May 4, 2018

Qüdrət Həsənquliyev: “Deputatların maaşı ən azı 8 min manat olmalıdır”

Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deputatların əmək haqlarının 10 faiz artımına etiraz edib. 

APA-nın məlumatına görə, bununla bağlı layihənin müzakirəsi zamanı Q. Həsənquliyev bildirib ki, bu artım olduqca azdır.  Ardını oxu »

Lənkəranda istedadlı və yaradıcı gənclərin iştirakı ilə rəsm sərgisi keçirildi

Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 03 may 2018- ci il tarixdə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Əsgər Əliyevin adına xatirə parkında istedadlı və yaradıcı gənclər üçün Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş rəsm sərgisi keçirilmişdir. Ardını oxu »

YAP Samux rayon təşkilatında “Heydər Əliyev fenomeni – müdriklik və qətiyyət örnəyidir” mövzusunda dəyirmi masa keçirildi

Mayın 4-də Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatında Qadınlar Şurasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan “Heydər Əliyev fenomeni – müdriklik və qətiyyət örnəyi” mövzusunda  dəyirmi masa keçirilib.
Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının Qadınlar Şurasının sədri Kəmalə Xəlilova  tədbirdə çıxış edərək bildirib ki,  Ulu Öndərin xatirəsi ona məhəbbətlə yanaşan hər kəs tərəfindən müxtəlif tədbirlər vasitəsilə anılır. Ardını oxu »

Gəncədə beynəlxalq elmi konfrans keçirilir

Mayın 4-də Gəncə şəhər İcra Hakimiyyətinin və Təhsil nazirliyinin dəstəyi, Gəncə Dövlət Universitetinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunan “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfransın açılışı olub.

Gəncə şəhər Heydər Əliyev Mərkəzində keçirilən konfransda şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Milli Məclisin deputatları, respublikamızda fəaliyyət göstərən elm-təhsil Ardını oxu »

Qaraağacı kəndində səyyar-qəbul görüş keçirilib

Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Qaraağacı kəndində olub. Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Qaraağacı kənd İƏD üzrə nümayəndə Lətif Həmidov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb. Ardını oxu »

Azərbaycan səhiyyəsi öz uğurlarına görə ulu öndər Heydər Əliyevə minnətdardır

Bildiyiniz kimi, mayın 1-dən etibarən ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Qazax rayon Heydər Əliyev Mərkəzində “Açıq qapı” günləri təşkil olunur. Artıq 4 gündür ki, uğurla davam edən “Açıq qapı” günlərində ekskursiyaçılara ulu öndərin siyasi irsini, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri əhatə edən dolğun məlumatlar çatdırılır.

Ardını oxu »

Azərbaycanda təhsil sahəsi geniş islahatlar yolundadır

Azərbaycanda təhsil sahəsi geniş islahatlar yolundadır. Bu islahatlar Azərbaycan təhsilini yeni inkişaf mərhələsinə çatdıracaq.

Bunu Baş nazirin müavini, YAP sədrinin müavini – icraçı katib Əli Əhmədov Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxış edərkən deyib. Ardını oxu »

Milli Məclis toplanır – Gündəlikdə 23 məsələ var

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
 İclasın gündəliyinə 23 məsələ daxil edilib.”Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikası Konstitusiya qanununun layihəsi haqqında

Ardını oxu »

Arxiv
Təqvim
May 2018
S M T W T F S
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 18
  • 10
  • 1,017
  • 3,073
ILK-10 Azeri Website Directory