KİVDF Layihəsi

Klassiklərin yaşı

XALQ YAZIÇISI İLYAS ƏFƏNDİYEVİ BİR DAHA EHTİRAMLA XATIRLARKƏN DÜŞÜNDÜKLƏRİM

Klassiklərin yaşı<b style="color:red"></b>

Nizaməddin ŞƏMSİZADƏ
Professor

Klassiklər adi adamlara bənzəməzlər. Onların bir olum yaşı var, bir də ölüm yaşı. Olum yaşı bu fani dünyaya gəldiyi gündən yaşadığı günlər, aylar və illər boyu etdiyi əməllər, yaratdığı əsərlərlə ölçülür. Ölüm yaşı isə bu fani dünyadan torpağın üstündən altına köçdüyü andan hesablanır. Klassiklər millətə və Allaha yaxın adamlardır. 
Dahi Nizami Gəncəvi əbəs yerə deməyib: “Əvvəl peyğəmbərlər, sonra şairlər gəlirlər…” Peyğəmbərlər vəhylə, dahilər-klassiklər fəhmlə kainatı dərk edirlər. Dahi M.Füzuli demirdi ki, məni dərk et, deyirdi ki, “fəhm qıl”. Ardını oxu »

Xilaskar ordunun tərənnümü təsviri sənətimizdə

Xilaskar ordunun tərənnümü təsviri sənətimizdə<b style="color:red"></b>

Ziyadxan ƏLİYEV 
Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru

Təsviri sənətin başqaları üçün cəlbedici və maraqlı görünməsini şərtləndirən sahələrindən biri də onun tarixlə bağlı olan janrıdır.
Belə ki, çox vaxt  baş verən müxtəlif hadisələrin, döyüşlərdə şücaət göstərən insanların, millətin yaradıcı istedadını əyaniləşdirən memarlıq tikililərinin təsvirləri gələcək nəsillər üçün qürurverici qaynaq kimi böyük əhəmiyyət kəsb edir. Odur ki, təsviri sənət ustalarının həm zamanında, həm də sonrakı dövrlərdə xalqının tarixini bədii tutumda əks etdirən rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərləri hadisə, obraz və obyektə tutulan estetik məziyyətli “bədii güzgü” kimi zamansızlığa qovuşaraq, yaşananların gerçəkçi ifadəsi olaraq çoxqatlı dəyər daşıyır. Ardını oxu »

“Yenidən başlayacaq ömrüm…” – Bu dünyadan bir Tofiq Abdin keçdi…

“Yenidən başlayacaq ömrüm...” - <b style="color:red">Bu dünyadan bir Tofiq Abdin keçdi...</b>

Şahanə MÜŞFİQ

Sizin “525-ci qəzet”, mənimsə “növbəti təhsil ocağım” adlandırdığım bu məbədə gəlişimdən beş ay ötür.
“Təhsil ocağı”, “məbəd” – qəribədir, elə deyilmi? Burada sənə nə dərs keçən var, nə mühazirə oxuyan, heç barmağını jurnaldakı adının üzərinə qoyub “ev tapşırığını hazırlamısanmı?” – deyə soruşan da yoxdur. Ancaq öyrədən, ya da elə hamılıqla öyrədənlər var. Müasir jurnalistikanın sirlərindən, hadisələrə yanaşma tərzindən tutmuş, insanlarla ən adi ünsiyyətə qədər hər şeyi yeri gələndə sözləri, yeri gələndə hərəkətləri, yeri gələndə isə ən adi baxışları ilə belə öyrədənlərin toplandığı məbəddir mənimçün “525-ci qəzet”.

Ardını oxu »

27 yaşlı “Qarabağ” qəzeti: şərəfli yol, şanlı salnamə

27 yaşlı "Qarabağ" qəzeti: <b style="color:red">şərəfli yol, şanlı salnamə</b>

1990-cı ilin avqust ayı idi. Bacım təhsil aldığı Şuşa Mədəni-Maarif Texnikumundan kəndə – yay tətilinə gəlmişdi.
Evə çatan kimi səfər çantasını açdı və 2 nüsxə qəzet çıxaraq masanın üstünə qoydu. Üz qabığında Şuşa qalasının şəkli həkk olunmuş səhifənin yuxarı hissəsində “Qarabağ” yazılmışdı. O vaxta qədər bu adda qəzetə rast gəlmədiyimiz üçün nüsxələr marağımıza səbəb oldu. Bacım: “Gəlin oxuyun, görün ermənilər camaatımızın başına nə oyunlar açır, nə zülümlər edir. Ardını oxu »

Qəlblərdə yaşayan Hüseyn Cavid: əsl vətən və millət fədaisi

Qəlblərdə yaşayan Hüseyn Cavid: <b style="color:red">əsl vətən və millət fədaisi</b>

Bəbir HÜSEYNOV 
Əməkdar jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü

Yaxşı yadımdadır, 1980-ci illərin əvvəllərində ən çox maraq doğuran, diqqət mərkəzində olan mövzu dünya romantizminin görkəmli nümayəndəsi, Azərbaycan ədəbiyyatında romantizm cərəyanının banilərindən biri, qəlblərdə yaşayan vətən və millət fədaisi Hüseyn Cavidin qürbətdəki nəşinin vətənə qaytarılması idi.
Sənətdə heç kimə bənzəməyən, orijinal yaradıcılıq yolu olan, lirik əsərlərin, mənzum faciələrin, tarixi dramların əvəzsiz müəllifi, ustad ədib Cavidin Sibir torpağına  tapşırılmış məzarının qalıqlarının Vətənə qaytarılmasını bütün xalqımız intizarla gözləyirdi.

