KİVDF Layihəsi

Azərbaycanın qeyri-maddi mədəni irsi və Ərtoğrol Cavid

XXI əsrdə Azərbaycan xalqının qeyri-maddi mədəni irsinin qorunması və öyrənilməsi sahəsində xüsusi fəallığın yaranmasına mədəni inkişafla bağlı olan mühüm hadisələr təkan vermişdir.
Mənəvi dəyərlərə marağın artmasında Ulu öndər Heydər Əliyevin ənənələrini layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Respublikanın birinci xanımı,

Ardını oxu »

XX əsr Azərbaycan ədəbiyyatı: milli intibah üçün böyük təkan

XX əsr Azərbaycan ədəbiyyatı dərsliyi kimi nəzərdə tutulmuş bu kitab indiyədək mövcud olan ali məktəb proqramlarına əsasən iyirmi illik bir zamanı əhatə edir. Lakin XX əsrin bu iyirmi illik ədəbiyyatı ideya-bədii dəyərinə görə əvvəlki mərhələlərdən heç də az əhəmiyyətli deyildir; hətta sonrakı, təxminən bir əsrlik dövrün də əsas istiqamətləndiricisidir. Ardını oxu »

KİVDF-nin Müəllif Hüquqları Agentliyi ilə birgə keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb

Yanvarın 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin birgə keçirdikləri “İnformasiya cəmiyyətində müəlliflik və digər əqli mülkiyyət hüquqlarının mədəni, iqtisadi və hüquqi əhəmiyyəti” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar. Ardını oxu »

Mənalı ömrün qardaş Türkiyə səhifələri

UNUDULMAZ AZAD ŞƏRİFOV TÜRKİYƏDƏ VƏ XARİCDƏ ÇALIŞMIŞ İLK AZƏRBAYCANLI SOVET JURNALİSTİ OLUB

Namiq ƏHMƏDOV

Sovetlər Birliyinin rəhbəri Stalinin ölümü dünya düzənində yeni bir dövrün başlanğıcı oldu. 60-cı illərin əvvələrində isə dəmir pərdələrin qaldırılması Türkiyə ilə əlaqələrin bərpasında yeni mərhələni jurnalistikaya da gətirdi. 

Artıq 1964-cü ildən Sovetlər Birliyi ilə Türkiyə arasında razılaşmalardan sonra Azərbaycandan bir çox yazar, sənət və elm adamlarının da Türkiyəyə gedib-gəlməsi üçün imkan yaradıldı. Azərbaycan yazarlarının Türkiyəyə, türk yazıçılarının Azərbaycana səfərləri baş tutmaqda idi. Ardını oxu »

Əməkdar jurnalist Məzahir Süleymanzadənin 65 yaşı qeyd edildi

Dünən Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Mətbuat Şurasının təşkilatçılığı ilə tanınmış qələm sahibi, Əməkdar jurnalist, “Səhər” qəzetinin baş redaktoru Məzahir Süleymanzadənin 65 illik yubileyi münasibətilə tədbir keçirilib. 

Tədbirdə tanınmış ictimaiyyət nümayəndələri, yazarlar, yubilyarın qələm dostları, ailə üzvləri və jurnalistlər iştirak ediblər.

Ardını oxu »

Ana dilimiz üçün layiqli təəssübkeşlik nümunəsi

Ana dilimiz üçün layiqli təəssübkeşlik nümunəsi<b style="color:red"></b>Müstəqillik illərində ölkəmizdə  dilimizin zənginləşdirilməsi, qorunub inkişaf etdirilməsi istiqamətində xeyli iş görülüb, dövlət dili statusunun yüksəldilməsi həyata keçirilib. Bu istiqamətdə görülən mühüm tədbirlərdən biri də Azərbaycan prezidentinin sərəncamı ilə dilimizə dair dövlət proqramının qəbul edilməsidir.

