May 3, 2018

Dərman vasitələrinin qeydiyyatı ilə bağlı qanuna dəyişiklik təklif olundu

Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb. 

APA-nın məlumatına görə, qanunun 6-cı (Dərman vasitələrinin dövlət qeydiyyatı) maddəsinin 1-ci bəndində edilən dəyişikliyə əsasən, dövlət qeydiyyatı məqsədilə dərman vasitələrinin və həmin Ardını oxu »

Azərbaycanda gözün buynuz qişasının transplantasiyası həyata keçirilir

Azərbaycanda gözün buynuz qişasının transplantasiyası əməliyyatlarının icrasına başlanıb. 

APA-nın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında bildirib.

O qeyd edib ki, artıq bu əməliyyatlar icra olunur. Ardını oxu »

Latviyada Azərbaycan Ticarət Evi fəaliyyətə başlayacaq

Latviyada Azərbaycan Ticarət Evinin bu ilin iyun ayının birinci yarısında fəaliyyətə başlaması nəzərdə tutulur. 

Bunu “APA-Economics”ə açıqlamasında İqtisadiyyat Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Abbas Əliyev bildirib.  Ardını oxu »

Ermənistanda böhran dərinləşir: hakim partiya təslim olmaq istəmir

İŞĞALÇI ÖLKƏDƏ METRO, HAVA LİMANI, AVTOMOBİL VƏ DƏMİR YOLLARI BAĞLANIB, MƏKTƏBLƏR FƏALİYYƏTİNİ MÜVƏQQƏTİ DAYANDIRIB, FƏHLƏLƏR İSƏ TƏTİLƏ ÇIXIBLAR

Ermənistan parlamentinin yeni baş nazirin seçilməsi ilə bağlı xüsusi iclası nəticəsiz qalıb.
Baş nazir vəzifəsinə yeganə namizəd, “Yelk” (Çıxış) fraksiyasının lideri Nikol Paşinyanın lehinə 45, əleyhinə 56 deputat səs verib. Bununla Ermənistan parlamenti N.Paşinyanın baş nazir vəzifəsinə namizədliyini qəbul etməyib. Qanuna əsasən, 7 gün ərzində parlament yeni baş naziri seçmək üçün ikinci cəhd göstərməlidir. Bu cəhd də alınmasa, prezident parlamenti buraxmalı və növbədənkənar seçki təyin etməlidir. Ardını oxu »

“Azərbaycan vətəndaşları “ASAN Viza” ilə Avropaya rahat səfər edə biləcəklər”

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) sədri Ülvi Mehdiyevin APA-ya müsahibəsi

– Ülvi müəllim, ilk olaraq Sizi “ASAN xidmət”in sədri vəzifəsinə təyin olunmağınız münasibətilə təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayırıq. Ülvi müəllim, fəaliyyətinizdə əsasən hansı prinsiplər üstünlük təşkil edəcək?  Ardını oxu »

“Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib

Mayın 2-də Gənclər Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq YAP rayon təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirildi. Ardını oxu »

Bu il Şəkidə 860 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur

Bu il Şəki rayonunun təsərrüfatlarında 860 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Hazırda təsərrüfatlarda tütün əkini kampaniyası mütəşəkkil davam etdirilir. Fermerlər indiyədək 354 hektar sahəyə şitil köçürüblər. Tütün əkininə 500-dən çox işçi cəlb olunub.
Fermerlər cari mövsümdə 677 hektar sahəyə “Virciniya” növlü ətirli, 183 hektar sahəyə isə yerli tütün sortları əkəcəklər.

Ardını oxu »

Qazaxda ilin birinci rübü müzakirə olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələrlə əlaqədar Qazax rayonunda hesabat yığıncağı keçirilib. Ardını oxu »

Samux rayonunda “Ulu öndər Heydər Əliyevin ömür yolu Azərbaycan tarixinin şərəfli bir hissəsidir” mövzusunda gənclərin iştirakı ilə elmi-praktik konfrans keçirildi

YAP Samux rayon təşkilatında Ümimmilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə “Ulu öndər Heydər Əliyevin ömür yolu Azərbaycan tarixinin şərəfli bir hissəsidir” mövzusunda gənclərin iştirakı ilə elmi-praktik konfrans keçirildi.

Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov qeyd etdi ki, Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub.

Ardını oxu »

Arxiv
Təqvim
Statistika
  • 0
  • 33
  • 12
  • 1,290
  • 4,280
ILK-10 Azeri Website Directory