Səhiyyə

İCBARİ TİBBİ SIĞORTA

3 HƏFTƏLİK SƏYYAR KURSLAR ARTIQ FƏALİYYƏTƏ BAŞLAYIB

\r\n

 Mərkəzi Şəhər Xəstəxanasındayıq. Geniş akt salonunda sağlamlığımızın keşiyində duran yerli həkimlər toplaşaraq diqqətlə mühazirəyə qulaq asırlar. Onların ilk mərhələdə 3 həftə vaxtları var. Bu müddət ərzində tibbin müxtəlif sahələri üzrə mütəxəssislərin oxuduqları mühazirələrə qulaq asacaq, öz sual, düşüncə və rəylərini səsləndirəcək və ən başlıcası üzərlərində səylə çalışacaqlar.

\r\n Ardını oxu »

“QAN VER, YAŞAT!” DEVİZİ ALTINDA NÖVBƏTİ KÖNÜLLÜ QANVERMƏ AKSİYASI KEÇİRİLİB

  Bu gün Mərkəzi Elmi Kitabxananda bu təşkilatın təşəbbüsü, Qızıl Aypara Cəmiyyətinin AMEA bölməsinin və B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə “Qan ver, yaşat!” devizi altında növbəti könüllü qanvermə aksiyası keçirilib.\r\n\r\nQızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə humanitar aksiyanın məqsəd və əhəmiyyətindən danışıb. “Aksiyanın Azərbaycanda Qızıl Aypara Cəmiyyətinin yaradılmasının təşəbbüskarı, görkəmli hərbi xadim, general-leytenant Əliağa Şıxlinskinin doğum günündə keçirilməsinin heç də təsadüfi olmadığını bildirib.\r\n Ardını oxu »

“Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” təsdiq edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə\r\n\r\n“Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” təsdiq edilib.\r\n\r\nAZƏRTAC xəbər verir ki, Qərara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Nazirlər Kabineti ilə razılaşdırmaqla üç ay müddətində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tabeliyində ərazi prinsipi əsasında tibbi-sosial ekspert komissiyaları yaratmalı, onların dislokasiyasını və sayını müəyyən etməlidir. Ardını oxu »

DƏRMANLARIN QİYMƏTİ OPTİMAL SƏVİYYƏDƏ OLACAQ

“Qanunvericiliyə əsasən sadəcə satışda olan dərman vasitələrinin deyil, dövlət qeydiyyatına alınmış bütün dərman vasitələrinin qiymətləri tənzimlənməlidir. Belə ki, beynlxalq təcrübədə də  dövlət qeydiyyatından keçmiş dərman vasitələri adətən aktiv və passiv dərman vasitələri olmaqla 2 qrupa ayrılır. Faktiki satışda olan dərman vasitələri aktiv, satışda olmayanlar isə passiv dərman vasitələri adlanır”. Bunu Tarif (qiymət) Şurasının katibi İlkin Məcidov deyib.

\r\n Ardını oxu »

Gəncədə ikinci beynəlxalq onkoloji elmi konfrans keçirilib

\r\n\r\n

Sentyabrın 27-də Gəncədə ikinci beynəlxalq onkoloji elmi konfrans keçirilib.\r\n\r\nAZƏRTAC xəbər verir ki, dünyanın tanınmış onkoloqlarının qatıldıqları konfransın iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.\r\n\r\n“Ramada Plaza” otelində keçirilən elmi konfransı giriş sözü ilə açan respublikanın baş onkoloqu Azad Kərimli alimlər, tədqiqatçılar və həkimlər arasında əməkdaşlıq əlaqələrinin qurulması, səhiyyə sahəsində ən son nailiyyətlər ətrafında fikir mübadiləsinin aparılması, eləcə də qazanılan uğurların geniş təbliği baxımından tədbirin əhəmiyyətini xüsusi vurğulayıb.\r\n\r\n Ardını oxu »

