Mart 20, 2018

Novruz Bayramı münasibətilə silsilə tədbirlər davam edir: Hərbi hissələrdə “Açıq qapı günü” keçirilib

Martın 20-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq rayonun ərazisində yerləşən hərbi hissələrdə Novruz bayramı münasibətilə “Açıq qapı günü” keçirilib.

“Açıq qapı günü”ndə  rayon icra hakimiyyətinin nümayəndələri, əsgər valideynləri və doğmaları, müharibə veteranları, şəhid ailələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, məktəblilər  və rayon ictimaiyyətinin təmsilçiləri iştirak ediblər. Ardını oxu »

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyanın 9 şəhər və rayondan olan məktəbliləri Qəbələ rayonundan xoş təəssüratlarla ayrılıblar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən, şəhər və rayonların IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi uğurla başa çatıb.

Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə keçirilən tur-aksiyada iştirak edən Gəncə, Göygöl, Samux, Şəmkir, Goranboy, Kəlbəcər, Xocalı, Tərtər və Gədəbəy məktəblilərindən ibarət 9 qrupun üzvləri martın 18-də Qəbələ şəhərindən yaşadıqları rayonlara yola düşüblər. Ardını oxu »

Nəsimi rayonunda Novruz bayramı münasibəti ilə silsilə tədbirlər davam edir

Novruz bayramı ərəfəsində rayonda keçirilən silsilə tədbirlər çərçivəsində  Nəsimi rayon İcra Hakimiyyətində  “Gülsam” Əlillərin Reablitasiyası İctimai Birliyinin üzvləri, həmçinin gözdən əlillər və müxtəlif səbəblərdən əlil olmuş saglamlıq imkanları  məhdud olan şəxslərin iştirakı  ilə tədbir keçirilmişdir. Tədbir iştirakçılarını Novruz bayramı  münasibəti ilə təbrik edən Nəsimi rayon İcra Hakimiyyəti  Başçısının birinci müavini Gülarə Verdiyeva   dövlətimizin və şəxsən ölkə başçısı cənab İlham Əliyevin  əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Nəsimi rayonunda həyata keçirilən işlərdən danışmışdır. Ardını oxu »

Daşkəsən prezident seçkilərinə böyük nailiyyətlərlə qədəm qoyur

Azərbaycanın son 15 illik uğurlu göstəricilərindən biri bölgələrimizin inkişaf yoluna çıxarılmasıdır. Həyata keçirilən dövlət proqramları, məqsədyönlü tədbirlər nəticəsində şəhər və rayonların iqtisadi potensialı hərəkətə gətirilib. Hər ötən il iqtisadi artımla başa çatıb, əhalinin yaşayış səviyyəsi yüksəlib, geniş abadlıq və quruculuq işləri aparılıb. Bölgələrin inkişafı həm də qeyri-neft sektorunun hesabına təmin edilib. Bu sırada dağlar diyarı olan Daşkəsəndə əldə olunan nailiyyətlər təqdir olunmağa layiqdir. Öz yüksəlişi ilə Daşkəsən ümumən ölkəmizin inkişafına layiqli töhfələrini verməkdədir.

Ardını oxu »

Daşkəsəndə Novruz bayramı böyük təntənə ilə qeyd edilib

Daşkəsən şəhərinin Heydər Əliyev meydanında 19 mart 2018-ci il tarixdə qədim, milli bayramımız olan Novruz bayramı minlərlə rayon sakininin iştirakı ilə yüksək səviyyədə keçirilib.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev Bahar qızı və Dədə Qorqudun müşayiəti ilə əvvəlcə bayram tonqalını yandırıb.
Daha sonra Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev təbrik nitqi söyləyib. O, çıxışında deyib:
– Sizləri Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm, hamınıza can sağlığı, ailə səadəti və uğurlar arzulayıram.  Ardını oxu »

Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Qazax Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov  bu gün bir qrup rayon sakinini müraciətləri əsasında fərdi şəkildə qəbul edib. Onları diqqətlə dinləyərək aidiyyatı üzrə tapşırıq və göstərişlərini verib.
Vətəndaşlar əsasən işlə təmin olunmaq və digər məsələlər barədə müraciət ediblər.
Şəhər sakini Carçıyeva Xavər Balakişi qızı oğlunun işlə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı rayon rəhbərliyinə ərizə ilə müraciət edib. İcra başçısı vətəndaşı diqqətlə dinlənildikdən oğlu Abbasov Elmarı qəbula dəvət edib. Elektrod zavodu fəaliyyət göstərəndə onun işlə təmin olunacağını bildirib. Ardını oxu »

Qazaxda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün Novruz şənliyi keçirilib

Xalqımızın müqəddəs bayramı olan Novruz hər gəlişi ilə ürəklərə hərarət, könüllərə təravət gətirir. Soyuq qış aylarından sonra təbiətin oyanışı, dağ və yamacların yaşıl örpəyə bürünməsi insanlarda həyat eşqini daha da artırır.
Belə bir vaxtda  hər kəsin ürəyində bir arzu baş qaldırır ki, o da  gündən-günə çiçəklənən  müstəqil Azərbaycanın bundan sonra da firavan görmək.
Bu günlər respublikamızın bütün bölgələrində bayram əhval-ruhiyyəsi hökm sürür. Bu əziz günlərdə insanların bir arzusu var ki, o da yağı düşmən tərəfindən işğal olunmuş  torpaqlarımızın azad olunması və növbəti ildə Novruzun Dağlıq Qarabağda qeyd edilməsidir. Ardını oxu »

Arxiv
Təqvim
Statistika
  • 0
  • 117
  • 75
  • 1,294
  • 4,013
ILK-10 Azeri Website Directory