May 6, 2018

Prezident İlham Əliyev Xızı şəhərinə və Altıağac qəsəbəsinə içməli suyun verilməsi mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də “Xızı şəhərində və Altıağac qəsəbəsində içməli su təchizatı sistemlərinin yenidən qurulması və kanalizasiya şəbəkəsinin yaradılması” layihəsinin yekunlaşması ilə bağlı keçirilən mərasimdə iştirak edib. Azərbaycan Prezidenti əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Dövlətimizin başçısı görüşdə çıxış etdi. Ardını oxu »

Rusiyalı teleaparıcı: “Ermənistan tarixən Rusiya üçün yük olub”

“Ermənistan tarixən, siyasi, fiziki və material olaraq Rusiya üçün yükdür. Bu yük ən əvvəldən olub”. 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu sözləri “Komsomolskaya Pravda” radiostansiyasının efirində tanınmış rusiyalı telejurnalist, “Rosneft” şirkətinin vitse-prezidenti və mətbuat katibi Mixail Leontyev bildirib.  Ardını oxu »

İƏT Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi

Banqladeş Xalq Respublikasının Dəkkə şəhərində 5-6 may tarixlərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 45-ci sessiyası keçirilib. 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sessiyada Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.  Ardını oxu »

Cəbhə xəttində gərginlik davam edir

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 82 dəfə pozub. 

525.az-ın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində və İcevan rayonu Ardını oxu »

Bu il Türkiyə və Rusiya arasında viza rejimi ləğv edilə bilər

Rəsmi Ankara bu ilin sonuna qədər Rusiya ilə viza rejiminin ləğv edilməsini, yaxud viza rejiminin yumşaldılmasını gözləyir. 

APA-nın məlumatına görə, bunu bu gün Türkiyə xarici işlər nazir Mövlud Çavuşoğlu “CNN Turk” telekanalına müsahibəsində bildirib.

M. Çavuşoğlu deyib ki, bu ilin sonunda iki ölkənin prezidentləri telefon danışığı, yaxud ilk şəxsi görüşlərində viza rejiminin ləğvi barədə qərar verə bilərlər.  Ardını oxu »

Qazax rayon Heydər Əliyev Mərkəzində nikah mərasimi keçirilib

Qazax rayonundakı Heydər Əliyev Mərkəzində yeni qurulan gənc ailənin nikah mərasimi keçirilirb. Ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsinə təsadüf etdiyindən gənclər ulu öndərin adını daşıyan mərkəzdə nikaha daxil olublar.
Bu günkü nikah mərasimi Babayev Sabir Əzim oğlu və Göşşüyeva Aytac İbadət qızından ibarət cütlüklərin arzusu əsasında reallaşıb.

Ardını oxu »

Akademik Vaqif Fərzəliyevə Oksford Akademik Birliyinə üzvlük atributları təqdim olunub

Azərbaycan Milli Elmlər Akademiyası akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyevin Böyük Britaniyanın Oksford Akademik Birliyinə üzvlüyü rəsmiləşdirilib. Belə ki, görkəmli akademikə adıçəkilən quruma üzvlüyü təsdiq edən atributlar təqdim olunub.

Ardını oxu »

Arxiv
Təqvim
Statistika
  • 0
  • 44
  • 11
  • 717
  • 3,156
ILK-10 Azeri Website Directory