı”nın 100 illiyi adı ilə xarici aləmdə hay-küy qoparması, Türkiyə dövlətinə qarşı böhtan və şər kampaniyası aparması hər bir ağılı başında olan insanda haqlı təəccüb və təəssüf hissi doğrur. Lakin neyləyəsən ki, əsl həqiqətdən bixəbər olub, erməni təbliğatının təsirinə düşənlər də tapılır. Ona görə də millətçi erməni ideloqları və onların bədnam niyyətlərini dövlət siyasəti səviyyəsinə qaldıran rəsmi dairələr bu yalan ruporunu yenidən var gücləri ilə işə salırlar.\r\nMillətçi, terrorçu və separatçı Ermənistanın Dağlıq Qarabağda azərbaycanlıların soyqrımına rəhbərlik etmiş prezidenti Serj Sarkisyanın bu günlərdə Praqada keçirilən nüfuzlu beynəlxalq sammitdə Avropa ölkələrinin başçıları qarşısında qardaş Türkiyənin ünvanına söylədiklərinin bir adı var: həyasızlıq! Ardını oxu »

Azərbaycan Prezidenti həm danışıqların nəticəsindən, həm də bütünlükdə Minsk qrupu həmsədrlərinin fəaliyyətindən narazıdır

Azərbaycan Prezidenti Administrasiyasının\r\n ictimai-siyasi məsələlər şöbəsinin müdiri\r\n Əli Həsənovun APA-ya müsahibəsi\r\n– Yeni Azərbaycan Partiyasında rəhbəri olduğunuz “Partiyalararası Komissiya”da ancaq parlamentdə təmsil olunan partiyalarla, yoxsa digərləri ilə də münasibət nəzərdə tutulur?\r\n– Biz keçən dəfə komissiyanın iclasını keçirərkən, mən belə bir təklif irəli sürdüm ki, növbəti dəfə bu, təkcə komissiya üzvlərinin iclası olmasın. Eyni zamanda, parlamentdə təmsil olunan digər siyasi partiyaların da nümayəndələrini dəvət edək. Çünki komissiyanın əsas fəaliyyəti partiyalararası dialoq və əməkdaşlıq qurmaqdan ibarətdir. Yeni Azərbaycan Partiyası hakimiyyət partiyasıdır və partiyanın sədri ölkə prezidentidir. Ardını oxu »

Prezident İlham ƏLİYEV: Bu gün Naxçıvan sözün əsl mənasında inamla, uğurla inkişaf edir

Prezident İlham Iliyev bu gün Naxçıvan 12.04.2014Naxçıvanın qədim dövlətçilik tarixi var. Hətta qədim Atabəylər dövlətinin mərkəzi Naxçıvan olub.Təsadüfi deyildir ki, 90 il bundan əvvəl Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət statusu verilmişdir. Söz yox ki, ölkəmizin ərazi bütövlüyünə qarşı zaman – zaman ədalətsizlik, qeyri – obyektivlik olub. Bütün bunlara baxmayaraq, Azərbaycanın ərazi bütövlüyü bu gün də beynəlxalq aləmdə tanınır və dəstəklənir. Nankor qonşumuz olan Ermənistan dövləti Naxçıvanı blokada şəraitində saxlasa da, onlar öz çirkin niyyətlərinə nail ola bilməyiblər. Bu gün Naxçıvan sürətlə inkişaf edir, bu məkanda bütün məsələlər uğurla inkişaf edir. Ardını oxu »

Prezident İlham ƏLİYEV: Bütün dövlət idarələrində, xüsusilə vətəndaşlarla təmasda olan dövlət qurumlarında korrupsiyaya, rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılmalıdır

Prezident İlham Əliyev 27.01.2014Yanvarın 9-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmizin ötən il qazandığı nailiyyətlər barəsində ətraflı məlumat verilmişdir. İlin yekunları bir daha təsdiqləyir ki, ölkəmizin iqtisadi qüdrəti ildən-ilə artır, dünya birliyinə inteqrasiyası daha da sürətlənir və beynəlxalq aləmdəki reytinqi getdikcə yüksəlir.\r\nDövlətimizin başçısı yekun nitqində 2014 – cü ildə qarşıda duran vəzifələrin icrası istiqamətində tapşırıq və tövsiyələrini də verdi. Ardını oxu »

Qəhrəmanlıq tariximizin “20 Yanvar”səhifəsi

Qəhrəmanlıq tariximizin 13.01.2014\r\n\r\n \r\n\r\n20 Yanvar faciəsindən 24 il ötür. Ancaq həmin o məşəqqətli günlər hər birimizin yaddaşına əbədi həkk olunub. Həmin gün Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. 1990 – cı ilin 20 yanvar günü uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Ardını oxu »

Prezident İlham Əliyev: Bizim hamımızın bir Vətəni var – Azərbaycan

Prezident İlham Əliyev bizim 27.12.2013Dünya azərbaycanlılarının həmrəyliyi ölkəmizin\r\n beynəlxalq aləmdəki mövqeyini daha da artırır\r\n31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli təqvimimizə 22 il əvvəl tarixi bir bayram kimi qəbul edilmişdir. Dünya azərbaycanlılarının birliyi, soydaşlarımızın həmrəyliyi ideyası məhz ulu öndər Heydər Əliyevin xalqımız və Vətənimiz qarşısında göstərdiyi tarixi xidmətlərindən biridir. 1991-ci il dekabr ayının 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyası Milli Həmrəylik və Birlik Gününün təsis edilməsi barədə qərar qəbul etdi. Bu günün hər il dekabrın 31-də qeyd olunması qərara alındı. Eyni zamanda, bu günün bütün Azərbaycanda qeyd olunması üçün Respublika Ali Sovetinə təklif verildi. Bununla da ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının birlik və həmrəylik ideyasını dövlət siyasəti səviyyəsinə qaldırmağa nail olmuşdur.\r\nÜmummilli liderin siyasi uzaqgörənliyi sayəsində hər il 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi təntənəli şəraitdə qeyd edilir. Bu tarixi gün – Azərbaycan xalqının birlik şüarının simvolik günüdür. Planetimizin müxtəlif yerlərində yaşayan hər bir azərbaycanlı üçün əziz olan bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlıya əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Ardını oxu »

Prezident İlham ƏLİYEV: Azərbaycan heç vaxt tarixdə bu qədər güclü olmamışdır

Prezident İlham Əliyev 4.12.2013Azərbaycan cənab İlham Əliyevin yeni prezidentlik dövrü ilə daha böyük uğurlar əldə etmək üçün inkişafın yeni mərhələsinə qədəm qoydu. Müdrik və uzaqgörən Azərbaycan xalqı gələcək taleyi baxımından zaman-zaman ona xeyirli olanı seçmiş və dəyər vermişdir. Ölkənin əlamətdar hadisələrindən biri olan 2013-cü il 9 oktyabr seçkilərində də xalq gələcəyə hesablanmış uğurlu seçimini böyük məhəbbətlə və elliklə həyata keçirərək onu uğurlu sabaha, təminatlı gələcəyə aparan, hər bir fərdin maraq və mənafeyini özündə ehtiva edən siyasətə səs verdi. Əslində, Azərbaycan xalqı son 10 ildə qazanılan böyük nailiyyətlərə, sürətli inkişafa və uğurların davam etdirilməsinə səs verdi. Çünki son 10 ildə Azərbaycan dövlətinin siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmləndi, ölkəmizin dünyadakı nüfuzu artdı. Ardını oxu »

Arxiv
Təqvim
Sentyabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 165
  • 26
  • 951
  • 2,825
ILK-10 Azeri Website Directory