Mart 26, 2018

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində məktəblilər Gəncəyə səfər ediblər

Bu gün “Ölkəmizi tanıyaq” tur-aksiyasının Qəbələ, Oğuz, Şamaxı, Abşeron, Şəki, Fizuli, İsmayıllı və İmişli rayonlarından olan iştirakçılar Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə Nizami yurdunda olublar. Şagirdlər dörd gün ərzində marşrut üzrə bölgənin görməli yerləri ilə tanış olacaqlar. Ardını oxu »

Ordumuzun hərbi əməliyyatı Ermənistan silahlı qüvvələrini tam darmadağın edəcək

Azərbaycan Ordusunun başlayacağı hərbi əməliyyat Ermənistan silahlı qüvvələrinin tam darmadağın olmasına və erməni xalqının qaçılmaz faciəsinə səbəb olacaq.

Trend-in məlumatına görə, bunu Azərbaycan müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Ermənistan silahlı qüvvələrinin qərargah rəisi Movses Akopyanın son müsahibəsini şərh edərkən bildirib. Ardını oxu »

Qubadakı XVIII-XIX əsrlərə aid “Günbəzli hamam” bərpa olundu

Martın 26-da prezident İlham Əliyevin sədrliyi ilə Bərdədəki Mədəniyyət mərkəzində pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib.

APA-nın xəbərinə görə, Mədəniyyət mərkəzinin foyesində ölkəmizdə pambıqçılığın inkişafı ilə əlaqədar Heydər Əliyevin əsasını qoyduğu ənənələrin yenidən dirçəldilməsinə həsr olunmuş fotostend nümayiş etdirilib.  Ardını oxu »

Qubadakı XVIII-XIX əsrlərə aid “Günbəzli hamam” bərpa olundu

Quba şəhərindəki XVIII-XIX əsrlərə aid “Günbəzli hamam” tarixi abidəsinin bərpası başa çatıb.

Martın 26-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta və xanımı Anna Sekuta tarixi abidənin bərpadan sonra açılış mərasimində iştirak etmək üçün Qubaya səfər ediblər. Ardını oxu »

Aydın Əliyev Sabirabadda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev martın 30-da saat 11:00-da Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək.  Ardını oxu »

Arxiv
Təqvim
Statistika
  • 0
  • 4
  • 3
  • 1,174
  • 3,909
ILK-10 Azeri Website Directory