Aprel 1, 2018

Dövlət Təhlükəsizliyi Xidmətinin Səbail rayon idarəsinin yeni inzibati binasının açılışı olub

Peşə bayramı münasibətlə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev və Xidmətin əməkdaşları Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin əziz xatirəsini hörmətlə yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstəsi düzülüb.

Ardını oxu »

Ali məktəblərə qəbulla əlaqədar ilk sınaq imtahanı keçirilir

Dövlət İmtahan Mərkəzi (DİM) I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün bu gün 18 şəhər və rayonda sınaq imtahanları keçirir. 

DİM-dən APA-ya verilən məlumata görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Sumqayıt, Mingəçevir, Şəki, Qəbələ, Bərdə, Ağcabədi, Göyçay, Kürdəmir, İmişli, Şirvan, Lənkəran, Masallı, Xaçmaz şəhər və rayonlarında, ümumilikdə 49 binada təşkil olunacaq.  Ardını oxu »

Qazaxda təşkil olunmuş yarmarka bu gün də davam edib

Qazaxda Novruz bayramı ərəfəsində rayon əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatını yaxşılaşdırmaq, əhalini ucuz və keyfiyyətli məhsullarla təmin etmək məqsədilə hər həftənin şənbə və bazar günləri bayram yarmarkası keçirilmişdir. 

Rayon sakinləri, eləcə də qonaqlar keçirilən yarmarkadan yararlanaraq çeşidləri müxtəlif olan ərzaq və kənd təsərrüfatı, ət və ət məhsulları ilə təmin olunmuşdur. Ardını oxu »

31 Mart – Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı Qazaxda anım mərasimi keçirilib

Qazax rayonunda 31 Mart – Azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunmuş anım mərasimi keçirilib. Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov, RİHB Aparatının məsul işçiləri, hərbi hissələrin və hüquq-mühafizə orqanlarının rəhbərləri və şəxsi heyəti, çoxsaylı əmək kollektivləri, müharibə və əmək veteranları, gənclər, QHT və KİV nümayəndələri, rayon sakinləri iştirak edib.

Ardını oxu »

Şəki şəhərində 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı yığıncaq keçirilmişdir

Martın 31-də ŞƏki şəhər icra hakimiyyətinin akt zalında 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı Şəki Şəhər İcra Hakimiyyətinin başçısı yanında Şuranın iclası keçirilmişdir.
Şəhər ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi etdiyi yığıncağın əvvəlində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Ardını oxu »

Arxiv
Təqvim
Aprel 2018
S M T W T F S
« Mar   May »
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 80
  • 20
  • 855
  • 3,276
ILK-10 Azeri Website Directory