Mart 24, 2018

Rusiya Azərbaycanlı Gənclər Birliyi Moskvada Novruz şənliyi keçirdi

Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Novruz şənliyi keçirilib. 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, tədbirdə Rusiyanın nüfuzlu ali məktəblərində təhsil alan azərbaycanlı gənclər, diaspor təşkilatlarının nümayəndələri və digər şəxslər iştirak ediblər.  Ardını oxu »

“Kapital adekvatlığı əmsalına görə, Azərbaycan bankları MDB-də ən güclülərdəndir”

“Azərbaycanın bank sektorundakı problemlər azalmağa doğru gedir, buna baxmayaraq problemli kreditlər hələ də əlavə təminat tələb edə bilər”. 

“APA-Economics” xəbər verir ki, bu barədə “Fitch” beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir ki, sektorda problemli aktivlərin artım tempi ləngiyib, ehtiyatlar və kapitallaşma güclənib. Buna baxmayaraq, agentliyin mütəxəssisləri qeyd edir ki, restrukturizasiya Ardını oxu »

Gəncə teatrı yaz tətilində uşaqları sevindirib

Gəncə Dövlət Dram Teatrı məktəblilərin yaz tətili günlərində uşaqları Novruz bayramı münasibətilə əyləncəli proqram ilə sevindirib.

Martın 19-dən davam edən bayram proqramında uşaqlar əvvəlcə Novruzun personajları olan Kosa və Keçəlin sərgüzəştlərinə tamaşa edib, onlarla birlikdə əyləniblər.

Sonra məktəblilər Novruz Cəfərovun “Keçəlin sərgüzəştləri” əsəri əsasında hazlrlanan eyniadlı tamaşaya baxıblar. Ardını oxu »

Gəncədə ‘700 min ağac əkək’ kampaniyası davam edir

Gəncə şəhərində”700 min ağac əkək” kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.

Aksiyada Azərbaycan Respublikası Milli Məclisinin deputatları Naqif Həmzəyev, Xanlar Fətiyev, Pərvin Kərimzadə, YAP Gəncə şəhər Təşkilatının idarə heyəti, Qadınlar Şurası və Gənclər Birliyinin üzvləri, ziyalılar və partiya fəalları yaxından iştirak ediblər.

YAP fəalları bayram əhval-ruhiyyəsi ilə davam edən aksiya çərçivəsində Ulu öndərin adını daşıyan möhtəşəm Heydər Əliyev Park Kompleksinin ərazisində 2500 ədəd şişburun xurma ağacı əkiblər. Ardını oxu »

Tikinti işləri sürətlə davam edir

Qazax Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov mütəmadi olaraq yeni inşa olunan tikinti obyektlərinə baş çəkir, görülən işlərlə maraqlanır.
Bu gün İcra Başçısı “İnvestel GROUP” MMC tərəfindən İkinci Şıxlı kəndində tikilən müəssisədə görülən işlərə baxış keçirmişdir. Rayon rəhbərinə məlumat verilmişdir ki, 2500 tonluq anbarın, 4500 kub metrlik 2 ədəd su hovuzunun və texnikanın saxlanılması və təmiri üçün qarajların tikintisi işləri başa çatmışdır. Hazırda 2600 tonluq soyuducu anbarın və ofis binasının tikintisi işləri davam edir. Ardını oxu »

Arxiv
Təqvim
Statistika
  • 0
  • 35
  • 20
  • 1,195
  • 4,906
ILK-10 Azeri Website Directory