Mart 2018

Nərimanov rayonundan “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasına tur-aksiyada iştirak etmiş şagirdlərlə görüş keçirilib

Nərimanov rayonundan “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasına tur-aksiyada iştirak etmiş şagirdlərlə görüş keçirilib.

30 mart 2018-ci il tarixində Nərimanov Rayon İcra Hakimiyyətində “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasına tur-aksiyada iştirak etmiş şagirdlərlə görüş keçirilmişdir. Ardını oxu »

Nəsimi rayonunda 31 Mart-Azərbaycanlıların soyqırımı günü münasibətilə tədbir keçirilmişdir

31 Mart-Azərbaycanlıların soyqırımı günü münasibətilə Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən silsilə tədbirlər davam etdirilir.

Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq 31 mart 2018-ci il tarixində rayon ərazisində yerləşən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin Təsviri Sənət qalereyasında növbəti tədbir keçirilmişdir. Ardını oxu »

Samux rayonu üzrə əhalinin tibbi müayinəsi davam etdirilir

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən fevralın 12-dən başlanan əhalinin tibbi müayinəsi  və dispanserizasiyası  Samux  rayonunda da mütəşəkkil qaydada həyata keçirilir.
Samux rayonu üzrə həkim briqadaları yaradılaraq, kəndlərə gediş qrafikləri tərtib edilərək və təşkilati işlər görüldükdən sonra 12.02.2018-ci il tarixdən əhalinin kütləvi dispanserizasiyasına başlanımışdır. Ardını oxu »

Samux rayonunda “31 Mart- Azərbaycanlıların Soyqrımı Gününə” həsr olunmuş tədbir keçirildi

Soyqrım qurbanlarının xatirəsi 1 dəqiqəlik sükütla yad edildikdən sonra tədbiri giriş nitqi ilə açan Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev bildirdi ki, 1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir.

Bu soyqırımı  Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Ardını oxu »

Ali məktəblərə qəbulla əlaqədar aprelin 1-də ilk sınaq imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 1-də respublikanın 18 şəhər və rayonunda sınaq imtahanları keçirəcək. 

DİM-dən APA-ya verilən məlumata görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Sumqayıt, Mingəçevir, Şəki, Qəbələ, Bərdə, Ardını oxu »

İran prezidenti: “Biz Azərbaycanın yanındayıq”

“Biz Azərbaycanın yanındayıq. İran təhlükəsiz olarsa, Azərbaycan da təhlükəsiz olacaq. Azərbaycan inkişafda olarsa, İran da inkişafda olacaq”. 

APA-nın məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani Azərbaycan-İran biznes forumunda çıxışı zamanı deyib.

“Biz o vaxt iki ölkənin iqtisadi inkişafına nail ola bilərik ki, dost olaq və bir-birimizin yanında olaq. İki dövlətin bütün işləri sizlər üçündür, sizin iki xalqınız üçündür, iş adamları üçündür, siz sahibkarlar üçündür. Ardını oxu »

Qazax Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, səhiyyə obyektlərinin tikintisinin davam etdirilməsi məqsədi ilə qərara alıram:

1. Qazax Rayon Mərkəzi Xəstəxanasının (I növbə) tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət Ardını oxu »

Ağstafa şəhərinin su təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Ağstafa şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin Ardını oxu »

Akademik Əhəd Yaqubovun 110 illiyinin qeyd edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2018-ci ilin may ayında görkəmli Azərbaycan alimi, iki dəfə SSRİ Dövlət mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Əhəd Ələkbər oğlu Yaqubovun anadan olmasının 110 illiyi tamam olur. Ardını oxu »

Səfər başa çatdı

İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin Azərbaycan Respublikasına rəsmi səfəri martın 29-da başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Ardını oxu »

Arxiv
Təqvim
Statistika
  • 0
  • 242
  • 107
  • 1,464
  • 3,993
ILK-10 Azeri Website Directory