Aprel 21, 2018

Yeni baş nazir Novruz Məmmədov oldu

Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidov Novruz Məmmədovun fəaliyyətindən danışıb: “O, ən etibarlı və təvazökar məmurdur. Azərbaycan məmurlarına nümunədir”. 

Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov da Novruz Məmmədovla bağlı təqdimatı yüksək

Ardını oxu »

Dövlət Xidməti İqtisadiyyat Nazirliyinin tabeliyindən çıxarıldı

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti İqtisadiyyat Nazirliyinin tabeliyindən çıxarılıb. 

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncamında əksini tapıb.  Ardını oxu »

Rayonun Böyük Pirəli kəndində səyyar görüş-qəbul keçirilib

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin Böyük Pirəli kənd sakinləri ilə növbəti səyyar görüşü keçirilib. Görüşdə rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər. Ardını oxu »

Topalhəsənli kəndində səyyar-qəbul görüş keçirilib

Aprelin 20-də rayonun Topalhəsənli kəndində Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun növbəti səyyar qəbul-görüşü keçirilib.
Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, Topalhəsənli kənd inzibati ərazi dairəsinə daxil olan Topalhəsənli, Şahsevən və Qaraqocalı kənd sakinləri iştirak ediblər.  Ardını oxu »

Tərtərdə 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

Aprelin 20-də Tərtər rayon Gənclər Mərkəzində 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, 2018-ci ilin birinci rübündə sosial-iqtisadi inkişaf baxımından rayonumuz üçün uğurlu olmuşdur. Ardını oxu »

Samux rayon komandası şahin hərbi-idman oyununun zona birincisi oldu

Samux rayon komandası Şahin hərbi-idman oyununun zona birinciliyində uğurla çıxış edərək 1-ci yerə yüksəlməklə final mərhələsinə vəsiqə qazandı.

Şahin hərbi idman oyununda  Mingəçevir, Şəmkir, Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Göygöl, Daşkəsən, Samux, Qəbələ, Zaqatala və Kəlbəcər rayonlarından olan məktəblilər iştirak edib. Ardını oxu »

Baş nazir: “Vacib və ehtiyac olan sahələrdə islahatlar aparılacaq”

“Vacib və ehtiyac olan sahələrdə birgə islahatlar aparacağıq”. 

APA-nın məlumatına görə, bunu Azərbaycanın yeni baş naziri Novruz Məmmədov Milli Məclisdə namizədliyinin təsqidiqindən sonra etdiyi çıxışında deyib.

Baş nazir bildirib ki, indi Azərbaycan ölkə başçısının apardığı uğurlu siyasət nəticəsində özünün ən yaxşı dövrünü yaşayır: Ardını oxu »

Arxiv
Təqvim
Aprel 2018
S M T W T F S
« Mar   May »
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 191
  • 150
  • 1,190
  • 3,246
ILK-10 Azeri Website Directory