Mart 5, 2018

Dərbəndin azərbaycanlı başçısı ev dustaqlığına məhkum edildi

Dağıstan Respublikasının Dərbənd rayonunun başçısı Məhəmməd Cəlilov vəzifəsindən kənarlaşdırılıb. 

APA-nın Rusiya bürosunun xəbərinə görə, bu barədə Rusiya İstintaq Komitəsi öz Telegram kanalında məlumat yayıb.

Məhkəmə M. Cəlilovun ev dustaqlığına məhkum edilməsi barədə qərar verib.

İstintaqın məlumatına görə, 2015-ci ildə M. Cəlilov vəzifə səlahiyyətlərini aşaraq iki yerli sakinə hər biri bir hektar olmaqla həyatyanı sahənin verilməsi haqqında qanunsuz qərar çıxarıb. Ardını oxu »

İrəvandan “Yerevan”a dəyişən torpaqlarımız

Əslində bu barədə yazı yazmaq fikrində deyildim. Çünki Azərbaycan Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) 2018-ci il fevralın 8-də keçirilən dördüncü qurultayında ölkənin daxili və xarici siyasəti haqqında geniş və əhatəli məruzə ilə çıxış etmişdi. Ancaq daha sonra Ermənistan, Rusiya və Fransa rəsmilərinin Prezident İlham Əliyevin qurultayda söylədikləri fikirlərlə bağlı verdikləri bəyanatdan sonra bu yazını yazmaq şərt oldu deyə düşündüm. Ardını oxu »

Mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə qərara alıram: Ardını oxu »

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

Azərbaycanın paytaxtı Bakı şəhərində yanğın nəticəsində çoxsaylı insanın həlak olması və xəsarət alması xəbəri bizi çox kədərləndirdi.

Zati-aliləri, bu hüznlü vaxtda Sizə, qardaş Azərbaycan xalqına, həmçinin həlak olanların ailə üzvlərinə dərin hüznlə başsağlığı verir və kədərinizə şərik olduğumu bildirirəm. Ardını oxu »

Flora QASIMOVA: Azərbaycan dövləti demokratik və şəffaf seçki keçirməyə həmişə maraqlı olub

Flora Qasımova Milli Məclisə Xankəndi Seçki Dairəsindən deputat seçilib. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımının, terror aktlarının ağrı- acısını yaşayanlardandır. Söz yox ki, ömür-gün yoldaşı, Azərbaycanın Milli Qəhrəmanı  mərhum Şirin Mirzəyev ərazi bütövlüyümüzün qorunması istiqamətində xidmətlər göstərib və bu amal uğrunda şəhid olub. Flora xanımda torpaqlarımızın işğaldan azad olunmasına inam və ömür-gün yoldaşının, o cümlədən bütün şəhidlərimizin qanının yerdə qalmayacağına böyük əminlik var. Ardını oxu »

Sumqayıtda bir ailənin altı üzvü dəm qazından boğulub

Sumqayıtda altı nəfər dəm qazı zəhərlənməsindən həlak olub.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə martın 4-də Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 18/11 ünvanında qeydə alınıb.

Sumqayıt Şəhər Prokurorluğuna daxil olan məlumat əsasında dərhal şəhər prokurorluğunun əməkdaşları və məhkəmə-tibb eskpertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib və altı meyit aşkarlanıb. Ardını oxu »

Bu gün Bədən Tərbiyəsi və idman günüdür

Bu gün Bədən Tərbiyəsi və idman günüdür

5 mart ölkəmizdə Bədən tərbiyəsi və İdman günüdür. Bu tarix Prezident İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli Sərəncamına əsasən qeyd edilir.

Ölkəmizdə idmanın inkişafı isə ildən-ilə geniş vüsət alır.

2012-ci il həm də Dövlət başçımız tərəfindən “İdman ili” elan edilib. Ardını oxu »

Xətai rayonunda Heydər Əliyev parkı əsl dostluq və qardaşlıq rəmzlərini özündə birləşdirən paytaxtın ən gözəl parklarındandır

Xətai rayonu ərazisində Ulu Öndər Heydər Əliyevin adını daşıyan park 2000-ci ildə inşa edilmişdir. Parkın açılış mərasimi 4 iyun 2000-ci il tarixində Ulu Öndərin öz iştirakı ilə baş tutmuşdur.Təntənəli açılış mərasimində iştirak edən Heydər Əliyev paytaxtın gözəl guşələrindən biri olan Əhmədlidə belə bir parkın tikilməsindən və sakinlərin istifadəsinə verilməsindən məmnun qaldığını bildirərək həmin parkda ağac əkmişdir. Həmin ağac bu günədək qorunub saxlanılır.

Ardını oxu »

Arxiv
Təqvim
Statistika
  • 0
  • 146
  • 106
  • 1,007
  • 4,834
ILK-10 Azeri Website Directory