Mart 10, 2018

İcra başçısı Novruz Bayramı yarmarkasında

Bu günlər Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, o cümlədən çeşidini genişləndirməklə seçmək və əlverişli qiymətə almaq imkanının yaradılması məqsədilə, Şəmkir rayonunda kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunub.

Satış-yarmarkada yerli fermerlər və məhsul istehsalçıları tərəfindən alıcılara müxtəlif növ ərzaq və kənd təsərrüfatı məhsulları təklif edilib. Ardını oxu »

Hacıqərvənd kəndində səyyar-qəbul görüş keçirilib

Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüş Hacıqərvənd kəndində keçirilib.

Qəbulda rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər. Ardını oxu »

Xəzər rayonunda badam bağlarının salınmasına vəsait ayrılacaq

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakının Xəzər rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır. 

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, SKMF Xəzər rayonunda işgüzar forum keçirib.  Ardını oxu »

Azərbaycanın Baş naziri Gürcüstanın müdafiə naziri ilə görüşüb

Martın 9-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ölkəmizdə səfərdə olan Gürcüstanın müdafiə naziri Levan İzoria ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycanla Gürcüstan arasında əməkdaşlığın inkişaf etdirilməsi baxımından yüksək səviyyəli görüşlərin intensivləşdirilməsini zəruri sayan Baş nazir Artur Rasi-zadə qarşılıqlı faydalı əsaslarda həyata keçirilən qlobal layihələrin əhəmiyyətini qeyd edib. O, nəzərdə tutulan sazişlərin uğurla gerçəkləşdirildiyini, istər neft-qaz Ardını oxu »

Qəbələ rayonunda modul tipli 4 yeni məktəb quraşdırılacaq

Prezident İlham Əliyev martın 9-da “Qax, Qəbələ, Oğuz və Şəki rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” Sərəncam imzalayıb.

Prezidentin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə  Qax, Qəbələ, Oğuz və Şəki rayonlarında cəmi 956 şagird yerlik modul tipli 15 məktəbin quraşdırılması məqsədilə  “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün Ardını oxu »

Arxiv
Təqvim
Statistika
  • 0
  • 96
  • 23
  • 947
  • 4,936
ILK-10 Azeri Website Directory