Mart 25, 2018

Azərbaycanda dayanıqlı iqtisadi inkişaf keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

Son 14 il Azərbaycanın müasir tarixinə iqtisadi, sosial, siyasi və mədəni inkişafının dönüş mərhələsi kimi daxil olub. Bu dövr ərzində uğurla həyata keçirilən islahatlar nəticəsində iqtisadiyyat 3,2 dəfə artıb, Azərbaycan dünyanın ən dinamik inkişaf yolu keçən iqtisadiyyatı kimi tanınıb, özünün nadir iqtisadi inkişaf modelini təqdim edib. Ölkənin maliyyə imkanları tarixi maksimuma çatdırılıb. Azərbaycan Cənubi Qafqazın və ətrafın iqtisadi coğrafiyasını dəyişdirməyə qadir olan möhtəşəm layihələrin təşəbbüskarı missiyasını qətiyyətlə öz üzərinə götürüb. Ardını oxu »

Quba və Qusarda əhalinin tibbi müayinələri davam etdirilir

Quba Tibb Kollecində keçirilən tədbir zamanı Quba Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Əliyar Sərvərov bildirib ki, 169796 min əhalinin 32994-ü profilaktik müayinələrə cəlb edilib. Xəstəlik aşkarlanmış rayon sakinlərindən 245-i cərrahiyyə əməliyyatı olunub. Aşkarlanan xəstəliklər arasında tənəffüs yolları, həzm sisteminin xəstəlikləri üstünlük təşkil edir. Ardını oxu »

Avropa İnvestisiya Bankı TANAP-ın tikintisinə 932 milyon avro kredit ayırıb

Bu barədə bankın mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, əvvəlcə layihənin kreditləşməsi Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Dünya Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankına həvalə olunmuşdu. 2017-ci ilin oktyabrında AYİB layihəyə 500 milyon dollar kredit ayırıb.

Məlumat üçün qeyd edək ki, Avropa İttifaqı üçün ən prioritet layihələrdən biri olan “Cənub” qaz dəhlizi layihəsi Xəzər dənizindən hasil olunan Azərbaycan təbii qazının Gürcüstan vasitəsilə Türkiyəyə, oradan da Avropaya nəqli üçün nəzərdə tutulub. Ardını oxu »

Sənin səsin həlledicidir… Bunu unutma!

Şəhəri gəzərkən, onlara demək olar ki, hər yerdə rast gəlirik: həyətlərdə, yol kənarlarında xüsusi yerlərdə, mağaza və dükanların pəncərələrində… Müxtəlif forma və dizaynda hazırlanmış maarifləndirici xarakterli məlumatlar vətəndaşlara 11 aprel –prezident seçkilərinin keçiriləcəyini bir daha xatırladır. Bu məlumatlar maarifləndirməklə yanaşı, həm də ölkəmizdə artıq seçki təcrübəsi və ənənələrinin formalaşmasından, eləcə də əhalinin seçki ilə bağlı maariflənməsi səviyyəsindən xəbər verir.

Ardını oxu »

Siyəzəndə 3 avtomobil yolu yenidən qurulur

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq bu il reallaşdırılması nəzərdə tutulan 63 kənd və qəsəbələrarası avtomobil yollarının yenidən qurulması layihələri çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən böyük miqyasda tikinti və bərpa işləri aparılır.

Agentlikdən verilən məlumata görə, Siyəzən rayonunda bu çərçivədə ümumi uzunluğu 56,6 km olan və 37,3 min əhalinin yaşadığı 14 yaşayış məntəqəsini əhatə edən 3 avtomobil yolunun yenidən qurulması nəzərdə tutulub. Ardını oxu »

Daha bir yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verilib

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlər davam etdirilir.

Birlikdən verilən məlumata görə, bu günlərdə Beyləqan rayonunun Birinci Şahsevən kəndinə təbii qazın verilməsi kənd sakinləri tərəfindən böyük sevinclə qarşılanıb. Ardını oxu »

Arıçılıq gəlirli sahədir

Azərbaycan iqtisadiyyatında arıçılığın mühüm yeri var. Ölkəmizdə arı ailələrinin sayı əvvlki illərlə müqayisədə artırılaraq hazırda 238 minə çatdırılmışdır. Bu mühüm və gəlirli sahənin daha da inkişaf etdirilməsi üçün son illər bir sıra məqsədyönlü tədbirlər həyata keirilmişdir. 2020-ci ildə arı ailələrinin sayının 310 minə çatdırılması nəzərdə tutulmuşdur.Yeri gəlmişkən onu da deyək ki, Cənubi Qafqazda nektar verən bitki örtüyünün 61 faizi Azərbaycanın payına düşür. Bu, o deməkdir ki, ölkəmizin arıçılığın inkişafı  sahəsində böyük potensialı və perspektivləri var. Ardını oxu »

İki ayda Naxçıvan Muxtar Respublikasına 46 minə yaxın turist gəlib

Naxçıvan Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, bu ilin yanvar-fevral aylarında muxtar respublikaya 45 min 833 turist gəlib. Bu isə 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz və ya 1 161 nəfər çoxdur.

Məlumatda o da vurğulanır ki, muxtar respublikada aparılan quruculuq-abadlıq işləri, tarixi-mədəni abidələrə göstərilən qayğı və turistlər üçün yaradılan əlverişli şərait bu qədim diyarın Ardını oxu »

Arxiv
Təqvim
Statistika
  • 0
  • 4
  • 3
  • 1,174
  • 3,909
ILK-10 Azeri Website Directory