Ardını oxu »

“Molla Nəsrəddin” jurnalının səhifələrində: “İdarədən” “İdarəyə” məktublar

"Molla Nəsrəddin" jurnalının səhifələrində: <b style="color:red">"İdarədən" "İdarəyə" məktublar </b>“Molla Nəsrəddin” milli mətbuat tariximizdə satirik jurnalistikanın bünövrəsini qoyan, mübariz ruhlu satira məktəbi yaradan jurnal olmuşdur.
“Molla Nəsrəddin” jurnalının çox hissəsini “İdarəyə məktub” və “İdarədən məktub” rubrikaları əhatə edir. “İdarədən məktub”lara nisbətən “İdarəyə məktub”larda sarkazm təsir qüvvəsi aşağıdır. Ardını oxu »

“Qubanın ağ alması”, yaxud sənət məktəbinə aparan yollar – “Yaddaşımın lövhələri”ndən

“Qubanın ağ alması”, yaxud sənət məktəbinə aparan yollar - <b style="color:red">“Yaddaşımın lövhələri”ndən</b>Nurəddin CƏFƏROV

Dövran, vəziyyət elə gətirmişdi ki, Qərbi Azərbaycandan köçməyə, ata-baba yurdumuzu tərk etməyə məcbur olmuşduq. Azərbaycanın o başından bu başına yol keçib, nəhayət, Quba rayonu 12 saylı Sovxozda məskunlaşmışdıq.

Yerli məktəbdə səkkizinci sinfi yüksək qiymətlərlə bitirərək, tətilə çıxmışdım. Hələ yeniyetmə sayılsam da, artıq özümü yetkin adam bilir, taleyim barədə sərbəst qərar verəcək qədər böyüdüyümü düşünürdüm. Ardını oxu »

Milli mətbuat və maarif tariximizin işıqlı səhifəsi: “Yeni yol”

Milli mətbuat və maarif tariximizin işıqlı səhifəsi:<b style="color:red"> "Yeni yol"</b>

Filologiya üzrə fəlsəfə doktoru Mehriban Sultanın “Elm və təhsil” nəşriyyatında çapdan çıxmış “Milli mətbuat tarixində “Yeni yol” qəzeti” adlı kitabı 140 ildən artıq bir yol keçmiş Azərbaycan mətbuatının araşdırılması istiqamətində uğurlu tədqiqatlardan biridir.
Kitab akademik İsa Həbibbəylinin elmi redaktorluğu, filologiya elmləri doktoru Hüseyn Həşimli və filologiya üzrə fəlsəfə doktoru İman Cəfərovun rəyləri əsasında işıq üzü görmüşdür.

Öz mənbəyini “Əkinçi”- dən götürən Azərbaycan milli mətbuatının zəngin və çoxsaylı sırasında “Yeni yol” qəzetinin özünəməxsus yeri var. Ardını oxu »

Vaqif şəxsiyyəti və irsi Nizami adına Ədəbiyyat Muzeyinin ekspozisiyasında

Vaqif şəxsiyyəti və irsi Nizami adına Ədəbiyyat Muzeyinin ekspozisiyasında <b style="color:red"></b>Molla Pənah Vaqif XVIII əsr Azərbaycan poeziyasının ən qüdrətli simasıdır.
Görkəmli dövlət xadimi, bir sıra elmlərə bələd olan Vaqif bir şair kimi şöhrətlənib, ədəbiyyat tariximizdə əvəzsiz irsi ilə iz qoyub. Bu amil nəzərə alınaraq, Prezident İlham Əliyevin 12 yanvar 2017-ci il tarixli sərəncamı əsasında Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olunur. Ardını oxu »

Mirzə Fətəli Axundzadənin nəzərində modern milli ədəbiyyatın vəzifələri

Mirzə Fətəli Axundzadənin nəzərində modern milli ədəbiyyatın vəzifələri<b style="color:red"></b>Şahbaz ŞAMIOĞLU

(Əvvəli 15 iyun ıısayımızda)

Elmi-fəlsəfi düşüncələrinin və dünyagörüşünün formalaşmasında mühüm rol oynamış avropalı mütəfəkkirlərin təcrübəsinə əsaslanan M.F.Axundzadə həmin məsələlərin həllini tapacağı təqdirdə ədəbiyyatın zamanın tələblərinə cavab verə biləcəyinə inanırdı.
O, yaxşı başa düşürdü ki, cəmiyyət üzvlərinə, kütlələrə gedib çıxmayan ədəbiyyat kəsərsiz olur, onun varlığı ilə yoxluğunun elə bir fərqi yoxdur. Ardını oxu »

Arxiv
Təqvim
Sentyabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 58
  • 32
  • 955
  • 2,784
ILK-10 Azeri Website Directory