Aprel 12, 2018

“11 Aprel seçkiləri xalqın iradəsini tam ifadə edib”

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi növbədənkənar prezident seçkilərilə bağlı bəyənat yayıb.

525.az bəyanatı təqdim edir:

“Azərbaycanda seçkilərin demokratik mühitdə keçirilməsi üçün seçki ərəfəsində və seçkilər elan olunduqdan sonra, ölkədəki ictimai-siyasi mühit, söz və mətbuat, sərbəst toplaşmaq  azadlığı sahəsində Ardını oxu »

MSK sədri polis və jurnalistlərin fəaliyyətini yüksək qiymətləndirdi

“Gün ərzində polisin fəaliyyəti ilə bağlı seçki komissiyalarına heç bir narazılıq daxil olmayıb”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib. Ardını oxu »

“Seçki Avropa standartlarına uyğun təşkil olunmuşdu”

“Böyük məmnuniyyətlə Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə etdik. Bir neçə məntəqədə olduq, seçki demokratik Avropa standartlarına uyğun təşkil olunmuşdu”. 

APA-nın məlumatına görə, bunu Rumıniya Parlamentinin Deputatlar Palatasının müşahidə missiyasının rəhbəri Viktor Ponta Bakıda keçirdiyi mətbuat konfransında deyib. Ardını oxu »

Türkiyə baş naziri İlham Əliyevə təbrik məktubu göndərdi

Türkiyə Respublikasının baş naziri Binəli Yıldırım Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib. 

APA-nın məlumatına görə, məktubda deyilir: “Aprelin 11-də Azərbaycanda keçirilən seçkilərdə prezident vəzifəsinə yenidən seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi çatdırıram.  Ardını oxu »

Ərdoğan İlham Əliyevi təbrik etdi

Aprelin 11-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib. 

Modern.az xəbər verir ki, Türkiyə prezidenti İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, Azərbaycan xalqının rifahı naminə prezidentlik fəaliyyətində ona yeni uğurlar arzulayıb.  Ardını oxu »

Qazaxıstanlı müşahidəçi: Seçicilərin fəallığı xüsusi diqqət çəkir

İndiyədək səsvermə prosesində hər hansı qanun pozuntusu qeydə almamışıq. Seçicilərin fəallığı xüsusi diqqət çəkir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanda prezident seçkilərini müşahidə edən Qazaxıstan Parlamenti Məclisinin üzvü Məhərrəm Məhərrəmov söyləyib. Ardını oxu »

“Sivil dialoq” beynəlxalq müşahidə missiyası: Seçki prosesi mükəmməl təşkil olunub

“Sivil dialoq” adlı beynəlxalq müşahidə qrupunun birinci missiyası Azərbaycanda prezident seçkiləri ilə bağlı bəyanat yayıb.

İtaliya parlamentinin sabiq üzvü, İtaliya xarici əlaqələr komitəsinin hazırkı üzvü Antonio Radze bildirib ki, müxtəlif seçki məntəqələrində müşahidə aparılıb və heç bir qanun pozuntusu qeydə alınmayıb. Ardını oxu »

İlham Əliyevin prezident seçkilərində möhtəşəm qələbəsi bütün Azərbaycan xalqının qələbəsidir

Yeni Azərbaycan Partiyası (YAP) prezident seçkilərinin başa çatması ilə bağlı Bakıda təntənəli tədbir keçirib.

Partiyanın mərkəzi qərargahının qarşısındakı Sahil bağında keçirilən tədbirdə YAP-ın rəhbər strukturlarının və şəhər ictimaiyyətinin nümayəndələri, partiyanın çoxsaylı fəalları iştirak ediblər. Ardını oxu »

Əli Əhmədov: Azərbaycan vətəndaşları İlham Əliyevin rəhbərliyi ilə qarşıdakı 7 il ərzində daha sürətli inkişafa səs veriblər

Azərbaycanda keçirilən növbəti prezident seçkiləri baş tutub. Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, seçkilərdə 3,9 milyondan çox vətəndaş iştirak edib. Bu da bütün seçicilərin 74,5 faizini təşkil edir. Keçirilən “exit-poll”ların nəticələrinə görə, seçicilərin 80 faizdən çoxu Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verib. Bu da deməyə əsas verir ki, İlham Əliyev prezident seçkilərində inamlı qələbə qazanacaq. Ardını oxu »

Möhtəşəm etimad, halal qələbə

Prezidentliyə namizədlər qalib alternativlərini – İlham Əliyevi böyük seçki zəfəri münasibətilə təbrik etdilər

Dünən günün sonunda Mərkəzi Seçki Komissiyası Prezident seçkilərinin ilkin nəticələrini elan etdi. İlham Əliyevin seçki zəfərinin rəsmən bəyan olunması ilə paytaxtda və bölgələrdə vətəndaşlar kütləvi tədbirlər təşkil edərək sevinclərini bölüşdülər.

Ardını oxu »

Arxiv
Təqvim
Aprel 2018
S M T W T F S
« Mar    
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 4
  • 3
  • 442
  • 2,454
ILK-10 Azeri Website Directory