Aprel 23, 2018

Bakıda III SOCAR Beynəlxalq Forumu keçirilir

Bu gün Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə SOCAR-ın III Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neftkimya” forumu öz işinə başlayıb. 

“APA-Economics”in məlumatına görə, ötən il ilə müqayisədə bu il Forumda iştirak edən ölkələrin sayında artım müşahidə olunub. Ardını oxu »

Xərçəngə qarşı təbii vasitə İsveç

İsveç alimlərinin tədqiqatı nəticəsində bəlli olub ki, müntəzəm olaraq çay içmək orqanizmdə xərçəng riskini azaldır. Tədqiqatçılar qeyd edirlər ki, qadınlarda estrogen hormonu normadan çox olduqda xərçəngə səbəb olur. Ardını oxu »

Ermənistanda üsyan güclənir

İşğalçı ölkədə etiraz aksiyaları getdikcə şiddətlənir

Ermənistanda bir neçə gündür davam edən etiraz aksiyaları artıq özünün daha gərgin və həlledici mərhələsinə qədəm qoymaqdadır. Belə görünür ki, etiraz edənlər baş nazir vəzifəsini ələ keçirən sabiq prezident Serj Sarkisyanın devrilməsində, sonuncu isə güc yolu ilə olsa belə tutduğu yeni postu saxlamaqda israrlıdır. Bu isə artıq ölkədə başlanan vətəndaş savaşının miqyasının genişlənməsini qaçılmaz edir. Ardını oxu »

İstiqlal Muzeyinin eksponatları UNEC-də

UNEC-də Azərbaycan İstiqlal Muzeyinin eksponatlarından ibarət foto-sərgi keçirilir.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan sərgidə cümhuriyyətin qurucuları, əsgər və zabitlərinin, o cümlədən, dövrün əhəmiyyətli sənədlərinin fotoları nümayiş etdirilir. Ardını oxu »

Bu gün AŞPA-nın yaz sessiyası başlayır

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası başlayır. 

APA-nın xəbərinə görə, aprelin 23-dən 27-dək davam edəcək sessiya çərçivəsində qeyri-qanuni aktivlərin müsadirəsi, İŞİD terror qruplaşmasının maliyyələşdirilməsi və hibrid müharibə ilə bağlı insan hüquqları problemləri ətrafında müzakirələr aparılacaq.  Ardını oxu »

Nazir: “Cənub Qaz Dəhlizi regionun zəngin qaz resursları üçün geniş imkanlar açır”

“Azərbaycanın reallaşdırdığı enerji siyasəti iri layihələr ilə iki regionu bir-biri ilə birləşdirir və bu layihələr hələ uzun müddət davam etdiriləcək”. 

“APA-Economics”in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov bu gün Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə Bakıda keçirilən SOCAR-ın III Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neftkimya” Forumunda çıxışında bildirib.  Ardını oxu »

Xətai rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu keçirilmişdir

Aprel ayının 23-də Xətai rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu keçirilib. Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, başçının Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, Mənzil Kommunal Təsərrüfat Birliyinin, Mənzil İstismar Sahələrinin məsul işçiləri, rayon xidmət sahələrinin rəhbərləri  iştirak ediblər. Ardını oxu »

Cəlilabadda 42 min əhalinin yaşadığı kəndlərin yolları yenidən qurulur

Cəlilabad rayonunda 5 istiqamət üzrə kəndlərarası avtomobil yolları əsaslı şəkildə yenidən qurulur. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, ümumi uzunluğu 35 km olan Maşlıq-Muğan, Muğan-Söyüdlü, Söyüdlü-Kazımabad, Göytəpə-Privolnoye-Ağdaş-Soyuqbulaq avtomobil

Ardını oxu »

İrəvanda etirazçılar hava limanına gedən yolu bağlayıblar

İrəvanda 100-ə yaxın etirazçı “Zvarnots” beynəlxalq hava limanına gedən yolu bağlayıblar. 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, etirazçılar polisin tələblərinə məhəl qoymayaraq hökumətə qarşı şüarlar səsləndirir.  Ardını oxu »

Samuxun 35 yaşayış məntəqəsindən 30-u qazlaşdırılıb

Respublikanın bütün yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində Prezident İlham Əliyevin verdiyi tapşırıqlara uyğun olaraq, Samux rayonunun kəndlərində də işlər davam etdirilir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, hazırda rayonun Alıuşağı kəndindəki yeni yaşayış massivinə təbii qazın verilməsi üçün qaz xətti çəkilir. Ardını oxu »

Arxiv
Təqvim
Aprel 2018
S M T W T F S
« Mar   May »
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 17
  • 9
  • 1,016
  • 3,072
ILK-10 Azeri Website Directory