Mart 4, 2018

Tərtərdə N saylı hərbi hissənin yaradılmasının 26 illiyi qeyd edilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər ərazisində yerləşən N saylı hərbi hissəsinin yaranmasının 26-ci ildönümü münasibətilə təntənəli tədbir keçirilib.

Müdafiə Nazirliyinin rəsmi nümayəndələrinin, Tərtər Rayon İcra Hakimiyyətinin, hərbi hissənin keçmiş döyüşçülərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni oxunub. Ardını oxu »

Xaçmazın içməli su sisteminin yenidən qurulması işləri yekunlaşır

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bölgələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində layihələrin icrasını davam etdirir.

ASC-dən verilən məlumata görə, Azərbaycan Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” çərçivəsində Xaçmaz şəhərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması işləri yekunlaşmaq üzrədir. Ardını oxu »

Çoxuşaqlı ailələrdə məktəbəqədər təhsillə bağlı ailə tipli təlim qrupları yaradılacaq

Nazirlər Kabineti “Ailə tipli, icma əsaslı, qısamüddətli təlim qruplarında məktəbəqədər təhsilin təşkili Qaydası”nı təsdiqləyib. 

APA-nın məlumatına görə, Qaydaya əsasən, məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərməyən ərazilərdə valideynlərin (digər qanuni nümayəndələrin) istəyi ilə ailə tipli və ya icma əsaslı, yaxud qısamüddətli təlim qrupları yaradıla bilər.  Ardını oxu »

Arxiv
Təqvim
Statistika
  • 0
  • 146
  • 106
  • 1,007
  • 4,834
ILK-10 Azeri Website Directory