Aprel 10, 2018

Tibbi Turizm üzrə Alman-Azərbaycan Biznes Forumu

Tibbi Turizm üzrə Alman-Azərbaycan Biznes Forumu keçirilib.

APA-nın xəbərinə görə, Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann bildirib ki, forumda Almaniyanın tibbi turizm üzrə püxtələşmiş mütəxəssisləri iştirak edirlər. Ardını oxu »

Regionlarda ödənişsiz “Abituriyent Məsləhət Mərkəzləri” yaradıldı

Dövlət İmtahan Mərkəzinin (DİM) regional bölmələrində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə kömək məqsədilə ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri” yaradılıb. 

DİM-dən APA-ya verilən məlumata görə, “Abituriyent Məsləhət Mərkəzləri”ndə abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta Ardını oxu »

Gəncənin iki komandası “Xəmsə” milli intellektual oyununun zona mərhələsinə vəsiqə qazanıb

Gəncə şəhərində “Xəmsə” milli İntellektual oyunu üzrə X Azərbaycan Çempionatının seçim turu keçirilib. 

Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı, “Gəncə” İntellektual Klubunun dəstəyi ilə təşkil edilən yarışa 8 komanda qatılıb. Ardını oxu »

Gəncədə Aprel döyüşlərinə həsr edilmiş peyntbol turniri keçirilib

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Aprel döyüşlərinə həsr olunmuş turnir keçirilib. İlk dəfə olaraq gənclər təşkilatları arasında keçirilən peyntbol turnirində şərti döyüşçülər 8 komandada təmsil olunublar.

Ardını oxu »

Azərbaycan Dillər Universitetində Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş I Beynəlxalq elmi konfransının açılış mərasimi keçirilib

Aprelin 9-da Azərbaycan Dillər Universitetinin (ADU) Yeni Azərbaycan Partiyası (YAP) və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) dəstəyi ilə təşkil etdiyi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda I Beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib. Ardını oxu »

Şəkinin seçki məntəqələri səsverməyə hazırdır

Şəki rayonunun ərazisində fəaliyyət göstərən 113, 114 və 115 saylı seçki dairələrində aprelin 11-də keçiriləcək Azərbaycan Respublikasının Prezidenti seçkilərinə hazırlıq işləri başa çatıb və bütün seçki məntəqələri səsverməyə hazır vəziyyətə gətirilib.
113 saylı Şəki şəhər seçki dairəsi dairə seçki komissiyasının sədri Rəhman Qədirzadə AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, seçkilərə hazırlıq işləri Mərkəzi Seçki Komissiyasının (MSK) təsdiq Ardını oxu »

Cəbhə bölgəsində yerləşən Tərtərdə tikinti, abadlıq və quruculuq işləri davam etdirilir

Cəbhə bölgəsində yerləşən Tərtərdə tikinti, abadlıq və quruculuq işləri davam etdirilir. Tərtər şəhərinin şəhid Nicat İsgəndərov küçəsindən sonra Nəriman Nərimanov və Mehdi Hüseynzadə küçələrində də yenidənqurma işlərinə başlanılıb. Hər iki küçədə qaz, elektrik və rabitə xətləri qaydaya salınır.

Səki qıraqlarına bordürlər düzülür, istinad divarları aqlay və digər bəzək daşları ilə üzlənir. Küçələrdə yol yatağına çınqıl materialı Ardını oxu »

Kümçülərə ipəkqurdunun bəslənilməsinin düzgün təşkili ilə bağlı tövsiyələr verilib

Kənd Təsərrüfatı Nazirliyi “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar aprelin 7-də Kürdəmirdə “Tut ipəkqurdunun bəslənilməsinin düzgün təşkili və məhsuldarlığın artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi”nə dair regional seminar keçirib. Ardını oxu »

Şəkidə məktəblilər arasında qalxanabənzər vəzin müayinəsi aparılıb

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkim və rezidentləri Şəki rayonunda “Endemik düyünlü urun profilaktikası məqsədi ilə məktəblilər arasında qalxanabənzər vəzin ultrasəs müayinəsi və sidikdə yodun ekskresiyasının miqdarının təyini” layihəsi çərçivəsində 15-17 yaşlı məktəblilər arasında qalxanabənzər vəzin xəstəliklərinin yayılma tezliyini araşdırmaq üçün müayinələr aparıblar.

Ardını oxu »

Arxiv
Təqvim
Aprel 2018
S M T W T F S
« Mar   May »
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 130
  • 24
  • 1,354
  • 4,831
ILK-10 Azeri Website Directory