Tədbirlər

Prezident İlham ƏIiyev Bakıda Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binasının açılışında iştirak edib

Mayın 15-də Bakıda Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binasının açılışı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham ƏIiyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlətimizin başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsdilər və burada yaradılan şəraitlə tanış oldular. Ardını oxu »

Prezident İlham Əliyev 9 May – Qələbə Günü münasibətilə Bakıda keçirilən mərasimdə iştirak edib

İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 72-ci ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib.

Ardını oxu »

UNEC-də “Aprel döyüşləri bizim şanlı qələbəmizdir” mövzusunda vətənpərvərlik tədbiri keçirilib

Dünən  Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) aprel döyüşlərinin iştirakçıları olan bir qrup hərbi qulluqçu ilə görüş keçirilib. “Aprel döyüşləri bizim şanlı qələbəmizdir” mövzusunda keçirilən vətənpərvərlik tədbirində cəbhə bölgələrindən gələn əsgər və zabitlər, müharibə qaziləri və şəhid ailələrinin üzvləri də iştirak ediblər.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra dövlət himni səsləndirilib.

Ardını oxu »

“Bakı-2015” birinci Avropa Oyunlarının möhtəşəm bağlanış mərasimi

\r\n

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib

\r\nSon 17 gün ərzində dünya idman ictimaiyyətinin gözü Azərbaycanda idi. Bakı bu 17 gündə tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına layiqincə ev sahibliyi etdi. Burada gördükləri yüksək təşkilatçılıq, xalqımızın səmimi qonaqpərvərliyi, mədəni dəyərləri minlərlə idmançını, nümayəndə heyətlərinin üzvlərini, bu Oyunları televiziya ekranlarından izləyən milyonlarla tamaşaçının qəlbini riqqətə gətirdi.\r\n

Goranboy: Melioratorların peşə bayramı təntənəli keçdi.

İyunun 5-də Goranboy rayonunun meliorasiya və su təsərrüfatı işciləri öz peşə bayramlarını yüksək əhval-ruhiyyə ilə qarşıladılar. Burada 5-iyun “Su təsərrüfatı və meliorasiya işçiləri günü- peşə bayramı münasibətilə təşkil edilən tədbir rayonun mərkəzində, Heydər Əliyev parkında baş tutdu.\r\n\r\n Ardını oxu »

Prezident İlham Əliyev XXI Azərbaycan Beynəlxalq qida sənayesi və IX Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgiləri ilə tanış olub

\r\n

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Bakı Sərgi Mərkəzində “World Food Azerbaijan-2015” XXI Azərbaycan Beynəlxalq qida sənayesi və “Caspian Agro-2015” IX Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgiləri ilə tanış olub.

\r\nDövlətimizin başçısına məlumat verildi ki, hər il keçirilən “World Food Azerbaijan” sərgisində həm ölkəmizin, həm də dünya ərzaq bazarının aparıcı qida məhsulları istehsalçıları, distribüterləri və təchizatçıları iştirak edirlər. Ardını oxu »

Azərbaycan Prezidenti İlham Əliyev Bakı Ağ Şəhər bulvarında həyata keçirilən inşaat işlərinin gedişi ilə tanış olub

1Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 30-da Bakı Ağ Şəhər bulvarında həyata keçirilən inşaat işlərinin gedişi ilə tanış olub.\r\nDövlətimizin başçısına layihə çərçivəsində görülən işlər barədə məlumat verildi.\r\nBakı Ağ Şəhər bulvarı Prezident İlham Əliyevin tapşırığı ilə əvvəllər paytaxtın “Qara şəhər” kimi tanındığı və bir çox sənaye müəssisələrinin yerləşdiyi ərazisində ən müasir standartlara uyğun şəkildə salınır. 2013-cü ilin mayında Prezident İlham Əliyev tərəfindən təməli qoyulan yeni bulvarın inşası ekologiyası bərpa edilən sənaye zonasında həyata keçirilən və dünyanın ən iri müasir layihələrindən biri olacaq “Bakı Ağ Şəhər” layihəsini tamamlamaqla paytaxtımızın simasını daha da gözəlləşdirəcək. Ardını oxu »

Arxiv
Təqvim
Sentyabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 168
  • 29
  • 954
  • 2,828
ILK-10 Azeri Website Directory