Mart 8, 2018

Akademik Vaqif Fərzəliyevə Oksford Akademik Birliyinə üzvlük təklif edilib

AMEA akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyevə Böyük Britaniyanın Oksford Akademik Birliyinə üzvlük təklif edilib.

Sözügedən təşkilatın Ekspertlər Şurası V.Fərzəliyevin beynəlxalq səviyyəli elmi fəaliyyətini, tədqiqatlarının nəticələrinin elm və istehsalın inteqrasiyasına verdiyi töhvəni yüksək qiymətləndirərək belə bir qərar qəbul edib. Ardını oxu »

Müasir Azərbaycan iqtisadiyyatı: konkret hədəflər, optimal yollar, görünən üfüqlər

Müstəqilliyimizin 100-cü ildönümünü qeyd etdiyimiz 2018-ci ildə Azərbaycan iqtisadiyyatı özünün inkişafında yeni tərəqqi dövrünə qədəm qoymuşdur. Ən qısa şəkildə ifadə etmiş olsaq, ölkəmizin iqtisadi qüdrətinin 2004-2018-ci illər ərzində 3,2 dəfədən çox artdığını qeyd etməliyik. Bu, əməli fəaliyyət baxımından ölkəmizin yerləşdiyi region üçün misli görünməmiş bir hadisədir və Azərbaycan Hökümətinin məqsədyönlü fədakar əməyinin nəticəsi kimi qiymətləndirilə bilər. Ardını oxu »

Paytaxtın Nərimanov rayonundakı 80 saylı körpələr evi-uşaq bağçası yenidənqurmadan sonra istifadəyə verilib

Bakının Nərimanov rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı yenidən qurulan 80 saylı körpələr evi-uşaq bağçasının martın 6-da açılışı olub. 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva açılışda iştirak edib.

Birinci vitse-prezident Mehriban Əliyeva 80 saylı körpələr evi-uşaq bağçasında yaradılmış şəraitlə tanış oldu. Ardını oxu »

Zərdabda əhalinin içməli su təminatı yaxşılaşdırılıb

Zərdabda əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələr uğurla yekunlaşıb.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, bu münasibətlə rayonun Salahlı kəndində açılış mərasimi keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev bildirib ki, Zərdab rayonunda içməli su təchizatı həmişə aktual olub. Əhali suvarma arxlarının suyunu duruldaraq istifadə edib. Ardını oxu »

Jurnalistlərin VII qurultayının proqramı açıqlandı

Azərbaycan jurnalistlərinin VII qurultayı martın 10-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçiriləcək.

Mətbuat Şurasından (MŞ) APA-ya verilən məlumata görə, qurultay nümayəndələri həmin gün saat 09.00-dan başlayaraq qeydiyyatdan keçməlidir.

Ali məclis saat 10.00-da öz işinə başlayacaq. Qurultayda Azərbaycan Ardını oxu »

Arxiv
Təqvim
Statistika
  • 0
  • 101
  • 26
  • 952
  • 4,941
ILK-10 Azeri Website Directory