Mart 12, 2018

Ordumuz genişmiqyaslı təlimlərə başladı

Martın 12-dən müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb. 

MN-dən APA-ya verilən məlumata görə, təlimlərə 25.000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.  Ardını oxu »

Gəncə, Sumqayıt və Abşeronda I sinfə elektron qəbul başladı

Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunda 2018-2019-cu tədris ili üzrə birinci sinfə elektron sənəd qəbulu başlayıb. 

APA-nın xəbərinə görə, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə ümumi təhsil müəssisələrinə I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçiriləcək.  Ardını oxu »

Mədəniyyət və turizm naziri Naftalan şəhərində vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mədəniyyət və turizm naziri Əbülfəs Qarayev martın 15-də saat 11.00-da Naftalan şəhərində vətəndaşları qəbul edəcək.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, şəhərdəki Heydər Əliyev Mərkəzində ( Şıxəli Qurbanov küçəsi, 1) keçiriləcək qəbulda Gəncə, Naftalan şəhərlərindən, Samux, Goranboy, Kəlbəcər və Xocalı rayonlarından olan vətəndaşlar iştirak edəcəklər. Ardını oxu »

Martın 18-də keçiriləcək buraxılış imtahanında iştirak edəcək şagirdlərin nəzərinə!

Martın 18-də Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızı rayonlarının, həmçinin Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, tədrisi ingilis dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi orta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanının birinci mərhələsi keçiriləcək. Ardını oxu »

Formula 1 simulyator yarışlarının Qax mərhələsinin qalibi məlum olub

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) və Azərbaycan Avtomobil Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə avtoidman üzrə maarifləndirmə ayı çərçivəsində “Sənin sürət formulan” şüarı altında simulyatorda Formula 1 (F1) çempionatının regionlar üzrə təlim və yarışları uğurla davam edir. Çempionatın keçirildiyi növbəti ünvan Qax şəhəri olub.
Martın 6-da Qax şəhərində ictimaiyyətə açıq Formula 1 simulyator oyunları və yarışda iştirak edəcək 200 nəfər IX-XI sinif şagirdi üçün yol hərəkəti qaydaları ilə bağlı təlim təşkil olunub. Ardını oxu »

Samuxun 30 kilometrlik iki avtomobil yolu yenidən qurulur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Samux rayonunda uzunluğu 30,9 km olan iki avtomobil yolunun yenidən qurulması işlərinə start verilib.
Agentlikdən “APA-Economics”ə verilən məlumata görə, bu, 18,2 km-lik Çobanabdallı-Lək-Əlibayramlı və 12,7 km-lik Yenikənd-Lüksemburq-Qırmızı Samux avtomobil yollarıdır. Avtomobil yollarının hər biri 3 yaşayış məntəqələrini əhatə etməklə 10 min nəfər əhalinin gediş-gəlişini rahatlaşdıracaq. Ardını oxu »

“Şahin” hərbi – idman oyununun keçirilməsi ilə bağlı hərbi hazırlıq müəllimlərinin məlumatlandırılması üçün toplantı keçirilmişdir

Martın 9-da Ağcabədi Rayon Gənclər və İdman idarəsinin və rayon Təhsil şöbəsinin birgə  təşkilatçılığı  ilə rayon Təhsil şöbəsinin akt zalında “Şahin”  hərbi – idman oyununun   keçirilməsi ilə bağlı hərbi hazırlıq müəllimlərinin məlumatlandırılması üçün toplantı keçirilmişdir.

Toplantıda Ağcabədi Rayon Gənclər və İdman idarəsinin rəis müavini Eldəniz Qənbərov, Ağcabədi Rayon Gənclər və İdman Ardını oxu »

TÜRKİYƏNİN İZMİR ŞƏHƏRİNDƏ CƏRRAHLARIN BEYNƏLXALQ KONQRESİ KEÇİRİLMİŞDİR

Azər İSMAYILOV: “Beynəlxalq səviyyəli konqresdə pilot ərazilərdə fəaliyyət göstərən İcbari Tibbi Sığortanın uğurları haqqında da söhbət açdım”.

Konqres dünyaca ünlü NUTRİCİA firmasının sponsorluğu ilə professor-doktor Ahmet Çoker tərəfindən təşkil edilmişdi. Toplantının işinə  qaraciyər, öd, öd yolları, mədəaltı vəzin cərrahiyyəsi ilə məşğul olan tanınmış cərrahlar qatılmışdılar.

Ardını oxu »

Arxiv
Təqvim
Statistika
  • 0
  • 146
  • 106
  • 1,007
  • 4,834
ILK-10 Azeri Website Directory