Mart 3, 2018

İsmayıllıda turizmin inkişafı təşviq olunur

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir. Bu istiqamətdə növbəti işgüzar forum İsmayıllı rayonunun Qalınçaq kəndində təşkil olunub.

İşgüzar forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb. Ardını oxu »

Azərbaycanda bu ilin fevral ayında 1,921 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib

Cari ilin fevral ayında Azərbaycan Respublikasının davamlı inkişaf konsepsiyasının tərkib hissəsi olan elektrik enerjisi sisteminin etibarlılığının təminatı məsələsi diqqətdə saxlanılıb və infrastrukturun inkişaf etdirilməsi ilə bağlı müvafiq işlər davam etdirilib. Görülən işlərin nəticəsində “Azərenerji” ASC tərəfindən istehlakçılar tələbatlarına uyğun olaraq, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunub. Bunun nəticəsidir ki, “Azərenerji” ASC tərəfindən 2018-ci ilin fevral ayında istehsal edilən elektrik enerjisinin həcmi 1,921 milyard kilovat-saat olub. Ardını oxu »

Masallıda çəltikçilik gözəl perspektivlər vəd edir

Dünya əhalisinin yarısının əsas yeməyini buğda ilə bərabər düyü təşkil edir. Cənubi Koreyada yaşı 14 min ilə bərabər olan çəltik dənələri tapılıb. Düyünün vətəni Hindistan və Çindir. Düyü eramızdan əvvəl X-V əsrlərdə bu ölkələrdən Mesopotamiya, İran, Suriya və Orta Asiyaya yayılıb. Yunanlar düyü haqqında məlumatı Makedoniyalı İsgəndərin Hindistan səfərindən sonra alıblar. Ardını oxu »

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı səyyar qəbul keçirdi

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq 2018-ci il mart ayının 2-də 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. RİH Başçısı Asif Əsgərov MirQasımov küçəsi 5/7 ünvanda yerləşən mərasim evinin zalında sakinlərin müraciətlərini dinləmişdir. Ardını oxu »

Arxiv
Təqvim
Statistika
  • 0
  • 146
  • 106
  • 1,007
  • 4,834
ILK-10 Azeri Website Directory