Mart 7, 2018

AZƏRBAYCANIN DÖVLƏTÇİLİK TARİXİNİN, MİLLİ ADƏT – ƏNƏNƏLƏRİNİN, ELM VƏ MƏDƏNİYYƏTİNİN TƏBLİĞİ

XALQIMIZIN ƏZİZ VƏ UCA TUTDUĞU BAYRAM

 Prezident İLHAM ƏLİYEV: “Zəngin mənəviyyatımız və düşüncə dünyamız, yüksək əxlaqi keyfiyyətlərimiz və həyata nikbin baxışımız Novruz mərasimlərində bütün rəngarəngliyi ilə dolğun təcəssümünü tapmışdır”.

 Novruz Azərbaycan xalqının zəngin maddi və mədəni dəyərlərinin mühüm bir hissəsini özündə birləşdirən böyük mədəniyyət hadisəsidir. Novruzun tərkibi quruluşca mürəkkəb, məzmunca dərin və geniş əhatəlidir. Çağdaş dövrümüz üçün bu, bir milli bayramdır. Bu bayrama tarixi inkişaf kontekstində baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük.

Ardını oxu »

ONUN KÖNÜL DÜNYASI

Şəhərimizdəki 9 nömrəli tam orta məktəbin məzunudur. Həm də rus bölməsində oxuyub. Etiraf edir ki, əlaçı şagird olmasa da, pis də oxumayıb. Amma təhsilini sonradan müəyyən səbəblər üzündən digər pillələrdə davam etdirə bilməyib. Buna baxmayaraq, gücünü sınamaqdan da vaz keçməyib. Orta təhsilli olmasına rəğmən öz üzərində işləməklə yazmaq vərdişlərinə yiyələnib. Və işləmək üçün yerli televiziya kanalına müraciətinə müsbət cavab alanda məsuliyyət hissilə başlayıb işə. Televiziyanın layihələr departamentində.

Ardını oxu »

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirik

Hörmətli xanımlar! Əziz qadınlar!

İsmayıllıda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə görüş olub

İsmayıllı Rayon İcra Hakimiyyətində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə görüş keçirilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, görüş 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil edilib. İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qadınları bayram münasibətilə təbrik edib. Vurğulayıb ki, bu gün dövlətimiz hər bir şəhid və əlil ailəsinin qayğısını çəkir, onların övladlarının təhsili üçün lazımi şərait yaradır, mənzil ehtiyaclarını ödəyir. Ardını oxu »

Mərkəzi Seçki Komissiyası nəzdində Müstəqil Media Mərkəzinin açılışı olub

2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının “Seçki-2018” Müstəqil Media Mərkəzi fəaliyyətə başlayıb.

AZƏRTAC xəbər verir ki, martın 7-də Bakı şəhərindəki Hilton otelində Müstəqil Media Mərkəzinin açılış mərasimi olub. Kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılan tədbirdə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Komissiya üzvləri və Katibliyin təmsilçiləri iştirak ediblər. Ardını oxu »

Samuxda növbəti təhsilyanı şura iclası keçirilib

Samux Rayon Təhsil Şöbəsində ümumi təhsil məktəb direktorlarının iştirakı ilə növbəti təhsilyanı şura iclası keçirilib.
İclasın gündəliyində duran RTŞ-nin aparıcı məsləhətçiləri tərəfindən Qarayeri qəsəbə 1 nömrəli tam orta məktəb-liseyin təmayül siniflərində tədrisin vəziyyəti, İnstitut qəsəbə tam orta məktəbdə “Təhsildə keyfiyyət ili” ilə bağlı görülmüş işlər və gözləntilər barədə monitorinqin nəticələri və Qaraarx qəsəbə ümumi orta məktəbdə tədrisin keyfiyyəti ilə bağlı keçirilmiş monitorinqin nəticələri müzakirə edilib və qərar layihəsi oxunub.

Ardını oxu »

Ağcabədidə “Hərəyə bir ağac əkək” kompaniyası çərçivəsində ağac əkini davam edir

Cari ilin noyabr ayından başlayan  “Hərəyə bir ağac əkək” kompaniyası çərçivəsində Ağcabədi rayonunda ağacəkmə aksiyası uğurla davam edir.

Ağacəkmə kompaniyasında Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı, YAP Siyasi Şurasının üzvü Şahin Məmmədov, YAP fəalları, müəssisə və təşkilat rəhbərləri, 500 nəfərdən artıq nümayəndəsi iştirak etmişdir. İməclik zamanı 1000-dən artıq həmişəyaşıl, 200-dən artıq tut tingi əkilmiş və suvarılmışdır. Ardını oxu »

Arxiv
Təqvim
Statistika
  • 0
  • 18
  • 13
  • 804
  • 2,678
ILK-10 Azeri Website Directory