Təhsil

Təhsil naziri Ceyhun Bayramovun məzunlara təbriki

Əziz məzunlar!

Sizi, müəllim və valideynlərinizi bu unudulmaz gün münasibəti ilə ölkəmizin bütün təhsil işçiləri və şəxsən öz adımdan təbrik edir, ən xoş arzularımı bildirirəm!

Siz bu gündən həyatınızın tamamilə yeni dövrünə qədəm qoyursunuz. Ciddi qərarlar qəbul etmək, peşə seçimini dəqiqləşdirmək astanasındasınız. Seçəcəyiniz yol həyatınızın böyük hissəsini müəyyən edəcəkdir. Məktəbdə öyrəndiyiniz bilik və bacarıqlar, fəal vətəndaş mövqeyi  və dəyərlər bu yolda sizə  zəruri dəstək verəcək. Ardını oxu »

Nailiyyətlərin simaları

Başa vurduğumuz tədris ili ölkəmizin təhsil sistemində bir sıra uğurlarla yadda qaldı.  Təhsil Nazirliyi tərəfindən istedadlı uşaqların aşkara çıxarılması, bilik və bacarıqlarının stimullaşdırılması, onlarda elmi tədqiqatçılıq səriştələri və yaradıcılığın inkişaf etdirilməsi istiqamətində  məqsədyönlü tədbirlərin təşkili nəticəsində şagirdlərimiz  bir sıra bilik yarışlarında, beynəlxalq əhəmiyyətli  olimpiadalarda uğurlar qazanaraq  öz layiqli töhfələrini  veriblər.  Cari tədris ilində uğurları ilə yadda qalan gənclərimizi oxuculara təqdim edirik. Ardını oxu »

TƏBİƏT ANADIR, ONU QORUYAQ!

Azərbaycan sərvətləri ilə yanaşı bol su hövzələri ilə də tanınır. Ölkənin ən böyük içməli su mənbəyi isə Kür çayıdır. Dahi şairimiz Səməd Vurğun şeirində bu çayı belə xarakterizə edir:

                Kiçicik bir sudur, Yer üzündə Kür,

                Baxın bu dünyanın xəritəsinə.

               Bəs niyə qəlbimdə ümman döyünür,

                Mən qulaq asdıqca Kürün səsinə. Ardını oxu »

Amerikalı müəllimdən qeyri-adi addım

Ömürboyu yığdığı 1 milyon dolları uşaqlara vəsiyyət etdi.

ABŞ-ın  Dyumont (Nyu-Cersi ştatı) şəhərinin dövlət  məktəbləri idarəsindən bildirilib ki, Jenevyeva Via Kava adlı müəllim ali təhsil almaq arzusunda olan, lakin psixofiziki inkişaf xüsusiyyətləri buna imkan verməyən uşaqlara yardım göstərilməsi  üçün xeyriyyə  fondunun yaradılması məqsədilə 1 milyon dollar həcmində miras qoyub.

Ardını oxu »

Dördüncülər ibtidai sinfə əlvida dedilər

Bu münasibətlə düzənlənən tədbir onların hər birinin yaddaşında xoş xatirə kimi qalacaq.

Hər bir insanın həyatında məktəb illəri, xüsusən də ibtidai təhsil dövrü böyük rol oynayır. Görünür, məhz buna görədir ki, hər birimiz ömrümüz boyu o illəri xoş hisslərlə xatırlayırıq. Ardını oxu »

Rezidenturaya qəbul üçün sınaq imtahanları keçirildi

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul olmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə qəbul imtahanının ikinci mərhələsi (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) üzrə onlayn sınaq imtahanları keçirilib.  Ardını oxu »

“Müəllim, bizi yaradıcılığa ruhlandır!”

ADPU-nun Şamaxı filialında bu mövzuda pedaqoji oxular keçirilib.

ADPU-nun təşkilatçılığı ilə universitetin Şamaxı filialında iyunun 2-də “Müəllim, məni yaradıcılığa ruhlandır!” mövzusunda növbəti  pedaqoji oxular keçirilib. Oxuların məzmununda təhsilalanlarda  mənəvi-əxlaqi dəyərlərin inkişaf etdirilməsi və müasir tendensiyalar, humanist pedaqogika üzrə mövcud  qabaqcıl  təcrübənin  mübadiləsi  və təhsilə  inteqrasiyası məsələləri yer alıb. Ardını oxu »

Gəncə Dövlət Universitetində mediatur təşkil olunub

Media nümayəndələri 500 tələbənin biliyinin yoxlandığı yazılı imtahan prosesini izləyiblər.

Gəncə Dövlət Universitetində (GDU) 2017-2018-ci tədris ilinin yaz sessiyasının gedişini müşahidə etmək məqsədi ilə KİV nümayəndələrinin iştirakı ilə mediatur təşkil olunub. Mediaturda tələbələrin valideynləri və ictimaiyyət nümayəndələri də iştirak ediblər. Media nümayəndələri imtahan otaqlarında olub, ayrı-ayrı fənlər üzrə 500 nəfər tələbənin eyni vaxtda biliyinin yoxlandığı yazılı imtahan prosesini izləyiblər. Ardını oxu »

9 min müəllimin maaşı artırılacaq

“26 may – 2 iyun tarixlərində keçirilmiş müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi tam başa çatıb. Diaqnostik qiymətləndirmədə 17 minə yaxın müəllim iştirak edib”.

APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov deyib. Ardını oxu »

Kurikulum – uğura aparan yol

Azərbaycan  dövlətinin  bütün sahələr üzrə apardığı müdrik  siyasət  təhsil  sahəsində də özünü qabarıq şəkildə göstərməkdədir.

Son dövrlərdə həyata keçirilən təhsil  islahatları ardıcıl, əlaqəli və bir-birini tamamlayıcı olmaqla, nəticəyə hesablanmış fəaliyyət proqramıdır. Azərbaycan təhsilinə kurikulumun tətbiqi,  fəal və Ardını oxu »

Arxiv
Təqvim
Oktyabr 2018
S M T W T F S
« Jul    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 32
  • 11
  • 1,289
  • 4,279
ILK-10 Azeri Website Directory