Baş nazirin müavini: Dərman preparatlarının keyfiyyətli olması ən vacib məsələdir

\r\n\r\n

Azərbaycan Respublikası Prezidentinin 18 mart 2015-ci il tarixli Fərmanı ilə Nazirlər Kabinetinə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasının, Tarif Şurasına isə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinin təmin edilməsi tapşırılıb. Fərmanın icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 3 iyun 2015-ci il tarixli qərarla “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası” təsdiq edilib. Ardını oxu »

Ekspertlər: Uşaqları kompyuter, planşet və smartfonlardan qoruyun

\r\n\r\n

Alimlər valideynlərə xəbərdarlıq edir.\r\n\r\nAZƏRTAC “The Daily Mail”ə istinadla xəbər verir ki, elm adamları valideynləri ciddi xəbərdarliq edir. Tədqiqatçıların qənaətinə görə, uşaqlar gün ərzində kompyuter, planşet və smartfonlardan 30 dəqiqədən artıq istifadə etməməlidir. Əks təqdirdə valideynlər bilməlidir ki, azyaşlı uşaqlar başını elektron cihazlarla yarım saatdan çox qatarsa, onlar 10-15 il sonra kəskin xroniki xəstəlikdən, osteoxondrozdan əziyyət çəkəcəklər.\r\n\r\n Ardını oxu »

100 il sağlam yaşamaq mümkündürmü

Bu baxımdan Pol Breqqin sağlamlıq nəzəriyyəsi xüsusi maraq kəsb edir. Çünki o, hətta 120 il sağlam və qocalmadan yaşamağın insan üçün çətin olmadığını bildirirdi. İdman təlimatçısı kimi əmək fəaliyyətinə başlayan Breqq ötən əsrin 30-cu illərindən sağlamlıqla bağlı məqalələrlə çıxış etmiş, təcrübələrini təkmilləşdirərək dünyada milyon tirajlarla nəşr edilib yayılan nadir sağlamlıq sistemlərindən birini yaratmışdır. Ardını oxu »

Gəncədə 600 uşaq tibbi müayinədən keçirilib

1Gəncədəki 3 saylı uşaq poliklinikasının həkimləri növbəti müayinə aksiyasını şəhərdəki 14 nömrəli orta məktəbdə keçiriblər. Həkim briqadasının tərkibinə daxil edilmiş pediatr, stomatoloq, oftalmoloq, nevropotoloq və digər ixtisaslı tibb işçiləri aksiya zamanı 600 şagirdi müayinə ediblər.\r\nPoliklinikanın baş həkimi Svetlana Salahova AZƏRTAC-a deyib ki, müayinə zamanı uşaqlarda elə bir ciddi xəstəlik aşkar olunmayıb. Ancaq bir neçə uşaqda müxtəlif göz xəstəliləri, dişlərdə karies və onurğa əyilmələri müəyyənləşdirilib. Bununla bağlı valideynlərlə söhbət aparılaraq, həmin xəstəliklərin aradan qaldırılması üçün tövsiyyələr verilib.

“Sağlamlıq aylığı”na start verildi

2\r\n\r\n \r\n\r\nAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən il əhalinin ümumi profilaktik müayinələrə cəlb olunması ilə bağlı verdiyi tapşırığa əsasən, Səhiyyə Nazirliyi tərəfindən ölkəmizdə “Sağlamlıq aylığı” adlı aksiyaya start verilmişdir.\r\nHazırda bütün ölkədə olduğu kimi, paytaxtın Nərimanov rayonunda da bu istiqamətdə konkret tədbirlər həyata keçirilir, sakinlər mütəşəkkil şəkildə tibbi müayinələrə cəlb edilir. Dünən rayonda yerləşən 8 nömrəli şəhər poliklinikasında əhalinin tibbi müayinəsi keçirildi. Ardını oxu »

Arxiv
Təqvim
Sentyabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 14
  • 10
  • 800
  • 2,674
ILK-10 Azeri Website Directory