Aprel 27, 2018

“Formula-1” Azərbaycan Qran-prisi start götürür

Bu gün Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisi start götürür.
Apasport.az saytının məlumatına görə, paytaxtımızda ardıcıl üçüncü dəfə keçirilən yarışın ilk gününə birinci sərbəst yürüşlər və bolidlərin trek sınağı planlaşdırılıb.

Ardını oxu »

Azərbaycan Silahlı Qüvvələri qüdrətli və modern hərbi gücə çevrilib

Ermənistanın hər hansı hərbi təxribatı onun böyük məğlubiyyəti ilə nəticələnə bilər

Ermənistanda S.Sarkisyanın hakimiyyəti dövrü başa çatdı. Günlərdir Yerevan küçələrində davam edən etiraz aksiyalarından sonra baş nazir kimi iqtidarını davam etdirmək istəyən bu hərbi cinayətkar xalqının qarşısında tab gətirməyərək istefa verməli oldu. Hərbi xuntanın hakimiyyətinin devrilməsinin əsas səbəblərindən biri də ordu hissələrinin etiraz aksiyalarına qoşulması oldu. Ardını oxu »

Şəkidə Çernobıl qəzasının 32-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Aprelin 26-da Şəkidə Çernobıl qəzasının 32-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Şəhər  5 №-li tam orta məktəbin akt zalında keçirilən tədbirdə əvvəlcə qəzada həyatlarını itirmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Çernobıl əlilləri yaşadıqlarını məktəblilərlə bölüşüblər. Ardını oxu »

Evoğlu kəndində səyyar-qəbul görüş keçirilib

Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Evoğlu kəndində oldu.

Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər. Ardını oxu »

Çernoblçılar bir araya gəldilər

Aprelin 26-sı Çernobl hadisələrinin anım günüdür. Bu dəhşətli hadisədən 32 il keçir. Bununla əlaqədar olaraq Mingəçevir çernoblçıları bir araya gəldilər. Heydər Əliyevin abidəsi önündə gül dəstələri qoyulduqdan sonra çay süfrəsi ətrafında toplaşdırlar.
Toplantını şəhər Çernobl Əlilləri Cəmiyyətini sədri Ziyəddin Qocamanov açaraq çernobl hadisələri zamanı və ondan sonra vəfat Ardını oxu »

Samuxda 2188 hektarda yaz əkin işləri aparılıb

İqtisadiyyatının əsasını müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalı təşkil edən Samux rayonunda yaz əkin işləri davam edir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu vaxta qədər rayon üzrə 2 min 188 hektar sahədə əkin aparılıb. Görülmüş işlər üçün 369 nəfər rayon sakini mövsümi işlərə cəlb edilib. Ardını oxu »

Aprelin 29-da sınaq imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM)  I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 29-da 12 şəhər və rayonda sınaq imtahanları keçirəcək.

DİM-dən APA-ya verilən məlumata görə, imtahanlar Bakı, Sumqayıt, Xırdalan, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz şəhər və rayonlarında, ümumilikdə 56 binada təşkil olunacaq. Ardını oxu »

“Karapetyanı danışıqlara başlamağa dəvət edirəm”

Ermənistanın müxalifət lideri Nikol Paşinyan ölkənin baş naziri vəzifəsini müvəqqəti icra edən Karen Karapetyanı danışıqlara dəvət etdiyini bəyan edib.  

Strateq.az saytı bu barədə yazır. “Ermənistan Respublika Partiyası Karapetyanı danışıqlarda səlahiyyətli nümayəndə Ardını oxu »

Azərbaycan beynəlxalq festivalda təmsil olunacaq

Almaniyanın Höte adına İnstitutu tərəfindən “Next Stage Europe 2018” festivalı keçiriləcək. APA-nın məlumatına görə, 13-17 iyun tarixlərində Potsdam şəhərində təşkil olunacaq festivalda Azərbaycan, Belarus, Gürcüstan, Ukrayna, Rusiya və Ermənistandan olan 12 gənc dramaturq iştirak edəcək. Azərbaycanı festivalda yazıçı-publisist Ülviyyə Heydərova təmsil edəcək. O, bu festivala “Uşaqlıq” adlı monopyesi ilə qatılacaq. Ardını oxu »

Hikmət BABAOĞLU: Türkiyə-Azərbaycan əməkdaşlığı regionun gələcəyi üçün olduqca faydalı perspektivlər yaradır

Prezident İlham Əliyevin seçkilərdən sonra ilk səfərini qardaş Türkiyə Cümhuriyyətinə etməsi iki ölkə arasında strateji müttəfiqliyin nə dərəcədə əhəmiyyətli olduğunu bir daha ortaya qoydu. Prezident iki ölkə arasındakı münasibətləri xarakterizə edərkən bildirdi ki, bizi birləşdirən qədim və yeni tarix var. Ardını oxu »

Arxiv
Təqvim
Aprel 2018
S M T W T F S
« Mar   May »
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 27
  • 13
  • 1,187
  • 4,898
ILK-10 Azeri Website Directory