Məktublar

Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik

\r\n\r\n

Hörmətli həmvətənlər!\r\n\r\nMübarək Ramazan bayramı münasibətilə sizi ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.\r\n\r\nMüqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq, qardaşlıq, mərhəmət, şəfqət və bərabərlik yoluna dəvət edir, əxlaqi saflığın, xeyirxah əməllərin təntənəsini nümayiş etdirir. İnsanların qəlbini və ruhunu ilahi hikmətlərlə nurlandıran bu bayram günlərində mömin vətəndaşlarımız din qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirir, mənəvi zənginliyin, əxlaqi kamilliyin sevincini yaşayırlar.\r\n\r\n Ardını oxu »

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 \r\n\r\nZati-aliləri!\r\n\r\nAzərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunam.\r\n\r\nAzərbaycan xalqı öz dövlətçiliyini qorumaq, uğurlu, sabit və müstəqil dövlət qurmaq üçün müxtəlif çətinlikləri dəf edib. Bu gün ölkənizin irəliləyişini və tərəqqisini aydın görürük. Səmimi qəlbdən inanıram ki, Sizin rəhbərliyinizlə Azərbaycan Respublikasının gələcəkdə də yeni inkişaf zirvələri və uğurlar əldə edəcəyinə şahid olacağıq. Ölkənizlə güclü tarixi əlaqələrimiz olduğu üçün əminəm ki, bizim birgə səylərimizlə Gürcüstan ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətləri xalqlarımızın qarşılıqlı mənafeyi naminə daha da dərinləşəcək və möhkəmlənəcəkdir.\r\n\r\nFürsətdən istifadə edərək, icazə verin, Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə göstərdiyiniz möhkəm dəstəyə görə Sizə minnətdarlığımı bildirim.\r\n\r\nZati-aliləri, Sizə ən dərin ehtiramımı bildirir, dost Azərbaycan xalqının sülh və tərəqqisi naminə göstərdiyiniz səylərdə daim uğur qazanmağınızı arzu edirəm.\r\n\r\nDərin hörmətlə,\r\n\r\nGiorgi MARQVELAŞVİLİ,\r\n\r\nGürcüstanın Prezidenti

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!\r\n\r\nMilli bayramınız – Respublika Günü münasibətilə Sizi və dost Azərbaycan xalqını ürəkdən təbrik edirəm.\r\n\r\nAzərbaycan son illər iqtisadi və sosial sahələrdə böyük uğurlar qazanıb, beynəlxalq arenada mövqelərini möhkəmləndirib.\r\n\r\nDağıstanlılar Azərbaycanın regionda və dünyada iqtisadi, ictimai-siyasi və mədəni inkişafın bir çox istiqamətlərində inamla aparıcı mövqelərə çıxmasına səmimi qəlbdən sevinirlər.\r\n\r\nDağıstan ilə Azərbaycanı möhkəm dostluq və mehriban qonşuluq telləri bağlayır. Azərbaycan Respublikası Dağıstan Respublikasının ənənəvi böyük xarici ticarət tərəfdaşıdır. Biz Azərbaycan rəhbərliyinin tərəfdaşlıq münasibətlərini uğurla inkişaf etdirməyə, qarşılıqlı faydalı layihələr həyata keçirməyə səmimi çalışmasını yüksək qiymətləndiririk və buna Dağıstana xüsusi münasibətin əlaməti kimi baxırıq.\r\n\r\nRusiya Federasiya ilə Azərbaycan Respublikası arasında qarşılıqlı anlaşmanın və əməkdaşlığın yüksək səviyyəsini nəzərə alaraq əminlik hissi ilə bildirirəm ki, biz Dağıstan-Azərbaycan dostluğunun və əməkdaşlığının möhkəmlənməsi naminə səylərimizi bundan sonra da artıracağıq.\r\n\r\nHörmətli İlham Heydər oğlu, Sizə və bütün Azərbaycan xalqına quruculuq fəaliyyətində uğurlar, sülh və firavanlıq arzu edirəm.\r\n\r\nHörmətlə,\r\n\r\nRamazan ABDULATİPOV,\r\n\r\nRusiya Federasiyası Dağıstan Respublikasının başçısı

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!\r\nİcazə verin, Ukraynanın “İnterbudmontaj” Tikinti Assosiasiyası adından Sizə doğum gününüz münasibətilə ən xoş arzularımı ifadə edim. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və rəhbərliyinizlə regional lider statusunu getdikcə daha da möhkəmləndirən Azərbaycan dövlətinin rifahı naminə yeni nailiyyətlər arzu edirəm.\r\nSizin enerjili, qətiyyətli və məqsədyönlü olduğunuza, ən mürəkkəb məsələlərin optimal yollarını tapmaq bacarığınıza bələd olduğum üçün bilirəm ki, zəngin siyasi təcrübəniz, dərin biliyiniz, daim yeni nailiyyətlərə can atmağınız Sizin rəhbərliyinizlə Azərbaycan Respublikasının uğurlu inkişafının, habelə Ukrayna-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq prinsiplərinə uyğun şəkildə daha da dərinləşməsinin etibarlı rəhnidir. Ardını oxu »

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Prezidenti 27.03.2014Möhtərəm cənab Prezident!\r\nBu məktubu Sizə balaca İmranın dili ilə yazan Sizin göstərdiyiniz misilsiz mərhəmət və qayğı sayəsində ona yenidən qovuşmuş Cəfərovlar ailəsidir. Heydər Əliyev Beynəlxalq Aeroportunun gözləmə otağına daxil olanda gözlərimizə inanmadıq, balaca İmranın Bakıya dönmə xəbərini eşidib onu qarşılamağa o qədər insan gəlmişdi ki, elə bil hamı bu möcüzənin – onun bağışlanmaz bir məsuliyyətsizlik nəticəsində itirdiyi ayaqları ilə yenidən sərbəst gəzməsinin şahidi olmaq istəyirdi. Sizin sayənizdə bu günü görmək bizə nəsib oldu. O dəhşətli anlarda Sizin köməyiniz olmasaydı, bir valideyn kimi bu çətinliyi necə dəf edəcəyimizi, necə adlayacağımızı təsəvvür edə bilmirik.\r\nMöhtərəm cənab Prezident! Siz balaca İmranın xilaskarı, onun ikinci dəfə anadan olmasının, həyata, bizlərə dönməsinin səbəbkarısınız. Sizə İmranın bütün ailə üzvləri və onun taleyi ilə bu müddət ərzində maraqlanan mərhəmətli Azərbaycan xalqı adından öz sonsuz minnətdarlığımızı bildiririk!\r\nTəki İmran boya-başa çatıb Sizə və ölkəmizə layiqli bir vətəndaş olsun. Bizə göstərdiyiniz böyük diqqət və qayğıya görə Sizə bir daha təşəkkürümüzü bildiririk. Ulu Tanrıdan arzu edirik ki, Siz hər zaman xalqımızla olasınız! Bu bayram ərəfəsində Sizə və ailənizə uzun ömür, cansağlığı, xoş bayram ovqatı arzu edirik! Allah Sizə balalarınızın xoşbəxt günlərini nəsib etsin!\r\n\r\n Hörmətlə,\r\nİmranın valideynləri:\r\nCəfərov İbrahim və Cəfərova Nuridə.

Arxiv
Təqvim
Aprel 2018
S M T W T F S
« Mar    
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 4
  • 3
  • 442
  • 2,454
ILK-10 Azeri Website Directory