Mart 13, 2018

Qadir Qədirzadə: xatirəsi ürəklərdə yaşayacaq alim

İnsanın ömrü onun əməlləri qədərdir. Alnı açıq, başı dik yaşamaq və yaşadığın ömrə sığdırdığın xeyirxah işlər insana ikinci ömür, ikinci həyat qazandırır.

Görkəmli etnoqraf alim, dəyərli ziyalı, gözəl insan Hacı Qadir Qədirzadə də özünə sağlığında abidə ucaldan insan kimi ürəklərdə həmişə yaşayacaq. Ardını oxu »

Eldar Əzizov: “Bayıl sürüşmə sahəsindəki 98 evdən yalnız birinin sənədi var”

“Bayılda sürüşmə sahəsində yaşayan sakinlərə ailənin tərkibinə görə kirayə haqları verilir”. 

APA-nın xəbərinə görə, bunu Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov deyib. E. Əzizov qeyd edib ki, təhlükəli ərazilərdəki mənzillərin sakinləri köçürüləcək:
“Kompensasiyanın verilməsi işinə Maliyyə Nazirliyi baxır. Ərazidəki 98 evdən yalnız birinin sənədi var. Ardını oxu »

Milli mətbuatımızın layiqli varisi

Şəfəq NASİR
Filologiya üzrə fəlsəfə doktoru

Bütün zamanlarda xalqın maariflənməsi, milli-mənəvi dəyərlərinin formalaşması, mədəni inkişafı məsələləri ziyalıları, ədəbiyyat, sənət adamlarını düşündürmüş, bu yolda onları ideoloji mübarizəyə səfərbər etmişdir.

Bu münəvvər insanlar belə bir missiyanın zəruri olduğunu dərk etdiklərindən nə qədər qovğalar yaşasalar, dəmir sədlərlə Ardını oxu »

Bu gün üçüncü – Yel Çərşənbəsidir

Yel ünsürü ilə bağlanan çərşənbə xalq arasında “Yel çərşənbə”, “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” və “Yelli çərşənbə” kimi tanınır. “Yel” şifahi xalq ədəbiyyatımızdan müasir ədəbiyyatımıza kimi əksər nümunələrdə öz əksini tapmışdır.  “A Yel baba, Yel baba, Gözləyirik, gəl, baba”—deyə oxumuşlar. Ardını oxu »

“Cümhuriyyət İli”nə hekayə müsabiqəsi

“Hədəf” nəşrlərinin “Ustad” ədəbiyyat və sənət dərgisi Cümhuriyyət ili münasibətilə hekayə müsabiqəsi elan edib.

Müsabiqəyə  1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Cümhuriyyəti dönəmindən,  həmin dövrdə baş vermiş  istənilən hadisəni, ictimai-siyasi, sosial-mədəni mövzuları əhatə edən hekayələr qəbul edilir. Hekayələrin janrına məhdudiyyət qoyulmur. Ardını oxu »

Qazaxda təşkil edilən yarmarka əhalinin razılığına səbəb olub

Novruzun gəlişi ilə əlaqədar Qazaxda təşkil olunan yarmarka əhalinin böyük razılığına səbəb olub. Çünki burada məhsulların çeşidi bol, qiymətlər isə adi bazar qiymətlərindən xeyli ucuzdur.Ötən şənbə və bazar günləri də yarmarkaya gələnlərin sayı xeyli çox olub, əhalinin tələbatına uyğun olaraq satışa müxtəlif çeşiddə məhsullar çıxarılıb.  Ardını oxu »

Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Son illərdə Azərbaycan Respublikasında torpaqlardan istifadənin səmərəliliyinin artırılması və əkinəyararlı torpaqların genişləndirilməsi məqsədi ilə əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, o cümlədən əhalinin içməli suya tələbatının ödənilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Ardını oxu »

Qaraçinar kəndində səyyar qəbul-görüş keçirildi

Martın 13-də Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev Qaraçinar kəndinin əhalisi ilə görüş  keçirmişdir.
Görüşdə hüquq mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri iştirak etmişdir. Kənd icra nümayəndəsi və bələdiyyə sədri görülmüş işlər və problemlər barədə məlumat vermiş, sonra sakinlərin onları narahat edən problemləri dinlənilmişdir.

Ardını oxu »

Arxiv
Təqvim
Statistika
  • 0
  • 18
  • 13
  • 804
  • 2,678
ILK-10 Azeri Website Directory