Aprel 30, 2018

“Azərbaycan Xalq Cumhuriyyəti – Əhməd Cavad şəxsiyyəti”

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar silsilə maarifləndirici tədbirlər keçirmək üçün Bakı İdarəetmə və Texnologiya Kollecinin (BİTKol) kollektivi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə fəaliyyətə start verib.
Həmin fəaliyyət çərçivəsində aprelin 27-də BİTKol-un akt zalında “Cümhuriyyət dövrü-Əhməd Cavad şəxsiyyəti” mövzusunda tədbir keçirilib. Ardını oxu »

Azərbaycan, Rusiya, İran və Hindistan Şimal-Cənub nəqliyyat dəhlizinin sınağına başlayıblar

Azərbaycan, Rusiya, İran və Hindistan aprelin 29-da idman avtoyürüşü çərçivəsində Şimal-Cənub nəqliyyat dəhlizinin sınaqdan keçirilməsinə başlayıblar.

Milli.az  xəbər verir ki, İranın Yol və Şəhər Quruculuğu Naziriliyi bildirir ki, tədbir Hindistanın Yük Ekspeditorları Federasiyası və “Kalinga Motor” idman klubu tərəfindən birgə təşkil olunub. Ardını oxu »

Azərbaycan əməyin mühafizəsi sahəsində fəal dövlət siyasəti yürüdür

Beynəlxalq Əmək Təşkilatının (BƏT) məlumatına əsasən, dünyada hər il 337 milyon istehsalatla əlaqəli bədbəxt hadisə baş verir və bu hadisələrdə təxminən 2,02 milyon işçi dünyasını dəyişir, 317 milyon nəfər isə peşə xəstəliklərindən əziyyət çəkir, nəticədə dünya iqtisadiyyatı ÜDM-nin 4 faizi miqdarında itkiyə məruz qalır. Bu acı statistika nəzərə alınmaqla, BƏT-in təşəbbüsünə əsasən, işçi insanların sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasına dünya ictimaiyyətinin diqqətinin artırılması üçün 2003-cü ildən  28 aprel — Ümumdünya Əməyin Mühafizəsi günü kimi qeyd edilir. Ardını oxu »

Yeni növ kompüter yaddaşı hazırlanıb

Çinin Şanxay Fudan Universitetinin alimləri özündə operativ və quraşdırılmış yaddaş xüsusiyyətlərini birləşdirən yeni məlumat saxlama texnologiyası hazırlayıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, quraşdırılmış yaddaş kompüter və smartfonların yüklənməsinə, operativ yaddaş isə kompüterdə proqramların işə Ardını oxu »

Azərbaycan Prezidentinə Dünya Güləş Birliyinin “Qızıl Orden” ali mükafatı təqdim edilib

Azərbaycan prezidenti İlham Əliyev Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçi qəbul edib.

Dünya Güləş Birliyinin prezidenti N. Laloviç dövlət başçısını prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.

N. Laloviç Bakıda Formula 1 yarışlarının yüksək səviyyədə təşkil edildiyini bildirib,  Azərbaycanın güləş idman növündə dünyanın ən aparıcı ölkələri sırasında olduğunu qeyd edib.

Ardını oxu »

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 178                         Bakı şəhəri, 27 aprel 2018-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə

“Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki Ardını oxu »

Şəmkir rayonun əhalisinin sayı açıqlandı

Ardını oxu »

Azərbaycan prezidenti “Formula 1” Azərbaycan Qran-Prisinin açılış mərasiminə və final yarışına baxıb

Dünən Azərbaycan prezidenti İlham Əliyev, Birinci  vitse prezident Mehriban Əliyeva və ailə üzvləri “Formula 1” üzrə dünya çempionatının dördüncü mərhələsinin – Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar.

Dövlət başçısı və birinci xanım əvvəlcə yarışın paytaxtın Azadlıq meydanındakı idarəetmə mərkəzində yaradılan şəraitlə tanış olublar. Ardını oxu »

Prezident yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış oldu

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 30-da Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub.  Ardını oxu »

Arxiv
Təqvim
Aprel 2018
S M T W T F S
« Mar   May »
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 19
  • 11
  • 1,018
  • 3,074
ILK-10 Azeri Website Directory