Aprel 5, 2018

İlham Əliyev nazirlər konfransında

Bakı Konqres Mərkəzində “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransının açılış mərasimi keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransın açılışında iştirak edir.

Əvvəlcə birgə foto çəkdirildi. Ardını oxu »

Gəncə Dövlət Regional Kollecinin müəllim və tələbə heyəti tibbi müayinə olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vətəndaşların pulsuz tibbi müayinədən keçirilməsi barədə tapşırığının icrası ilə bağlı genişmiqyaslı aksiya Nizami yurdunda uğurla davam edir. Bu gün 2 saylı şəhər poliklinikanın həkim briqadası növbəti səyyari tibbi müayinə aksiyasını Gəncə Tibb Kollecinin müəllim və tələbələri üçün keçirib. Ardını oxu »

İmişli rayonunda cari ilin pambıq əkini ilə bağlı regional müşavirə keçirilmişdir

Müşavirədə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin yerli qurumlarının – rayon bitki mühafizəsi mərkəzlərinin, rayonlararası bioloji laboratoriyaların, Kənd Təsərrüfatı nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin nümayəndələri, İmişli, Saatlı, Sabirabad, Salyan, Cəlilabad, Neftçala və Biləsuvar rayonlarından olan  torpaq mülkiyyətçiləri və fermerlər,  ümumilikdə 350 nəfər iştirak edib.

Ardını oxu »

Nazir: “Azərbaycan BMT Baş Assambleyasının rolunun artırılmasını dəstəkləyir”

“Azərbaycan sülh və təhlükəsizliyin təminatında BMT-nin aparıcı rolunu qəbul edir”. 

APA-nın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransında deyib. Ardını oxu »

Nazir: “Yay mövsümündə cənub zonasına turist axını gözləyirik”

“Azərbaycanın şimal-qərb, İpək yolu üzərində turizmin inkişafını sürətləndirməyi nəzərdə tuturuq”. 

“APA-Economics” xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirib.

Nazirin sözlərinə görə, Qazax, Şəmkir, Gədəbəy zonasında turizm sahəsində inkişafı müşahidə edirik.  Ardını oxu »

Məktəbi bitirə bilməyənlər üçün imtahanlar keçiriləcək

Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub, tam orta təhsilini bitirə bilməyən şəxslər üçün 15-16 mayda eksternat qaydasında imtahanlar keçiriləcək. 

Bakı Şəhər Təhsil İdarəsindən APA-ya verilən məlumata görə, imtahana qeydiyyat və sənəd qəbulu 5-30 apreldə (yalnız iş günləri saat 14:00-dan 17:30-dək) İdarədə aparılacaq. Ardını oxu »

Könül Xasıyevaya Prezidentin fərdi təqaüdü təyin olundu

Prezident İlham Əliyev Könül Xasıyevaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. 

APA-nın məlumatına görə, təqaüd K. Xasıyevaya Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə təyin olunub. Ardını oxu »

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “…Xalqımızın müstəqil yaşayacağına inanırdıq” kitabı işıq üzü gördü

Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – Əlimərdan bəy Topçubaşovun “…Xalqımızın müstəqil yaşayacağına inanırdıq” kitabı işıq üzü görüb.

Çar Rusiyasındakı çoxmilyonlu türk-müsəlman xalqlarının sınanmış lideri, Azərbaycan Cümhuriyyətinin ideya atalarından və ən fəal xadimlərindən biri, Parlamentimizin ilk sədri Əlimərdan bəy Ardını oxu »

Kürdəmirdə Aprel şəhidlərinin xatirəsi anılıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsi Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş gənclərin xatirəsinə həsr edilən tədbir keçirib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, Kürdəmir rayonunun Sor-sor Ardını oxu »

Mayor Rəşad İsrafilov: Aprel döyüşlərinin yenidən təkrar olunacağı günü səbirsizliklə gözləyirəm

Mən 2006-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirdikdən sonra ön xətdə zabit kimi xidmətə başladım və bu günə kimi ən çətin, məsuliyyətli döyüş tapşırıqlarını yerinə yetirməklə özümü Vətənimin əsl övladı sayıram.Bu sözləri AZƏRTAC-a müsahibəsində Aprel döyüşlərinin iştirakçısı, mayor Rəşad İsrafilov deyib.

Ardını oxu »

Arxiv
Təqvim
Aprel 2018
S M T W T F S
« Mar    
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 4
  • 3
  • 442
  • 2,454
ILK-10 Azeri Website Directory