Analitika

Azərbaycanın milli, demokratik inkişafının mötəbər qarantı

Azərbaycanın dövlət müstəqilliyinin iyirmi ikinci ildönümü ərəfəsində azad, ədalətli və şəffaf şəraitdə keçirilən 9 oktyabr prezident seçkiləri xalqımızın siyasi iradəsini tam əks etdirmiş, demokratikləşmə və sosial-iqtisadi inkişaf prosesinə yeni təkan vermişdir. Seçicilərin böyük əksəriyyətinin cənab İlham Əliyevə səs verməsi ulu öndərin siyasi kursuna Azərbaycanda alternativ olmadığını, onun milli inkişafda mühüm rol oynadığını növbəti dəfə təsdiqləmişdir. Seçkinin nəticələri hər bir vətəndaşın mənafeyi uca tutulmaqla həyata keçirilən inkişaf konsepsiyasının böyük ictimai etimada, dəstəyə malik olduğunu göstərmişdir. Ardını oxu »

Xalq öz Prezidentinə inanır, güvənir və etibar edir

Seçkilər hər bir xalqın tarixində həlledici rol oynayan, onun gələcək inkişaf yolunu müəyyən edən mühüm siyasi hadisədir. Bu prosesin məntiqi yekunu olaraq hər bir xalq öz taleyini inandığı, etibar etdiyi siyasi liderə bağlayır. Fəaliyyətində ictimai rəyə əsaslanan, hər bir şəxsin mənafeyini özündə əks etdirən siyasət hər zaman ictimai etimad qazanır, bəyənilir və dəstəklənir. Ardını oxu »

Prezident İlham Əliyevin zəngin idarəçilik təcrübəsi və müasir dünyagörüşü bizi daha böyük uğurlara aparacaq

Prezident İlham Əliyevin zəngin idarəçiliyi 21.10.2013\r\n\r\n \r\n\r\nXalqımızın, türk dünyasının və bütövlükdə Avrasiyanın böyük maraqla izlədiyi və diqqətlə gözlədiyi tarixi bir proses başa çatdı. Bu proses Azərbaycanda keçirilən növbəti prezident seçkiləri idi. Ölkə əhalisi və xaricdəki dostlarımız Azərbaycanda sabitliyin, əmin-amanlığın və ən başlıcası isə inkişafın davam etməsini arzulayır.\r\nBu isə Heydər Əliyev siyasi kursunun davam etdirilməsi nəticəsində mümkündür. Ölkədə hamı yaxşı başa düşürdü ki, Heydər Əliyev siyasətinin davam etdirilməsinin ən doğru yolu Azərbaycanda keçirilən 2013-cü il prezident seçkilərində cənab İlham Əliyevin qalib gəlməsidir. Ona görə də seçki ilinin geridə qalan aylarında Azərbaycan xalqı cənab İlham Əliyevin növbəti dəfə prezident seçilməsini arzu etməklə kifayətlənmir, həm də hər bir insan arzu olunan bu qələbəyə öz fərdi töhfəsini verməyə çalşırdı. Mən bunu yaşadığım Binəqədi rayonunun sakinlərinin timsalında dönə-dönə gördüm və şahidi oldum ki, böyük quruculuq işləri həyata keçirilən Binəqədi rayonunun sakinləri 9 oktyabr seçkilərində necə fəallıq nümayiş etdirdilər. Ardını oxu »

Seçkilərdə cənab İlham Əliyevin qələbəsi ölkə vətəndaşlarının Azərbaycan Prezidentinə böyük etimad bəsləməsinin, onun siyasi kursunu birmənalı şəkildə dəstəkləməsinin bariz ifadəsidir

Seçkilərdə Cənab İlham Əliyev 14.10.2013\r\n\r\n \r\n\r\nAzərbaycanda oktyabrın 9-da keçirilən prezident seçkiləri azad, şəffaf, ədalətli və demokratik şəraitdə başa çatdı. Seçkilərdə seçicilərin mütləq əksəriyyəti öz səsvermə hüququndan istifadə etdi. Seçicilərin yüksək fəallıq nümayiş etdirməklə ölkəmizin həyatında bu çox mühüm siyasi kampaniyaya böyük maraq və diqqət göstərdikləri bir daha öz ifadəsini tapdı.\r\nMərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun prezident seçkilərinin ilkin yekun nəticələri ilə bağlı mətbuat konfransında dedikləri də bu fikri təsdiqləyir: Ardını oxu »

Radikal müxalifətin sonuncu mitinqi düşərgə daxilində kəskin ziddiyyətlərin olduğunu qabarıq şəkildə büruzə Verdi

Sönük aksiya müxalifətlə xalq arasında dərin uçurum olmasının göstəricisidir\r\nRadikal düşərgə növbəti mitinqini keçirdi. Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış sonuncu mitinq bütün həqiqətləri üzə çıxartdı. Bir daha məlum oldu ki, müxalifət düşərgəsinin heç bir sosial bazası yoxdur. Ardını oxu »

Tarixin ibrət dərsləri

Vətənə xəyanət edənlər Vətənsiz qalar…\r\nİyunun 15-də xalqın təkidi ilə yenidən ölkə rəhbərliyinə qayıdan Heydər Əliyev bütün gücünü Gəncədə baş vermiş qardaş qırğınının qarşısını almağa sərf edirdi. Belə bir gərgin vaxtda Əlikram Hümbətov əsl simasını göstərdi, özünün sərsəm çıxışları ilə ictimaiyyətin qəzəbinə səbəb oldu.Cəsarəti çatıb Ə.Hümbətovun dediklərinə etiraz edənlər həbs olunur, heç bir əsas göstərilmədən işgəncəyə məruz qalırdı. İpə-sapa yatmayanlar isə Cəmil Hacıyevin avtomatçılardan ibarət cəza dəstəsinin qəzəbinə tuş gəlirdi. Yuxarılardan bir o qədər də təzyiq hiss etməyən Əlikram Hümbətov daha geniş əl-qol açır, ona tabe olmayan icra hakimiyyəti başçılarını silah gücünə dəyişdirir, bəzi rayonlara özünün nümayəndəsini təyin edirdi. Ardını oxu »

“EL” hərəkatı separatçıları və xəyanətkarları dəstəkləyir

Radikal müxalifət antimilli qüvvələrlə həmrəy olduğunu ört-basdır edə bilmir\r\nDağıdıcı müxalifət nümayəndələrinin Azərbaycanda ictimai – siyasi sabitliyi pozmaqda maraqlı olan dairələrlə əlbir olması və onların çirkli pulları hesabına sifarişlərini yerinə yetirmələri ilə zaman-zaman qarşılaşmışıq. Ölkəmizin inkişafını və dünya birliyinə inteqrasiyasını gözü götürməyən antiazərbaycan dairələr Azərbaycanda milli-etnik zəmində ziddiyyətlər yaratmaq kimi rəzil üsullardan da istifadəyə əl atırlar. Təəssüf edirik ki, bu təxribatların da həyata keçirilməsində müxalifət adından yararlanan bir qrup xəyanətkardan istifadə olunur. Ardını oxu »

Arxiv
Təqvim
Noyabr 2018
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 106
  • 45
  • 1,302
  • 4,182
ILK-10 Azeri Website Directory