May 5, 2018

“2018-ci il sahibkarlar üçün keçid ili olacaq”

“İqtisadi şəraitdən asılı olaraq kiçik sahibkar daha tez zərbə görən kateqoriyadır. Məhz bu səbəbdən kiçik sahibkar sinfində vergi sadələşdirilib”.

APA-Economics”in məlumatına görə, bunu bu gün Bakı şəhəri “Pullman” otelində ölkəmizin aparıcı şirkətlərinin dəstəyi və iştirakı ilə ) “Rəqəmsal Biznes Trendləri” devizi altında keçirilən II Maliyyə və İnvestisiya Forumunda (FIF2018) Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Nicat İmanov deyib. Ardını oxu »

Lənkəranda ilk çay yığımı bayramla başladı

Mayın 5-də Lənkəran rayonunun İsti su qəsəbəsində “Yaşıl çay” FT MMC-nin çay plantasiyasında 2018-ci ilin  ilk çay məhsul  yığımının başlanması münasibəti ilə bayram şənliyi keçirilib.   Şənlikdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov, ağsaqqallar, ziyalılar, çayçılıqla məşğul olan digər təsərrüfatların rəhbərləri, əmək kollektivlərinin nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər. Ardını oxu »

Nəsimi rayonunda faşizm üzərində tarixi Qələbənin 73-cü ildönümü qeyd olunmuşdur

II Dünya Müharibəsində faşizm üzərində Qələbənin 73-ci ildönümü paytaxtımızın mərkəzi rayonu olan Nəsimi rayonunda çox geniş və təntənəli  şəkildə qeyd olunmuşdur. Bununla əlaqədar   rayonun idarə və təşkilatlarında, ali və orta təhsil müəssisələrində veteranlarla görüşlər, mədəniyyət müəssisələrində tədbirlər təşkil olunmuşdur.

Qələbə günü ilə bağlı rayondakı 1941-1945 abidəsinin yerləşdiyi parkda  Nəsimi rayon rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, veteranların iştirakı ilə təntənəli tədbir keçirilmişdir. Ardını oxu »

“Barlı bağlar” layihəsinin növbəti maarifləndirici tədbiri Mirzəbəyli kəndində keçirilib

Ardını oxu »

Şəkinin tarixi məkanları ilə tanışlıq fransalı qonaqlarda xoş təəssürat yaradıb

“Azərbaycanı kəşf edək” layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan Fransa parlamentinin sabiq üzvü, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Marselin rəhbərliyi ilə Fransa nümayəndə heyətinin üzvləri mayın 4-5-də Şəkidə olublar.

Ardını oxu »

Gəncədə əhalinin tibbi müayinəsi davam edir

Növbəti tibbi müayinə şəhərin Məhsəti Gəncəvi qəsəbəsində təşkil olunub. Gəncə şəhər 5 saylı poliklinikanın terapevt, nevropatoloq, oftalmoloq və başqa ixtisas həkimləri qəsəbə sakinlərini səyyar rentgenoflüoroqrafik, laborator və tibbi göstəriş üzrə müxtəlif müayinələrdən keçiriblər.

Poliklinikanın baş həkimi Asim Kazımovun sözlərinə görə, bu gün 21 saylı orta məktəbdə təşkil olunan müayinələr zamanı 172 vətəndaş müxtəlif sahələr üzrə tibbi baxışdan keçirilib. Ardını oxu »

Arxiv
Təqvim
Statistika
  • 0
  • 32
  • 11
  • 1,289
  • 4,279
ILK-10 Azeri Website Directory