Mart 6, 2018

Məleykə Abbaszadə: “Qanunvericilikdə dəyişiklik olmasa…”

Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclasında dövlət qulluğu ilə əlaqədar görülmüş işlər müzakirə olunub. 

DİM-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda qeyd olunub ki, indiyə qədər ümumilikdə 1488, inzibati vəzifələrin A növü üzrə 33, B növü üzrə 1455 namizəd dövlət qulluğuna qəbul imtahanlarında iştirak edərək sertifikat əldə edib. Son iki ay ərzində dövlət orqanlarından daxil olmuş 2026 vakansiya üçün müsabiqə üzrə 4 müsahibə elanı verilib.  Ardını oxu »

Xalq yazıçısı Anardan 3 dildə yeni kitab

“AybKitab” layihəsi çərçivəsində Xalq yazıçısı Anarın “Səhra yuxuları” kitabı işıq üzü görüb.

Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın 525.az-a verdiyi məlumata görə, “Səhra yuxuları” pyesi Azərbaycan, rus və türk dillərində kitaba daxil edilib. Ardını oxu »

Mirşahinin televiziyasına lisenziya verildi

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. 

MTRŞ-dan APA-ya verilən məlumata görə, iclasda “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb.

MTR-nın qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.  Ardını oxu »

Prezidentliyə namizədlik vəsiqəsi İlham Əliyevə təqdim edildi

Mərkəzi Seçki Komissiyasını sədri Məzahir Pənahov prezidentliyə namizədlik vəsiqəsini İlham Əliyevə təqdim edib.

APA-nın məlumatına görə, M. Pənahov 2018-ci il aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı qeydə alınmış ilk namizəd kimi İlham Əliyevə təbriklərini çatdırıb və namizədlik vəsiqəsini ona təqdim edib. Ardını oxu »

Qazaxda idmanın inkişafına qayğı

Son dövrlərdə Azərbaycan idmançılarının beynəlxalq yarışlarda idmanın bütün növləri üzrə qələbələri davamlı xarakter almışdır. Əldə olunan nailiyyətlərdə qazaxlı idmançıların da payı danılmazdır. Hazırda idmanın inkişaf etdirilməsi üçün rayonda hərtərəfli və münbit şərait yaradılmışdır. Bu günlərdə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həndbol üzrə 2002-2003-cü il təvəllüdlü yeniyetmə oğlanlar arasında Bakı şəhər açıq birinciliyində üçüncü yeri tutmuş Qazax Olimpiya İdman Kompleksinin komandasının üzvlərini qəbul edib.

Ardını oxu »

Kürdəmirdə Yüngül atletika üzrə rayon birinciliyinə yekun vurulub

Martın 5-də Kürdəmir şəhər stadionunda 5 mart Bədən tərbiyəsi və idman gününə həsr olunan idmanın Yüngül atletika üzrə rayon birinciliyi keçirilib.
Kürdəmir rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə keçirilən yarışda rayonun ümumtəhsil məktəblərinin oğlan və qızlardan ibarət komandaları iştirak ediblər. Ardını oxu »

Masallıda çəltikçilik gözəl perspektivlər vəd edir

Dünya əhalisinin yarısının əsas yeməyini buğda ilə bərabər düyü təşkil edir. Cənubi Koreyada yaşı 14 min ilə bərabər olan çəltik dənələri tapılıb. Düyünün vətəni Hindistan və Çindir. Düyü eramızdan əvvəl X-V əsrlərdə bu ölkələrdən Mesopotamiya, İran, Suriya və Orta Asiyaya yayılıb. Yunanlar düyü haqqında məlumatı Makedoniyalı İsgəndərin Hindistan səfərindən sonra alıblar. Ardını oxu »

Arxiv
Təqvim
Statistika
  • 0
  • 18
  • 13
  • 804
  • 2,678
ILK-10 Azeri Website Directory