Aprel 4, 2018

Lənkəranda xeyriyyə aksiyası keçirilib

Mərkəzi Gömrük Hospitalının təşəbbüsü və Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə hospitalın həkim briqadası Lənkəran şəhərində əhaliyə pulsuz tibbi xidmət göstərmişdir.

Hospitalın 20-yə yaxın yüksək ixtisaslı, peşəkar, uzman kardioloq, dermatoloq, uşaq cərrahı, təcrübəli tibb bacıları gün ərzində 300 nəfərdən çox xəstəni müayinə edərək məsləhətlər vermiş və lazımi müalicələr təyin etmişdir. Ardını oxu »

“Seçkilərdən sonra ölkəmizdə çox böyük dəyişikliklərin şahidi olacağıq”

Prezident seçkilərinə hazırlıq yüksək səviyyədə həyata keçirilir. Xaricdə yaşayan və fəaliyyət göstərən soydaşlarımızın səsvermə hüququnun təmin olunması üçün də zəruri olan işlər görülür. Xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərimiz, konsulluqlarımız bu baxımdan fəallıq göstərirlər. 

Ardını oxu »

Nazir: “Bu il ölkəyə gələn turistlərin sayı 12,5 faiz artıb”

“Üç ay ərzində ölkəyə gələn turistlərin sayı ötən ilə nisbətən 12,5% artıb”.
APA-nın xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir qeyd edib ki, mart ayında da ölkəyə gələn turistlərin sayında artım müşahidə olunub: Ardını oxu »

Erməni faşizminin cinayətləri

Akif RÜSTƏMOV
BDU-nun dosenti

İtalyan dilindən tərcümədə “dəstə”, “birlik” mənasını verən faşizm Birinci  dünya müharibəsindən sonra ölkədə yaranmış siyasi cərəyandır.

1922-ci ildə Mussolinin faşist partiyası hakimiyyətə gələndən sonra bu hərəkat xeyli genişlənmiş, bir sıra xarici ölkələrə yayılmışdır. Faşizmin inkişafı 1933-cü ildə Hitlerin hakimiyyətə gəlişi ilə daha da geniş vüsət aldı.
Ardını oxu »

Əfqanıstan XİN rəhbəri Azərbaycana gəlir

Əfqanıstan İslam Respublikasının xarici işlər naziri Azərbaycana işgüzar səfərə gəlir. 

Əfqanıstanın Azərbaycandakı səfirliyindən APA-ya verilən xəbərə görə, xarici işlər naziri Salahuddin Rabbaninin rəhbərlik etdiyi əfqan nümayəndə heyəti aprelin 4-7-də Bakıda olacaq. Ardını oxu »

Aprel döyüşlərində şəhid olmuş Orxan Əliyevin xatirəsi Qazaxda ehtiramla yad edilmişdir

2016-cı ilin Aprel döyüşləri Azərbaycanın Ermənistan üzərində qələbəsinin müjdəçisi oldu. Düşməni vahiməyə salıb xeyli əsgərini sıradan çıxaran həmin döyüşlərdə ordumuz bir neçə şəhid də verdi. Onlardan biri Qazax rayonunun   Aslanbəyli kəndində  doğulub boya-başa çatmış Orxan Məhəmməd oğlu Əliyevdir. Şəhidlik zirvəsinə ucalıb Azərbaycanın zəfər tarixinə yazılan Orxanın adı həmişə iftixarla çəkilir. Ardını oxu »

Tərtər şəhərində şəhid Nicat İsgəndərovun adını daşıyan küçənin açılışı olub

Tərtər şəhərində respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş Nicat İsgəndərovun adı verilən küçənin əsaslı təmirdən sonra açılışı olub.

Bu münasibətlə keçirilən mərasimdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları, hərbiçilər iştirak ediblər. Əvvəlcə torpaqlarımız uğurunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardını oxu »

Nəsimi rayonunda 2 aprel döyüşlərinin şəhidləri ehtiramla yad edildi

Aprel ayının 2-də Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri İctimai Birliyi Nəsimi rayon şöbəsi  2016-cı ilin Aprel döyüşlərinin növbəti  ildönümü münasibəti ilə tədbir keçirib. Tədbirdə Müdafiə Nazirliyinin və Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə hazırlanan  “Azərbaycan əsgəri” mahnısı və klipi tədbir iştirakçılarına  təqdim olundu.  Ardını oxu »

Qazaxda 1918-ci il azərbaycanlıların soyqırımı qurbanlarının anım mərasimi keçirilmişdir

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və tədbir iştirakçıları şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksi önünə gələrək soyqırımı qurbanlarının xatirəsini boyük ehtiramla yad etmiş, abidə önünə qərənfil dəstələri düzmüşlər. Ardını oxu »

Akademik Vaqif Fərzəliyev: “Belaruslu həmkarlarımızla bioloji aktiv əlavələr və dərmanların yaradılması istiqamətində tədqiqatlar aparacağıq”

AMEA Aşqarlar Kimyası İnstitutu Belarus Milli Elmlər Akademiyası Bioloji Aktiv Birləşmələrin Biokimyası İnstitutu ilə əməkdaşlıq edəcək.
AMEA-nın Belarus Respublikası Dövlət Elm və Texnologiya Komitəsi ilə birgə elan etdiyi müştərək layihə müsabiqələrinin nəticələri açıqlanıb.

Ardını oxu »

Arxiv
Təqvim
Aprel 2018
S M T W T F S
« Mar   May »
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 29
  • 15
  • 1,189
  • 4,900
ILK-10 Azeri Website Directory