Aprel 14, 2018

İlham Əliyevlə daha möhtəşəm zirvələrə doğru

Azərbaycan xalqı prezident seçkilərində alternativsiz liderinə olan böyük inam və sarsılmaz dəstəyini bir daha nümayiş etdirdi

Aprelin 11-də Azərbaycan xalqı müstəqillik dövrünün 8-ci prezident seçkisində öz liderini müəyyənləşdirdi. Cənab İlham Əliyev növbəti dəfə ümummilli etimadı qazanaraq Azərbaycan Prezidenti seçildi. Ardını oxu »

Prezident: “Mən həmişə Azərbaycan xalqının dəstəyinə arxalanmışam”

Bu gün Heydər Əliyev Mərkəzinin qarşısında aprelin 11-də keçirilmiş prezident seçkilərində qazanılmış qələbə münasibətilə konsert proqramı keçirilib.
APA-nın məlumatına görə, tədbirdə seçkilərdə qələbə qazanmış İlham Əliyev və onun ailə üzvləri də iştirak edib.
Tədbirdə İlham Əliyev çıxış edib.  Ardını oxu »

“Azərbaycan insanının ən fərəhli uğurlarından biri yüksək seçki mədəniyyətidir”

“Avropa Şurasının müşahidə missiyalarının üzvü olaraq yeni əsrin arxada qalan illəri ərzində bir sıra üzv ölkələrdəki prezident və parlament seçkilərini izləmişəm. Heç uzağa getmirəm, Azərbaycan vətəndaşlarına daha əlçatan olan Türkiyədə və Gürcüstandakı seçki məntəqələrini, yaradılmış şəraiti, seçki gedişatını bizdəki seçkilərin, elə son prezident seçkilərinin gedişi ilə müqayisə edirəm.

Ardını oxu »

Daşkəsən rayonunda ailə, qadın və uşaq məsələləri ilə bağlı vətəndaşların qəbulu keçiriləcək

16 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova saat 11:00-da Daşkəsən rayon Dövlət Arxivinin binasında Daşkəsən, Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayon  sakinlərinin qəbulunu keçirəcəkdir.

Ardını oxu »

Gəncəli gənclər hərbi xidmətə yola salınıb

Gəncədə gənclərin həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilib. Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən keçirilən mərasim “Zəfər Tağı” önündə təşkil edilib. Ardını oxu »

Ürkməzli kənd tam orta məktəbində maarifləndirici tədbir keçirilmişdir

Qazaxda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin iş planına uyğun olaraq “Aprel Zəfəri” mövzusunda toplantı keçirilmişdir. Tədbirdə Dəmirçilər və Ürkməzli kənd tam orta məktəblərinin yuxarı sinif şagirdləri, müəllimlər, Qarabağ Müharibəsi əlilləri və kənd ağsaqqalları iştirak etmişlər.

Ardını oxu »

Nazir: “Silahlı Qüvvələr Ali Baş Komandanın hər əmrinin icrasına qadirdir”

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov aprelin 11-də keçirilən prezident seçkilərinin uğurla başa çatması və İlham Əliyevin növbəti dəfə inamlı qələbə qazanaraq Azərbaycan prezidenti vəzifəsinə yenidən seçilməsi münasibəti ilə ordunun şəxsi heyətini təbrik edib.  Ardını oxu »

Arxiv
Təqvim
Aprel 2018
S M T W T F S
« Mar   May »
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 80
  • 20
  • 855
  • 3,276
ILK-10 Azeri Website Directory