Qarabağ

İrəvandan “Yerevan”a dəyişən torpaqlarımız

Əslində bu barədə yazı yazmaq fikrində deyildim. Çünki Azərbaycan Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) 2018-ci il fevralın 8-də keçirilən dördüncü qurultayında ölkənin daxili və xarici siyasəti haqqında geniş və əhatəli məruzə ilə çıxış etmişdi. Ancaq daha sonra Ermənistan, Rusiya və Fransa rəsmilərinin Prezident İlham Əliyevin qurultayda söylədikləri fikirlərlə bağlı verdikləri bəyanatdan sonra bu yazını yazmaq şərt oldu deyə düşündüm. Ardını oxu »

Gənclərə örnək ömür yolu

Düz 26 ildir ki, təqvim ilində fevral ayını qarşılayanda qeyri-ixtiyari tariximizin qanlı səhifəsini Xocalı soyqırımını xatırlayırıq.
 Ağrı ilə, acı ilə. Düz 26 ildir ki, Xocalı boyda ağrını ürəyimizdə gəzdiririk. XX əsrdə insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətlərdən olan Xocalı soyqırımı nəticəsində 613 nəfər həlak olub, səkkiz ailə tamamilə məhv edilib, 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb. Ötən ilin fevral ayında isə daha bir hadisənin şahidləri olduq. Ardını oxu »

Bizi səsləyən Xocalı harayı

Erməni işğalçıları tərəfindən törədilmiş hadisəsindən artıq 26 il ötməkdədir. Uzun müddət keçməsinə baxmayaraq o hadisələrin şahidi olmuş Xocalı vətəndaşları üçün bu hadisələr sanki dünən baş vermişdir.
Tarixə nəzər salsaq görərik ki, ayrı-ayrı millətlərə qarşı, xüsusilədə müsəlman xalqlara qarşı münasibətdə belə hadisələr gözdən qaçmır. Ardını oxu »

Nazir ingiliscə Qarabağdan danışdı

ƏBÜLFƏS QARAYEVİN NİTQİ XARİCİ DİPLOMATLARA XOŞ TƏSİR BAĞIŞLADI

Yanvarın 18-də “İrs” seriyasının yeni nəşri olan “Qarabağ – əsrlərin salnaməsi” kitabının təqdimatı keçirilib.
Kitabda Qarabağın tarixindən, qarabağlıların keşməkeşli həyatından, habelə XX əsrin 80-ci illərinin sonundan başlayaraq Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən, Dağlıq Qarabağın işğalından, Xocalı soyqırımından bəhs olunur. Ardını oxu »

Avropa İttifaqı: “Dağlıq Qarabağ münaqişəsi diqqətimizdədir”

“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifaqının diqqətindədir”. 

APA-nın xəbərinə görə, bu barədə Avropa İttifaqının ATƏT-dəki nümayəndəsinin ATƏT-in yeni sədri, İtaliya xarici işlər naziri Angelino Alfanonun bəyanatı ilə əlaqədar yaydığı sənəddə qeyd edilib.

Bəyanatda deyilir ki, uzun müddət davam edən Gürcüstan və Moldovadakı münaqişələr, eləcə də Dağlıq Qarabağ münaqişəsi həmişəki kimi Avropa İttifaqının diqqətindədir və Aİ bu münaqişələrin həllində  İtaliyanın ATƏT-in fəaliyyətinin möhkəmləndirilməsinə sadiqliyini yüksək qiymətləndirir.  Ardını oxu »

Cəbhədə təxribata cəhd edən erməni hərbçi məhv edildi

Cəbhə xəttində təxribata cəhd edən erməni silahlı bölmələri növbəti dəfə itki verib. 

APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, hadisə ötən gün baş verib.  Ardını oxu »

Ağdamsız 24 il…

Ağdamsız 24 il...<b style="color:red"></b>Bu gün Azərbaycanın Ağdam rayonunun işğalından 24 il keçir.

Trend-in məlumatına görə, 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam rayonu ərazisinin böyük hissəsi işğal olunub.

Ərazisi 1094 kv.km olan Ağdamın 882 kv.km-i, bir şəhər və 80 kəndi işğal olunub.

İşğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşayır. Onların 17 mini yaşlı nəslin nümayəndəsidir.

Ardını oxu »

Arxiv
Təqvim
May 2018
S M T W T F S
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 19
  • 11
  • 1,018
  • 3,074
ILK-10 Azeri Website Directory