Mart 19, 2018

Azərbaycanda seçki sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər görülüb

Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru Tahir Rzayevin sechki-2018.az saytına müsahibəsi

– Tahir müəllim, aprelin 11-də ölkəmizdə prezident seçkiləri keçiriləcək. Seçkilərə ciddi hazırlıq işləri gedir. Seçki prosesini, hazırlıq işlərini necə dəyərləndirirsiniz?

– Hər bir ölkədə keçirilən seçkilər həmin ölkənin ictimai-siyasi həyatında çox mühüm hadisədir. Prezident seçkiləri isə ölkənin gələcəyi üçün mühüm əhəmiyyət daşıyır. Ardını oxu »

Heydər Əliyev Fondu tərəfindən aztəminatlı ailələrə Novruz sovqatları paylanılır

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Novruz bayramı münasibətilə aztəminatlı ailələrə sovqatlar paylanılır.

Fonddan bildiriblər ki, layihə respublika üzrə ünvanlı sosial yardım alan bütün ailələri əhatə edir. Ardını oxu »

Seçkilərdə ilk dəfə səs verəcək gənclər üçün Novruz bayramı münasibətilə mədəni-kütləvi tədbir keçirilib

Seçkilərdə ilk dəfə səs verəcək gənclər üçün Novruz bayramı münasibətilə martın 17-də Bakı İdman Sarayında mədəni-kütləvi tədbir keçirilib.

Tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edib. Dövlət gənclər siyasətinin uğurlarından danışan Əli Həsənov qeyd edib ki, hər bir gəncin həyatında heç vaxt unudulmayan məqamlar olur.

Ardını oxu »

Putin seçkilərdə onu dəstəkləyənlərə təşəkkürünü bildirdi

Rusiya prezidenti Vladimir Putin prezident seçkilərində ona səs verənlərə təşəkkürünü bildirib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Manej meydanında keçirilən konsertə qatılan Vladimir Putin səhnəyə çıxaraq çıxış edib.   Ardını oxu »

Gəncədə tur-aksiya iştirakçıları üçün intellektual yarış təşkil edilib

“Ölkəmizi tanıyaq” layihəsinin Qax, Balakən, Zaqatala, Sabirabad, Saatlı, Ucar və Kürdəmir rayonlarından olan şagirdləri üçün “Nə? Harada? Nə zaman?” intellektual yarışması təşkil edilib. Əvvəlcə şagirdlər hər birində 6 nəfər olmaqla müxtəlif adlar altında komandalara bölünüblər və ştirakçılara müxtəlif sahələrə aid 24 sual təqdim olunub. Ardını oxu »

Məktəblilər Gəncəyə qayıdıblar

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində dörd gün müddətində Qəbələ – Şəki- Zaqatala marşrutu üzrə maarifləndirici tur-aksiyada iştirak edən gəncəli məktəblilər Gəncə şəhərinə qayıdıblar. Tur-aksiya iştirakçılarını “Zəfər Tağı” qarşısında təhsil işçiləri və valideynlər qarşıladılar.

Məktəblilər səfərlə bağlı təəssüratlarını bölüşərkən bildiriblər ki, bu yerlərin əsrarəngiz gözəllikləri haqqında kitablardan oxuyub, filmlərdə seyr ediblər.  Ardını oxu »

UTECA-da Novruz şənliyi keçirilib

Azərbaycan Texnologiya Universitetində (UTECA) Novruzun gəlişi ilə əlaqədar bayram şənliyi təşkil olunub. Əvvəlcə UTECA-nın rektoru, professor Akif Süleymanov universitet kollektivini bayram münasibəti ilə təbrik edib. Rektor qeyd edib ki, xalqımızın bütün dəyərlərini özündə birləşdirən Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Ardını oxu »

Biləsuvar rayonunda Novruz bayramına həsr olunmuş tədbir keçirildi

19  mart 2018-ci il tarixdə Biləsuvar rayonunda xalqımızın müqəddəs bayramı olan, özündə mədəni dəyərləri, eləcə də xeyirxahlıq, birlik və həmrəylik kimi gözəl ənənələri  əks etdirən Novruz bayramı tədbiri keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı  Mahir Quliyev, hüquq-mühafizə orqanlarının,  idarə, müəssisələrin, təşkilatların, icra nümayəndəliklərinin, bələdiyyələrin rəhbərləri və  Ardını oxu »

Arxiv
Təqvim
Statistika
  • 0
  • 4
  • 3
  • 1,174
  • 3,909
ILK-10 Azeri Website Directory