Aprel 3, 2018

Anarın 80 illiyi İstanbulda qeyd edildi

İstanbuldakı Yeni Yüzyıl Universitetinin Alev Ofluoğlu adına salonunda Azərbaycanın xalq yazıçısı, Yazıçılar Birliyinin sədri Anarın anadan olmasının 80 illiyi münasibəti ilə toplantı keçirilib. APA-nın Türkiyə bürosunun məlumatına görə, Türk Ədəbiyyatı Vəqfi və Yeni Yüzyıl Universitetinin birlikdə təşkil etdiyi toplantının açılışında çıxış edən Türk Ədəbiyyatı Vəqfinin başqanı Sərhat Kabaklı türk dilli ədəbiyyatların önəmli  təmsilçiləri üçün Dədə Qorqud mükafatı  təsis etdiklərini, ilk mükafatın Anara verilməsinin qərarlaşdırıldığını açıqlayıb.

Ardını oxu »

Sabah seçicilərə bildirişlərin paylanması müddəti başa çatır

Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (ünvanı) barədə bildirişlərin seçicilərə paylanması müddəti sabah başa çatır.
Sechki-2018.az saytının məlumatına görə, Prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Ardını oxu »

İlk dəfə səs verəcək gənclərlə görüş

Aprelin 11-də keçiriləcək prezident seçkilərində ilk dəfə səs verəcək gənclərin maarifləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və yerli icra hakimiyyəti orqanlarının təşkilatçılığı, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının dəstəyi ilə silsilə tədbirlər davam edir.
Sechki-2018.az saytının xəbərinə görə, Sabirabad Gənclər Evində təşkil olunan regional görüşə Kürdəmir və Hacıqabul rayonlarının ilk dəfə səs verəcək gəncləri də qatılıblar. Ardını oxu »

“Aprelin 11-də Azərbaycan xalqının doğru seçim edəcəyinə inanıram”

Aprelin 11-də Azərbaycan xalqının doğru seçim edəcəyinə inanıram. Əminəm ki, pezident seçkilərinin nəticələri Azərbaycan xalqı və dövləti üçün xeyirli olacaq.

Bu sözləri Avropa Jurnalistlər Dərnəyinin rəhbəri, Türk Dünyası Parlamentarilər Birliyinin koordinatoru Adnan Fişenk sechki-2018.az saytına açıqlamasında deyib. Ardını oxu »

Nazim İbrahimov: “Bu qrupun havadarlarının kim olduğunu bilirik”

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun APA-ya müsahibəsi

– Bu yaxınlarda bir sıra dünya liderləri və tanınmış siyasətçilərin iştirakı ilə keçirilmiş VI Qlobal Bakı Forumu kifayət qədər gündəmi məşğul etdi. Forumdan belə bir gözlənti vardı ki, tədbir Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayacaq, xüsusilə də bəzi anti-Azərbaycan dairələrin təbliğatına layiqli cavab olacaq. Bu gözləntilər nə dərəcədə özünü doğrultdu?  Ardını oxu »

AĞXALATLILAR DA İLHAM ƏLİYEVİN NAMİZƏDLİYİNİ DƏSTƏKLƏDİKLƏRİNİ BƏYAN ETDİLƏR

Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatı tərəfindən seçicilərlə keçiriləcək tədbirlərin qrafikinə uyğun olaraq, rayon Mərkəzi Xəstəxanasında görüş keçirildi.

Görüşü açan YAP Yevlax rayon təşkilatının sədri, millət vəkili İlham Məmmədov dövlət başçısının Azərbaycan səhiyyəsinə diqqət və qayğısından danışdı. Bildirdi ki, indi ölkənin ən ucqar kəndlərində belə müasir tibb ocaqları vətəndaşlarımızın xidmətindədir.

Ardını oxu »

AŞAĞI SALAMABAD, YUXARI SALAMABAD, ƏCƏMİ

Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə silsilə görüşlərin növbəti məkanı rayonun Aşağı Salamabad, Yuxarı Salamabad və Əcəmi  kəndləri oldu.

Görüşləri giriş sözü ilə Milli Məclisin deputatı, YAP Yevlax rayon təşkilatının sədri İlham Məmmədov açdı.

Ardını oxu »

MƏDƏNİYYƏT İŞÇİLƏRİ HAMILIQLA “İLHAMLA İRƏLİ!” DEDİLƏR

Martın 27-də  Mədəniyyət Mərkəzinin geniş iclas salonunda  11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahının Yevlax rayon şöbəsi  görüş keçirdi. Əllərində prezidentliyə namizəd İlham Əliyevin portretləri, dövlət bayraqları, Yeni Azərbaycan Partiyasının bayraqlarını tutmuş mədəniyyət işçilərini YAP Yevlax rayon təşkilatının sədri, millət vəkili İlham Məmmədov salamladı və auditoriyanın coşqusundan duyğulandığını bildirdi, ölkəmizdə əldə edilən uğurlardan danışdı.

Ardını oxu »

Şəmkirlilərə müjdə – Mərkəzi Xəstəxanada işlər yekunlaşmaq üzrədir

2018-ci ilin yanvarın 29-da “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans zamanı Prezident İlham Əliyev yekun nitqində qeyd etmişdi ki, altı şəhərdə, o cümlədən Şəmkirdə yeni rayon mərkəzi xəstəxanasının tikintisi başa çatmalıdır.

Şəmkir rayonunda digər sahələrlə yanaşı olaraq sosial sahəyə də böyük diqqət göstərilir. Hazırda rayonda çoxlu sayda sosial obyektlərin inşası aparılır. Onlardan biri də rayon Mərkəzi Xəstəxanasıdır. Ardını oxu »

Qazax: Soyqırım qurbanlarının xatirəsi ehtiramla yad edilib

Bakı Dövlət Universitetinin Qazax filialında  erməni vandalları tərəfindən azərbaycanlılara qarşı törədilmiş 31 Mart soyqırımının 100-cü ildönümünə həsr olunmuş anım tədbirində filialın professor və müəllim heyəti , heyəti, tələbələr və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə erməni vəhşiliklərindən bəhs edən video-çarx nümayiş etdirilib, soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ardını oxu »

Arxiv
Təqvim
Aprel 2018
S M T W T F S
« Mar    
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 4
  • 3
  • 442
  • 2,454
ILK-10 Azeri Website Directory