Qloballaşma dövründə şərəf məsələsi olan ana dilinin qorunması hamımızın ümdə, ən ali vəzifəsi sayılmalıdır. Ardını oxu »

Dövlətçilik tariximizə işıq salan əsər

Dövlətçilik tariximizə işıq salan əsər <b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun “Atabəy Eldəniz” tarixi romanının ictimai müzakirəsi keçirilib.
Müzakirədə AMEA-nın sözügedən institutunun alim və mütəxəssisləri, yazıçılar, millət vəkilləri və kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak ediblər.

Ardını oxu »

Qarabağ qeydləri: milli savaşımız haqqında “Mənim müharibəm”

Qarabağ qeydləri: milli savaşımız haqqında "Mənim müharibəm"<b style="color:red"></b>

Tanınmış yazıçı-publisist Nemət Veysəllinin Qarabağ hadisələrindən bəhs edən yeni kitabı “Mənim müharibəm (Gördüklərim, düşündüklərim və ağrılarım)” adlanır.

Məlum hadisələr başlayan zaman 50 yaşını adlayan N.Veysəlli könüllü olaraq ordu sıralarına yazılır. Hərbi komissarlıqdan onu yaşı keçdiyi üçün döyüşən orduda qulluq etməyə deyil, jurnalist peşəsinə uyğun yenicə yaranan “Azərbaycan Ordusu” qəzetində bölgə müxbiri kimi işə götürürlər. “Mənim müharibəm” kitabı N.Veysəllinin 1993-1999-cu illərdə hərbi jurnalist kimi qeydləri və gündəlikləri əsasında yazılıb. Ardını oxu »

Yarım əsrin sərhədlərini aşan uğurlar

Yarım əsrin sərhədlərini aşan uğurlar<b style="color:red"></b>

1967-ci ildə yaradılmış Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi bugünlərdə 50 yaşını qeyd edib.
Qurum fəaliyyətinə İçərişəhərdəki Karvansarayda başlayıb. Yarım əsr ərzində səmərəli fəaliyyət göstərən muzeyin əsas məqsədi musiqi irsimizin qorunması olub. Qurum həmçinin, musiqi mədəniyyəti tarixinə aid materialların aşkar edilməsi, toplanması, muzey kolleksiyalarının zənginləşdirilməsi, qorunması, öyrənilməsi və təbliği üzrə həm Azərbaycanda, həm də xarici ölkələrdə böyük işlər aparır. Muzeyin fondunda 55925 eksponat toplanıb. Bu eksponatlar içərisində milli, eləcə də dünya xalqlarının musiqi alətləri, not əlyazmaları, fotoşəkillər, təsviri sənət nümunələri, nadir səs yazıları var. Ardını oxu »

Azərbaycan ünvanlı Məmməd Araz poeziyası

Azərbaycan ünvanlı Məmməd Araz poeziyası<b style="color:red"></b>Xalq şairi Məmməd Araz (1933-2004) Azərbaycan ədəbiyyatında çoxcəhətli və zəngin ədəbi irsinə, sənətkarlıq qüdrətinə görə özünəməxsus yeri və mövqeyi olan görkəmli söz ustadıdır.
Dərin məzmunlu, oxunaqlı və milli mündəricəli şeirlərilə Məmməd Araz vətəndaş qeyrətli ədəbiyyat nəhəngidir. Bu görkəmli şair həm də milli azadlıq ideayalı əsərlərilə istiqlal şairi olaraq əbədi şöhrət qazanıb.

“Məni şeirimdə gəz bir insan kimi, Qəlbimdə nə varsa ona demişəm. Anadan-bacıdan gizlətdiyimi, Kağızdan, qələmdən gizlətməmişəm”, – deyən şair səmimi və zəngin bir yaradıcılığa malikdir. Görkəmli elm xadimi akademik İsa Həbibəyli yazır: Ardını oxu »

Arxiv
Təqvim
May 2018
S M T W T F S
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 194
  • 151
  • 1,087
  • 3,449
ILK-10 Azeri Website Directory