Fevral 2018

Hər bir dövlətin özünün seçdiyi sistem, tutduğu yol var

SSRİ-nin süqutundan sonra Azərbaycan Respublikası da demokratiyanı özünün əsas siyasi xətti elan etdi. Ona görə də həmin ildən bugünümüzədək atılan bütün addımlar, həyata keçirilən tədbirlər, qəbul edilən qanunvericilik aktları demokratiyanın inkişafına və demokratik təsisatların daha da möhkəmləndirilməsinə yönəldilib. Şübhəsiz ki, bu sistemin əsas meyarlarından biri də azad, şəffaf və ədalətli seçkilərin keçirilməsidir. Ardını oxu »

Seçkilərin vətəndaşların yüksək siyasi fəallığı şəraitində keçəcəyinə əminik

Müstəqil Azərbaycan prezident seçkilərinə hazırlaşır. Təqdirəlayiq haldır ki, seçkilərin ən yüksək dünya standartları səviyyəsində keçirilməsi məqsədilə, həm bu mühüm siyasi kampaniyanın təşkili üçün məsul olan dövlət təşkilatları, həm də ictimai qurumların, o cümlədən qeyri-hökumət sektorunun təmsilçiləri öz öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar. Ardını oxu »

Prezident seçkiləri ən yüksək meyarlar əsasında həyata keçiriləcək

Ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə gələndən sonra Azərbaycanda seçkilər şəffaf və demokratik prinsiplər əsasında, mükəmməl və ən yüksək beynəlxalq standartlara uyğun şəkildə keçirilib. Seçkilərdə şəffaflığa mühüm önəm verilib, bu məqsədlə müxtəlif siyasi partiyalar və beynəlxalq müşahidəçilər üçün bütün lazımi imkanlar yaradılıb. Yerlərdə seçki məntəqələrində seçicilərin rahat, sərbəst, şəffaf şəraitdə səs vermələri, müşahidələrin aparılması diqqət mərkəzində saxlanılıb. Hər zaman seçkiqabağı kütləvi tədbirlərin, görüşlərin keçirilməsi üçün açıq və qapalı yerlər təyin olunub. Təbliğat-təşviqat kampaniyası başlayana qədər həmin yerlər müəyyənləşdirilib, hamı üçün bərabər şərait yaradılıb. Ardını oxu »

Gəncədə ailə, qadın və uşaq məsələləri ilə bağlı vətəndaşların qəbulu keçiriləcək

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri tərəfindən vətəndaşların qəbulu davam edir.

Martın 2-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Gəncə şəhərində Kəlbəcər rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbədəki Mədəniyyət Evində vətəndaşların qəbulunu keçirəcək. Ardını oxu »

Xətai rayonunda “Baharı Birlikdə Qarşılayaq!” adlı rəsm sərgisi keçiriləcək

Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2018-ci il mart ayının 3-də saat 14:00-da Xətai Sənət Mərkəzində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin “Baharı Birlikdə Qarşılayaq!” adlı sərgisinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.   

Sözügedən tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələrinin, Q. Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müdiriyyətinin, incəsənət xadimlərinin və rəssamların, həmçinin kütləvi informasiya vasitələri mənsublarının iştirakı nəzərdə tutulmuşdur. Ardını oxu »

Qazaxda anım tədbiri

Rayonun idarə, müəssisə və təşkilatlarında Xocalı qurbanlarının xatirəsi anılmış, təhsil, səhiyyə və mədəniyyət ocaqlarında soyqırıma həsr edilmiş rəsm sərgisi təşkil olunmuş, inşa yazı müsabiqəsi keçirilmişdir.
Yaşayış məntəqələrində Azərbaycanın dövlət bayraqları endirilmiş və rayon ərazisində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Ardını oxu »

2017- ci ildə Samux rayonun iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

2017-ci ilin yanvar-dekabr aylarının makroiqtisadi göstəriciləri rayon iqtisadiyyatının daha da dinamik inkişaf etdiyini göstərir.

Hesabat dövründə məhsul istehsalı sahələrində istehsalın həcmi artmış, xidmət sahələrinin fəaliyyəti genişlənmiş, əhalinin həyat səviyyəsini əks etdirən pul gəlirləri və əmək haqqı xeyli yüksəlmişdir. Ardını oxu »

Prezident Mingəçevirdədir

Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mingəçevir şəhərinə səfər ediblər. 

APA-nın məlumatına görə, dövlət başçısı və xanımı Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoyublar.

Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov Mingəçevirdə görülən abadlıq-quruculuq işləri barədə prezident İlham Əliyevə və Ardını oxu »

Bu gün Novruzun ilk çərşənbəsidir

Bu gün Azərbaycanda Novruzun ilk çərşənbəsi – Su çərşənbəsi qeyd olunur. 

APA-nın xəbərinə görə, Novruz bayramına 4 həftə qalmış həyat üçün vacib dörd ünsür – su, od, yel və torpaqla bağlı çərşənbələr təntənəli şəkildə keçirilir.

El arasında bunlara “boz ayın çərşənbələri” də deyilir.  Ardını oxu »

Müsahibə

“Vətəndaş cəmiyyəti fəalları seçkilərin azad, ədalətli, şəffaf keçiriləcəyinə əmindirlər”

Ölkəmiz mühüm siyasi kampaniya ərəfəsindədir. Belə ki, müstəqil Azərbaycanın ictimai-siyasi həyatında böyük əhəmiyyəti olan prezident seçkiləri yaxınlaşır.  Azərbaycan bu il aprelin 11-də növbə+ti dəfə azad, şəffaf seçkilər keçirməklə, bir daha sivil, hüquqi dövlət qurmaq əzmində olduğunu nümayiş etdirəcək.

“Dünya Azərbaycanlıları İctimai Mərkəzi”nin rəhbəri Zaur Mirzə-zadə hesab edir ki, hər bir sivil ölkədə olduğu kimi, Azərbaycanda da Ardını oxu »

Arxiv
Təqvim
Fevral 2018
S M T W T F S
« Jan   Mar »
 123
45678910
11121314151617
18192021222324
25262728  
Statistika
  • 0
  • 18
  • 13
  • 804
  • 2,678
ILK-10 Azeri Website Directory