Mart 1, 2018

Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, təhsil müəssisələrində çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə qərara  alıram:

1. Dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə maaşları 2018-ci il martın  1-dən orta hesabla 10 faiz artırılsın. Ardını oxu »

2018-ci il üzrə daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsi prosesinə yekun vurulub

Seçici siyahıları seçkilərin azad, ədalətli və şəffaf keçirilməsini şərtləndirən mühüm amillərdən biridir. Seçki Məcəlləsində nəzərdə tutulduğu kimi, 2018-ci il yanvar ayının əvvəllərindən etibarən ölkə üzrə vahid seçicilər siyahısının dəqiqləşdirilməsinə start verilib. Mərkəzi Seçki Komissiyasının bilavasitə rəhbərliyi altında ardıcıl və intensiv şəkildə aparılan genişmiqyaslı və çox əhatəli proses nəticəsində son illərdə olduğu kimi, cari il üçün də seçici siyahılarının dəqiqliklə və yüksək keyfiyyətlə hazırlanmasına nail olunub. Ardını oxu »

Azərbaycanda mükəmməl Seçki Məcəlləsi də var, səsvermə ənənəsi də

Ölkəmizdə istənilən seçkinin ədalətli, şəffaf və demokratik şəkildə keçirilməsi üçün lazım olan şərait maksimum dərəcədə yaradılıb. Ona görə də apreldə keçiriləcək prezident seçkilərinin beynəlxalq standartlara cavab verən səviyyədə təşkil olunacağına tamamilə inanıram. Əvvəla, ona görə inanıram ki, dövlətimiz təkcə bu seçkilərin deyil, ümumiyyətlə, bütün seçkilərin açıq və ədalətli keçirilməsində maraqlıdır. İkinci, ölkəmizin seçki qanunvericiliyi həm yerli mütəxəssislərin, həm də müvafiq beynəlxalq qurumları təmsil edən hüquqşünasların iştirakı ilə ən yüksək səviyyədə təkmilləşdirilib. Ardını oxu »

Səlim Müslümov: Pensiya, müavinət və Prezident təqaüdlərinin artırılması üçün ilin sonunadək əlavə 200 milyon manat vəsait ayrılacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən pensiya və müavinətlərin, müvafiq kateqoriyalardan olan vətəndaşlara Prezident təqaüdlərinin artırılması məqsədilə bu ay 13 fərman və sərəncamın imzalanması dövlət başçısının əhalinin sosial müdafiəsinə xüsusi qayğısının növbəti təzahürü olmaqla, ötən dövrdə ölkəmizdə qurulan etibarlı sosial müdafiə sisteminin ildən-ilə gücləndirilməsində növbəti addımların atılmasını təmin edir. Bu fikirləri qeyd olunan fərman və sərəncamlarla əlaqədar keçirilən mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Ardını oxu »

“Ulduz” jurnalının fevral sayında…

Bugünlərdə “Ulduz” jurnalının yeni sayı işıq üzü görüb.
Jurnalın bu sayı da ənənəvi olaraq ekspert rəyi ilə açılır. Bu dəfə Natiq Məmmədli Cümhuriyyət ilinin birinci “Ulduz”undan yazıb. “Özüylə söhbət”in yeni qonağı şair Hikmət Məlikzadədir. Şairin özüylə söhbətini şeirləri izləyib.

Elçin Hüseynbəylinin “Qəfil getmək” hekayəsinin təqdim olunduğu “Ulduz” jurnalının artkaspi.az saytının birgə layihəsi olan “Variasiya”nın qalibləri açıqlanıb. Ardını oxu »

Siyavuşa bənzəyən

AZƏRBAYCANIN TALEYİ İLƏ “ŞAHNAMƏ”NİN ROMANTİK QƏHRƏMANININ ƏHVALATI ARASINDA PARALELLƏR APARAN M.Ə.RƏSULZADƏNİN İDEALLARINA BAXIŞ

Zakir MURADOV

Birinci Azərbaycan Respublikasının (1918-1920) banilərindən olan Məhəmməd Əmin Rəsulzadə 71 illik ömrünün son dəqiqəsinədək “Azərbaycan davası”nın ən fəal əsgəri olub.
Ardını oxu »

Sənət adamları Fədayə Laçının bağışlanmasını xahiş edirlər

AZƏRBAYCANIN BİR QRUP İNCƏSƏNƏT XADİMİ BU XAHİŞLƏ PREZİDENT İLHAM ƏLİYEVƏ VƏ BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN ƏLİYEVAYA MÜRACİƏT ÜNVANLAYIBLAR

Ötən il barəsində həbs qətimkan tədbiri seçilən tanınmış müğənni Fədayə Məmmədova (Laçın) ilə bağlı məlum cinayət işi üzrə istintaq prosesi davam edir.
Artıq 4 aydır ki, istintaq təcridxanasında cəza çəkən müğənninin ailəsi, yaxınları və həmkarları ölkə rəhbərliyindən növbəti dəfə humanist addım gözləyirlər. Xalq artistləri Arif Babayev, Alim Qasımov, Mənsum İbrahimov, Aftandil İsrafilov, Zaur Rzayev, Rafiq Ardını oxu »

Sehrli əllərdən süzülən miniatürlər

Şahanə MÜŞFİQ

Fəxrəddinlə Nizami adları birgə ilk dəfə böyük sənətkar, yazıçı, dramaturq Məmməd Səid Ordubadinin tarixi romanlarının sonuncusu olan “Qılınc və Qələm”də rastıma çıxıb.

Romanda sərkərdə Fəxrəddinlə şair, mütəfəkkir Nizaminin yaxın dostluğu Azərbaycan xalqının ən çətin zamanlarında mübarizəyə səsləyən qüvvəsi, gələcəyə inamı kimi təsvir olunub. Mübarizə, müharibə, üsyan səhnələri hər yerdə Fəxrəddinin adı ilə bağlıdırsa, onun əsas məsləhətçisi Nizamidir. Ardını oxu »

Pirallahı: 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü qeyd olundu

Martın 1-də 168 nömrəli tam orta məktəbdə Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirildi.

Əhalinin yarana biləcək fövqəladə hallara hazır olması məqsədi daşıyan tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini, Pirallahı Rayon Fövqəladə Hallar Komissiyasının sədri Vəzir Səfixanov, Xəzər rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi Cəsarət Kərimov, RİH əməkdaşları, Xəzər rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin nümayəndələri, Pirallahı rayonunda dislokasiya olunmuş idarə və müəssisələrin rəhbərləri və kollektiv üzvləri iştirak etdilər. Ardını oxu »

Kürdəmir: Səyyar qəbul-görüş

Martın 1-də  rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun Kürdəmir  şəhərinin sakinləri  ilə  növbəti  səyyar  qəbul-görüşü  keçirilib.
Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak edirdilər.
Səyyar qəbulda iştirak edən şəhər sakinləri-ziyalı Akif Hacıyev,  ağsaqqal  Rafiq Verdiyev, təqaüdçü Əliqulu Cəfərov və digərləri çıxış edərək ərazi vahidliyində  görülmüş  işlər  və  həyata  keçirilən tədbirlər barədə danışdılar. Ardını oxu »

Arxiv
Təqvim
Statistika
  • 0
  • 147
  • 107
  • 1,008
  • 4,835
ILK-10 Azeri Website Directory