Mart 2, 2018

Şərqin ilk demokratik respublikası– AXC

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar  Azərbaycan Turizm və Menecment Universitetində “Biznes idarəçiliyi” fakültəsinin tələbələri üçün Şirvanşahlar Sarayı Kompleksi Dövlət Tarixi-Memarlıq Qoruq-muzeyinin əməkdaşları tərəfindən “Cümhuriyyətin Azərbaycan uğrunda mübarizəsi” mövzusunda mühazirə saatı təşkil olunub. Ardını oxu »

Balakən rayonunda qanunsuz kəsilmiş at əti aşkarlanıb

Martın 1-də daxil olmuş məlumat əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Balakən rayonunun Gərəkli kənd sakini Ramazan Nəcməddin oğlu Muğumovun həyətinə baxış keçirib. Baxış zamanı həyətdə qeyri-qanuni, antisanitar şəraitdə kəsilmiş, talvardan soyularaq asılmış, sağlamlığına dair heç bir sənədi olmayan şaqqalara ayrılmış 1 baş atın cəmdəyi, həmçinin ev sahibinə məxsus 10-FN-974 dövlət nömrə nişanlı “Jiquli” markalı minik avtomobilinin yük yerində 1 ədəd atın başı, dərisi, 4 ədəd at ayağı və atın daxili orqanları aşkar edilib. Ardını oxu »

Mart ayında 8 qeyri-iş günü olacaq

 Strateq.az saytının xəbərinə görə, martın 8-i Beynəlxalq Qadınlar günü olduğundan, həmin gün qeyri-iş günüdür.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən martın 20, 21, 22, 23 və 24-ü Novruz bayramı ilə əlaqədar qeyri-iş günləridir. Martın 24-ü həftənin şənbə gününə təsadüf etdiyindən, martın 26-sı da qeyri-iş günü hesab edilir. Ardını oxu »

355 min nəfərin maaşı artıb

“Səhiyyə müəssisələrində və sosial təminat müəssisələrində çalışan və dövlət büdcəsindən maliyyələşdirilən şəxslərin əmək haqları mart ayının birindən 10 faiz artırılıb. Ümumilikdə bu 4 kateqoriya üzrə 355 min şəxsə şamil olunacaq”.

Bunu Strateq.az saytının yazdığına görə, Siyəzəndə jurnalistlərin suallarını cavablandıran əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Onun sözlərinə görə, bunlardan 200 min Ardını oxu »

Mətbuat Şurasının rəhbərliyi “Mingəçevir işıqları” qəzetinin 70 illik yubileyində

Fevralın 28-də “Mingəçevir işıqları” qəzetinin 70 illik yubileyi qeyd edilib. Mingəçevirin idarə və  müəssisə rəhbərlərinin,  çoxsaylı ziyalıların  və fəal oxucuların iştirak etdiyi yubiley mərasiminə toplaşanlar öncə qəzetin keçdiyi uzun yoldan bəhs edən videoçarxı izləyiblər.

Qəzetin baş redaktoru,  əməkdar jurnalist Fərman Nəbiyev çıxışında mərasim iştirakçılarına təşəkkürünü bildirərək yubilyar nəşrin keçdiyi yola bir qədər də geniş aydınlıq gətirib. Ardını oxu »

Gənclərə örnək ömür yolu

Düz 26 ildir ki, təqvim ilində fevral ayını qarşılayanda qeyri-ixtiyari tariximizin qanlı səhifəsini Xocalı soyqırımını xatırlayırıq.
 Ağrı ilə, acı ilə. Düz 26 ildir ki, Xocalı boyda ağrını ürəyimizdə gəzdiririk. XX əsrdə insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətlərdən olan Xocalı soyqırımı nəticəsində 613 nəfər həlak olub, səkkiz ailə tamamilə məhv edilib, 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb. Ötən ilin fevral ayında isə daha bir hadisənin şahidləri olduq. Ardını oxu »

İsmayıllıda ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 5.7.3 yarımbəndinin (Gənclər arasında seçki prosesinin və seçkilərdə (referendumda) iştirakın təbliği, ilk dəfə səs verən gənc seçicilər arasında maarifləndirmə işinin təşkili) icrasını təmin etmək məqsədi ilə gənclər, xüsusilə ilk dəfə səsverənlər arasında maarifləndirmə işinin aparılması, həmçinin gənclərin seçkilərdə fəallığının təmin edilməsi məqsədi ilə tədbirlərə başlanılmışdır.

Ardını oxu »

İCRA BAŞÇISI ŞAĞLASER KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞ KEÇİRİB

Martın 1-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov rayonun Şağlaser kəndində əhali ilə səyyar qəbul-görüşünü keçirib. 

İcra hakimiyyəti rəsmilərinin, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərlərinin və yerli sakinlərin iştirak etdikləri tədbiri giriş sözü ilə açan ŞİH başçısının Şağlaser ərazi vahidliyi üzrə nümayəndəsi Samid Ağayev son dövrlər ərazidə sosial-iqtisadi inkişafla bağlı görülən işlərdən, o cümlədən kəndara yollarının təmirindən, əhalinin fasiləsiz olaraq təbii qaz və elektrik enerjisi ilə təchizatından, torpaq adamlarına dövlət tərəfindən subsidiyaların verilməsindən və digər məsələlərdən danışıb. Ardını oxu »

Qəbələ sakinlərinin tibbi müayinələri davam etdirilir

Prezident cənab İlham Əliyevin tapşırığına əsasən, respublikamızın hər yerində olduğu kimi, Qəbələ rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir.
Bununla əlaqədar əhalinin kütləvi dispanserizasiyası üçün rayonda hər cür şərait yaradılmışdır. Müayinələr rayon mərkəzi xəstəxanasında, diaqnostika mərkəzində, eləcə də qəsəbə və kənd tibb məntəqələrində həyata keçirilir. Yüksək ixtisaslı həkimlər vətəndaşları qabaqcadan tərtib olunmuş qrafik əsasında müayinə edir, zərurət olduqda onlar müalicəyə cəlb olunurlar.

Ardını oxu »

Arxiv
Təqvim
Statistika
  • 0
  • 104
  • 43
  • 1,300
  • 4,180
ILK-10 Azeri Website Directory