Mart 21, 2018

Gəncədə Novruz şənliyi şəhərin müxtəlif yerlərində təşkil olunmuşdu…

Gəncədə sakinlər Novruz bayramını  Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, ictimaiyyət nümayəndələri ilə birgə qeyd etmişlər.

Tədbir Nizami yurdunun girişindən – Qala Qapısından başlamış, Dədə Qorqud və Bahar qızın təbriklərindən sonra «Göygöl» Dövlət Mahnı və Rəqs Ansamblının çıxışı olmuş və sonra Gəncəçay park-bulvar kompleksində davam etdirilmişdir.

Ardını oxu »

Şəmkirdə xalqla ordu Novruzu əl-ələ qeyd etdi

Novruz bayramı münasibətilə Şəmkirdə möhtəşəm el şənliyi təşkil olunub.

Bayram tədbirində meydan və ətrafdakı park bayramsayağı Novruz atributları ilə bəzədilib, səmənilər, xonçalar düzülüb.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək bütün Azərbaycan xalqını bayram münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.

Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov Novruzun rəmzi olan böyük tonqalı alovlandırıb. Ardını oxu »

Qəbələdə Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilmişdir

Xalqımızın oyanış, dirçəliş, xeyirxahlıq,  əməksevərlik kimi gözəl hisslərini tərənnüm edən və ruzi-bərəkət rəmzi olan bahar ətirli Novruz bayramı Qəbələdə  geniş qeyd olunmuşdur.
Şəhərin Heydər Əliyev Parkında təntənəli təşkil olunmuş izdihamlı tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, icra hakimiyyəti aparatının əməkdaşları, idarə, müəssisə və təşkilatların əmək kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Ardını oxu »

Baharın gəlişi Şəkidə yüksək əhval-ruhiyyə ilə qeyd edilib

Milli varlığımıza bolluq və bərəkət rəmzi kimi daxil olan Novruz bayramı respublikamızın hər yerində olduğu kimi, qədim Şəki diyarında da böyük təntənələrlə qeyd olunub. Baharın gəlişi münasibətilə martın 20-də Şəki şəhərindəki “Yuxarı baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində ümumşəhər bayram şənliyi keçirilib.
Bayram tədbiri qədim memarlıq abidəsi olan “Qala divarları”nın həyətində başlanıb. Bayram tonqalı alovlandırıldıqdan sonra pəhləvanlar və kəndirbazlar öz məharətlərini nümayiş etdiriblər. Ardını oxu »

Arxiv
Təqvim
Statistika
  • 0
  • 239
  • 104
  • 1,461
  • 3,990
ILK-10 Azeri Website Directory