Mart 9, 2018

Beşinci Beynəlxalq Muğam Festivalının iştirakçıları Gəncədə

8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə Gəncədə konsert proqramı təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə keçirilən “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalının iştirakçıları və bu münasibətlə ölkəmizə gələn Türkiyə, Moldova, Polşa, İran, İraq, Özbəkistan, İordaniya, Misir, Suriya, Tacikistan, Qazaxıstan, Mərakeş, Gürcüstan, Hindistan, İsrail və digər dövlətlərdən olan nümayəndələr iştirak ediblər. Ardını oxu »

Mehriban xanım Əliyeva: böyük uğurların izi ilə

Müasir dünyada qadınların sosial-siyasi sahədə fəaliyyətinə, onların hüquqlarının qorunmasına və ictimai fəallıqlarının yüksəldilməsinə ciddi diqqət yetirilir. Eyni zamanda, hər bir cəmiyyətin həyatında qadınların tarixən özünəməxsus yeri olub. Azərbaycanda qadınların yeri və rolu həmişə böyük olub. Cəmiyyətin tərbiyəsində onların əvəzedilməz yeri var. Azərbaycanlı qadınlar sülh yaradıb, qan davalarını dayandırıblar, bütün cəmiyyətdə mehribanlığın bərqərar olmasına ciddi töhfələr veriblər.

Ardını oxu »

Şəkinin Çeşməli kəndində səyyar qəbul keçirilib

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov martın 7-də Şəkinin Çeşməli kəndinin sakinləri ilə görüşmüşdür.
Görüşdə başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbələri, kənd sakinləri iştirak etmişlər.
Görüşün əvvəlində ərazidə görülmüş işlərdən söz açılmış, kəndin ərazisindəki həlli vacib məsələlərə  toxunulmuş, həmçinin Şəki şəhərində həyata keçirilən layihələr barədə məlumat verilmişdir. Ardını oxu »

Samuxda riyaziyyat müəllimləri üçün maarifləndirici seminar keçirilib

Samux rayon Lüksemburq kənd tam orta məktəbdə Rayon Təhsil Şöbəsinin metodistləri tərəfindən yaxın ərazidə yerləşən yeddi (Poylu kənd tam orta məktəb, Salahlı kənd ümumi orta məktəb, Burunqovaq kənd ümumi orta məktəb, Kəsəmən kənd ümumi orta məktəb, Yenikənd kənd tam orta məktəb, Qırmızı Samux kənd tam orta məktəb) ümumi təhsil məktəbində çalışan riyaziyyat müəllimləri üçün “Müasir tədrisdə riyaziyyatın mənimsənilməsi metodologiyası” mövzusunda maarifləndirici seminar keçirilib.

Ardını oxu »

Gəncədə 8 mart “Beynəlxalq Qadınlar Günü” münasibətilə tədbir keçirilib

“8 mart – Beynəlxalq Qadınlar Günü” münasibəti ilə və “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalının çərçivəsində F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında bayram tədbiri Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə keçirilib.

Tədbirdə “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalının iştirakçıları və bu münasibətlə ölkəmizə gələn Türkiyə, Moldova, Ardını oxu »

Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş tərkibli iclası keçirilmişdir

Nəsimi rayon İcra Hakimiyyətində rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların,  ali və orta təhsil müəssisələrinin,  tam orta və məktəbəqədər müssisələrin, səhiyyə ocaqlarının, rayon təsərrüfat xidmətlərinin rəhbərlərinin iştirakı ilə RİH Başçısı yanında Şuranın geniş yığıncağı keçirilmişdir.

Yığıncağı giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin Başçısı Asif  Əsgərov qarşıdan gələn Novruz  bayramı münasibəti ilə rayon Ardını oxu »

Arxiv
Təqvim
Statistika
  • 0
  • 96
  • 23
  • 947
  • 4,936
ILK-10 Azeri Website Directory