Aprel 25, 2018

“Başqa heç bir iki ölkə Türkiyə və Azərbaycan qədər yaxın deyil”

Türkiyədə rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Kahramanla görüşüb. 

APA-nın “Timetürk”ə istinadən verdiyi xəbərə görə, prezident İlham Əliyev görüşdə Azərbaycan və Türkiyə arasındakı əlaqələrin ən yüksək səviyyədə olduğunu deyib. Ardını oxu »

Prezident Administrasiyasının işçiləri üçün daha bir yaşayış binası tikiləcək

Bakı şəhər İcra Hakimiyyəti Prezident Administrasiyasının işçiləri üçün yeni 6 girişli, 20 mərtəbəli yaşayış binasının tikintisinə icazə verib. 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, tikinti obyektinin sifarişçisi Prezidentin İşlər İdarəsidir.  Ardını oxu »

İlham Əliyevin Türkiyədə rəsmi qarşılanma mərasimi oldu

Türkiyə prezident Sarayında Azərbaycan prezidenti İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan tərəfindən rəsmi qarşılanma mərasimi keçirilib. 

APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Mərasimdə hər iki ölkənin dövlət himni səsləndirilib. Ardını oxu »

Mirhəsən Seyidov: “Prezident gənc və təcrübəli kadrlara etimad göstərir”

“Yeni iqtisadi şəraitə uyğun olaraq aparılan islahatlara daha təkmil və çevik idarəetmə sisteminin yaradılması da aiddir. Təsadüfi deyil ki, ölkə başçısının son təyinatları ilə bağlı mühüm vəzifələrdə gənc, amma təcrübəli kadrların yer alması cəmiyyətin bütün təbəqələri tərəfindən də rəğbətlə qarşılanır”.

Ardını oxu »

Gəncənin müasir tarixində ən iri sosial layihənin icrası davam etdirilir

Gəncə şəhəri daxilində içməli su xəttinin və kanalizasiya sisteminin yenidən qurulması davam etdirilir. Layihə çərçivəsində sovet dövründən qalan və istismar müddətini başa vurmuş müxtəlif diametrli su və kanalizasiya xətləri yenilənir. Ardını oxu »

ŞƏHƏR İCRA HAKİMİYYƏTİNDƏ

2018-Cİ İLİN BİRİNCİ RÜBÜNÜN  SOSİAL-İQTİSADİ İNKİŞAFININ YEKUNLARI VƏ

QARŞIDA DURAN VƏZİFƏLƏR MÜZAKİRƏ OLUNDU

Şəhərin idarə, müəssisə və təşkilatlarının rəhbərləri, bələdiyyə sədrləri, ictimaiyyətin, ağsaqqalların, ziyalıların, gənclərin, KİV nümayədələrinin iştirak etdiyi hesabat yığıncağını Şəhər İcra Hakimiyyətinin Başçısı Qoca Səmədov açdı.

İlk olaraq aprelin 11-də ölkədə keçirilən növbədənkənar Prezident seçkilərindən danışan ŞİH Başçısı  cənab İlham Əliyevin yenidən ölkə rəhbəri seçilməsinin sevincini paylaşdı. Ardını oxu »

Nəsimi rayonunda görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi münasibəti ilə rəsm sərgisinin açılışı olmuşdur

Görkəmli oftalmoloq, respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının  95 illiyi paytaxtımızın Nəsimi rayonunda geniş şəkildə qeyd olunur.

Rayonun elm, təhsil və səhiyyə müəssisələrində görkəmli alimin xatirəsinə həsr olunmuş tədbirlər keçirilir, sərgi və müxtəlif aksiyalar təşkil olunur. Ardını oxu »

Nəsimi rayon İcra Hakimiyyətində Çernobıl əlilləri ilə görüş keçirilmişdir

Hər il aprel aynın 26-da  MDB, həmçinin Şərqi Avropanın bir sıra ölkələrində 20-ci əsrin ən dəhşətli qəzalarından olan Ukraynanın Pripyat şəhərindəki Çernobıl Atom Elektrik Stansiyasının 4-cü blokunda baş vermiş  qəzanın ildönümü qeyd olunur.

Stansiyada baş vermiş partlayış və yanğın nəticəsində yaranmış radioaktiv bulud Şərqi Avropanın böyük bir hissəsini bürümüş, həmçinin cənub istiqamətində hərəkət edərək böyük bir ərazini radioaktiv maddələrlə zəhərləmişdir. Ardını oxu »

2018-ci ilin I rübünün yekunları ilə bağlı hesabat iclası keçirilmişdir

Qax Rayon İcra Hakimiyyətində 2018-ci ilin I rübünün sosial-iqtisadi inkişafının  yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Tədbirdə RİH rəhbərliyi, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri,  iş adamları və ictimaiyyətin  nümayəndələri iştirak etmişlər.
RİH başçısı Musa Şəkiliyev ilin ilk 3 ayı ərzində rayonda görülmüş işlərlə bağlı hesabat məruzəsini yığıncaq iştirakçılarının diqqətinə çatdırmışdır.

Ardını oxu »

Gənclər hərbi xidmətə yüksək əhval-ruhiyyə ilə yola düşüblər

“Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 mart 2018-ci il tarixli Sərəncamına müvafiq olaraq qazaxlı gənclər yüksək əhval-ruhiyyə ilə hərbi xidmətə yola düşüblər.

Ardını oxu »

Arxiv
Təqvim
Aprel 2018
S M T W T F S
« Mar   May »
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 241
  • 106
  • 1,463
  • 3,992
ILK-10 Azeri Website Directory