Səhiyyə

Heydər Əliyev Fondu Bolnisi rayonuna təcili tibbi yardım avtomobili hədiyyə edib

Heydər Əliyev Fondu Gürcüstanın Bolnisi rayonuna təcili tibbi yardım avtomobili hədiyyə edib.

AZƏRTAC xəbər verir ki, Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov avtomobili iyunun 15-də rayon rəhbərliyinə təqdim edib.

Azərbaycan-Gürcüstan dostluğundan danışan Fuad Muradov xalqlarımız arasındakı münasibətlərin nümunə olduğunu, heç kimin bu əlaqələrə zərər vura bilməyəcəyini xüsusi qeyd edib. Ardını oxu »

Saçların uzanması üçün su içməyin böyük əhəmiyyəti var

Su dünyada mövcud olan dörd vacib ünsürdən biridir və onu əbəs yerə həyat mənbəyi hesab etmirlər. İnsan bədənində də ən çox suya tələbat duyulur.

AZƏRTAC xəbər verir ki, suyun çoxlu faydaları var və onu yalnız yay aylarında deyil, ilin bütün fəsillərində içmək lazımdır.

Ağız qoxusundan xilas olmaq üçün ən səmərəli vasitələrdən biri su içməkdir. Saçların uzanması üçün də su içməyin böyük əhəmiyyəti var. Ardını oxu »

Tütün ürəyi məhv edir

Mayın 31-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “31 May 2018-ci il: Dünya Tütünsüz Gününün 30 illik yubileyi” mövzusunda kütləvi informasiya vasitələrinin iştirakı ilə “dəyirmi masa” keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirin əsas məqsədi bu günün tarixi və bu ilki mövzusu olan “Tütün ürəyi məhv edir” devizinin açıqlaması, tütünlə mübarizə ilə bağlı dövlət səviyyəsində görülmüş işlərin Ardını oxu »

Ana südü ilə qidalanmaya dair vəsait hazırlanıb

Ana südü ilə qidalanma uşaqların sağlamlığı üçün çox vacibdir. Doğuşdan sonra bir saat ərzində ana südü ilə qidalanma yeni doğulan körpəni infeksiyadan qoruyur və həyatını xilas edir. Südəmər yaşlı körpələr qismən və ya ümumiyyətlə ana südü ilə qidalanmasa, onların diareya və digər infeksiyalara yoluxma riski daha yüksəlir. Ardını oxu »

Əhalinin tibbi müayinəsi Şuşa rayonu üzrə uğurla icra olunur

Respublikamızın sosial-iqtisadi inkişafı səhiyyə sisteminə də öz müsbət təsirini göstərmişdir. Son illərdə Azərbaycanda yüzlərlə iri səhiyyə obyektləri inşa olunmuş, tibb müəssisələri yenidən qurulmuş, müxtəlif müalicə ocaqları əhalinin istifadəsinə verilmişdir.

Azərbaycanda baş verən sürətli iqtisadi inkişaf ölkə əhalisinin hərtərəfli pulsuz tibbi müayinədən keçməsini də təmin etmişdir. Ardını oxu »

Akademik Zərifə Əliyevanın həyat yolu Azərbaycan gəncliyi üçün əsl nümunədir

Aprelin 6-da Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) nəzdində fəaliyyət göstərən Bakı Ürək Mərkəzində görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyinə həsr edilmiş “Səhiyyədə müasir nailiyyətlər” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə akademik Zərifə Əliyevanın həyat və elmi fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Ardını oxu »

Süfrələr yaraşığı, məclislər bəzəyi və… sağlamlıq vasitəsi

Badam süfrələr yaraşığı, məclislər bəzəyidir. Qənnadı sənayesində onun şirin ləpələrindən istifadə edilərək müxtəlif şirniyyatlar hazırlanır. Lakin badam müalicə vasitəsi kimi tibdə də geniş istifadə olunur.

AZƏRTAC xəbər verir ki, badam ləpələri doymamış yağ turşuları və bitki zülallarının təbii mənbəyidir və həmin maddələr orqanizmdə rahat mənimsənilir.

Ardını oxu »

Respublikanın baş onkoloqu: Xərçəng sağalan xəstəlikdir

Xərçəng xəstəliyi birinci və ya ikinci mərhələdə aşkar olunarsa, onun sağalmasına nail olmaq mümkündür. Ona görə də cəmiyyətdə ayrı-ayrı fərdlər xərçəng xəstəliyi, onun yaranması yolları və ilkin əlamətləri haqqında zəruri biliklərə malik olmalı və özləri bu xəstəliyin vaxtında aşkarlanmasında həkimlərə kömək etməlidirlər.

Bu fikirlər 4 fevral – Ümumdünya Xərçəng Günü münasibətilə Gəncə şəhərində təşkil olunmuş aksiyada Milli Onkologiya Mərkəzinin baş həkimi, Azərbaycan Respublikasının baş onkoloqu professor Azad Kərimov tərəfindən səsləndirilib. Ardını oxu »

IV Beynəlxalq tibb konqresi

Azərbaycan Tibb Universitetində (ATU) Həkimlərin IV Beynəlxalq Tibb Konqresində Almaniya, Rusiya, Türkiyə, Özbəkistan və digər ölkələrdən olan tibb mütəxəssisləri, eyni zamanda, ATU-nun professor-müəllim heyəti iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə universitetin foyesində ümummilli lider Heydər Əliyevin büstünü ziyarət etdilər. Dövlət himni səsləndikdən sonra ATU-nun rektoru, professor Gəray Gəraybəyli çıxış edərək Tələbələr və Gənc Həkimlərin Beynəlxalq tibb konqresinin təşkilinin artıq ənənə halını aldığını bildirdi.

Ardını oxu »

17 İYUN – TİBB İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI GÜNÜNDƏ

BU MÜNASİBƏTLƏ YEVLAXIN TİBB İŞÇİLƏRİ BİR ARAYA GƏLİBLƏR

1 Həmin gün İcbari Tibbi Sığortanın tətbiq olunduğu pilot tibb müəssisəsində – Rayon Mərkəzi Xəstəxanasında 17 iyun Tibb İşçilərinin peşə bayramı qeyd olunub.

Tədbirdə çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığrorta şöbəsinin müdiri Vüqar Qurbanov icbari tibbi sığortanın tətbiqi sahəsində görülən genişmiqyaslı işlər barədə məlumat verib. Ardını oxu »

Arxiv
Təqvim
Sentyabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 165
  • 26
  • 951
  • 2,825
ILK-10 Azeri Website Directory