Mart 30, 2018

Ali məktəblərə qəbulla əlaqədar aprelin 1-də ilk sınaq imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 1-də respublikanın 18 şəhər və rayonunda sınaq imtahanları keçirəcək. 

DİM-dən APA-ya verilən məlumata görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Sumqayıt, Mingəçevir, Şəki, Qəbələ, Bərdə, Ardını oxu »

İran prezidenti: “Biz Azərbaycanın yanındayıq”

“Biz Azərbaycanın yanındayıq. İran təhlükəsiz olarsa, Azərbaycan da təhlükəsiz olacaq. Azərbaycan inkişafda olarsa, İran da inkişafda olacaq”. 

APA-nın məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani Azərbaycan-İran biznes forumunda çıxışı zamanı deyib.

“Biz o vaxt iki ölkənin iqtisadi inkişafına nail ola bilərik ki, dost olaq və bir-birimizin yanında olaq. İki dövlətin bütün işləri sizlər üçündür, sizin iki xalqınız üçündür, iş adamları üçündür, siz sahibkarlar üçündür. Ardını oxu »

Qazax Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, səhiyyə obyektlərinin tikintisinin davam etdirilməsi məqsədi ilə qərara alıram:

1. Qazax Rayon Mərkəzi Xəstəxanasının (I növbə) tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət Ardını oxu »

Ağstafa şəhərinin su təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Ağstafa şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin Ardını oxu »

Akademik Əhəd Yaqubovun 110 illiyinin qeyd edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2018-ci ilin may ayında görkəmli Azərbaycan alimi, iki dəfə SSRİ Dövlət mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Əhəd Ələkbər oğlu Yaqubovun anadan olmasının 110 illiyi tamam olur. Ardını oxu »

Səfər başa çatdı

İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin Azərbaycan Respublikasına rəsmi səfəri martın 29-da başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Ardını oxu »

İran-Azərbaycan əlaqələri getdikcə inkişaf edir

İranla Azərbaycan arasında mövcud ictimai-siyasi vəziyyətə nəzər salanda görürük ki, iki ölkə xalqları arasında əsrlərlə din, mədəniyyət, mənəvi dəyərlər bağlılığı var. Bu yaxınlıq iki ölkənin müasir münasibətlərinə təsir göstərən mühüm amillərdir.

İranla qarşılıqlı faydalı əlaqələrin  genişləndirilməsi də respublikamızın xarici siyasət xəttində prioritet istiqamətlərdən Ardını oxu »

Ulu öndər Heydər Əliyev azərbaycanlıların soyqırımı faktının bütün dünyada tanıdılmasını zəruri sayırdı

Quba Soyqırımı Memorial Kompleksinin yaradılması bu istiqamətdə atılmış uğurlu addımlardandır

İndi Ermənistan yerləşən ərazi də Azərbayсan torpağıdır. Tarixçilər bunları ardıсıl surətdə sübut etməlidirlər. Bundan sonra da elə əsərlər yaranmalıdır ki, o əsərlər indiki Ermənistan yerləşən həmin torpaqların Azərbayсana məxsus olmasını daimi ardıсıl surətdə sübut etsin. Biz bunu etməliyik. Biz gələсək nəsillər üçün bir yol açmalıyıq.

Ulu öndər Heydər Əliyevin
1999-сu il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının
75 illik yubileyi üzrə Dövlət Komissiyasının iсlasındakı çıxışından
Ardını oxu »

“Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix”in təqdimatı

Ermənilər daim digər xalqların tarixi, mədəni irsini saxtalaşdırmaqla “özününküləşdirmiş”, saxta faktlarla öz tarixlərini “zənginləşdirməyə” çalışmışlar. Tarixi araşdırdıqda, erməni saxtakarlığı, əsl həqiqətlər üzə çıxır. Məhz yenicə işıq üzü görmüş “Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix” kitabı erməni yalanlarını tutarlı faktlar və təhlillə üzə çıxaran sanballı kitablardandır. Ardını oxu »

Suraxanıda “31 mart Azərbaycanlıların Soyqırımı Günü” qeyd edilmişdir

Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinin, Suraxanı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitunun və YAP Suraxanı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə “31 mart Azərbaycanlıların Soyqırımı Günü” qeyd edilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın üzvlərinin, Milli Məclisin deputatları Ağacan Abiyevin, Sevinc Fətəliyevanın, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun bir qrup nümayəndəsinin, Ardını oxu »

Arxiv
Təqvim
Statistika
  • 0
  • 105
  • 69
  • 1,282
  • 4,001
ILK-10 Azeri Website Directory