Mart 16, 2018

Məktəblilərimiz ağacəkmə aksiyasına qoşulublar

Məktəblilərimiz ağacəkmə aksiyasına qoşulublar

“Ölkəmizitanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Şəmkirli məktəblilər ilk gün Qəbələnin füsünkar təbiəti ilə tanış olub, ağacəkmə aksiyasına qoşulublar.

Nəzərdə tutulmuş marşurut xətti üzrə hərəkət edən tur iştirakçıları əvvəlcə IDEA İctimai Birliyinin təşəbbüsü ilə keçirilən yaşıllaşdırma Ardını oxu »

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyanın 9 şəhər və rayondan olan məktəbliləri Qəbələ rayonuna səfər etmişlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, martın 15-dən 18-dək respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün nəzərdə tutulan “Ölkəmizi tanıyaq” adlı növbəti maarifləndirici tur-aksiyaya start verilib.

Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə keçirilən tur-aksiyada iştirak edən Gəncə, Göygöl, Samux, Şəmkir, Goranboy, Kəlbəcər, Xocalı, Tərtər və Gədəbəy məktəblilərindən ibarət 9 qrupun üzvləri martın Ardını oxu »

Genişmiqyaslı təlimlərin döyüş atışlı mərhələsi keçirildi

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən genişmiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi keçirilib. 

MN-dən APA-ya verilən məlumata görə, bu mərhələdə qoşunlar şərti düşmənin hücumunun qarşısının alınması, onun atəşlə tələfata uğradılması, əks-zərbə endirməklə müdafiənin əlverişli hədlər üzrə bərpa olunması və genişmiqyaslı əks-hücum əməliyyatının keçirilməsi tapşırıqlarını yerinə yetirib.  Ardını oxu »

İordaniya kralı Nizami Gəncəvi Beynəlxalq Mükafatı ilə təltif olundu

“İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunda İordaniya kralı İİ P Abdulla Nizami Gəncəvi Beynəlxalq Mükafatı ilə təltif edilib.
APA-nın məlumatına görə, İordaniya kralı sülh və təhlükəsizliyə töhfələri ilə əlaqədar bu mükafatla təltif olunub. Ardını oxu »

Mədəniyyət və turizm naziri Gəncə sakinlərini qəbul edib

Əbülfəs Qarayev vətəndaşlarla növbəti dəfə görüşüb.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri tərəfindən şəhər və rayonlarda əhalinin qəbulu davam edir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü Naftalan şəhərində gerçəkləşib. Nazir Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində Gəncə və Naftalan şəhərləri, Samux, Goranboy, Kəlbəcər və Xocalı rayonlarının sakinlərini qəbul edib. Ardını oxu »

Altıncı Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib

VI Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib.

Ziyafətdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

Bir sıra ölkələrin dövlət və hökumət başçılarının, eləcə də sabiq dövlət və hökumət başçılarının, tanınmış siyasi və ictimai xadimlərin iştirak etdikləri ziyafətdə Prezident İlham ƏLİYEV çıxış edərək dedi:

Ardını oxu »

Gəncədə isveçrəli kinematoqrafçılarının istehsal etdiyi film nümayiş olunub

İsveçrənin Azərbaycandakı səfirliyinin dəstəyi və Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nizami yurdunda isveçrəli kinematoqrafçıların istehsalı olan “Haydi” filmi nümayiş etdirilib.

Nümayişdən öncə Gəncə şəhər İcra Hakimiyyəti rəsmisi Həsən Məmmədov qonaqları salamlayaraq, Prezident cənab İlham Əliyevin Ardını oxu »

“Ölkəmizi tanıyaq” layihəsinin iştirakçıları Gəncə şəhərinin qonağıdır

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın Qax, Balakən, Zaqatala, Sabirabad, Saatlı, Ucar və Kürdəmirdən olan iştirakçıları Gəncəyə gəliblər. IX-XI sinif şagirdləri, eləcə də onları müşayiət edən qrup rəhbərləri və müəllimlər “Zəfər Tağı” önündə qarşılanıblar.

Tur-aksiya iştirakçılarının Gəncə şəhəri ilə tanışlığı Heydər Əliyev Park Kompleksi ilə başlayıb. Ardını oxu »

Arxiv
Təqvim
Statistika
  • 0
  • 62
  • 29
  • 791
  • 2,762
ILK-10 Azeri Website Directory