May 8, 2018

DAŞKƏSƏN RAYONUNUN BAYTARLARI TƏSƏRRÜFATLARDA PEYVƏNDLƏMƏ İŞLƏRİNƏ BAŞLAYIBLAR

Yaz fəslində xırda buynuzlu heyvanlar arasında ən çox rast gəlinən və yayılan infeksion xəstəliklərdən biri də bruselyozdur. Bunu nəzərə alan  Daşkəsən rayonun baytarları təsərrüfatlarda peyvəndləmə işlərinə başlayıb.

Kənd Təsərrüfatı Nazirliyi Yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən hazırlanan tədbirlər planına uyğun olaraq həyata keçirilən peyvəndləməyə rayonun 4 həkim baytar briqadası cəlb edilib. Ardını oxu »

XİN: Şuşanın işğalı Ermənistanın Azərbaycana qarşı sistematik işğalçılıq siyasətinin tərkib hissəsidir

Müvəqqəti işğal altında olan Dağlıq Qarabağ regionu həmişə Azərbaycanın ayrılmaz hissəsi olub və olacaq.

Şuşa şəhərinin işğalı Ermənistanın Azərbaycana qarşı sistematik təcavüz və işğal siyasətinin tərkib hissəsidir.

Bu sözlər Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Azərbaycanın Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə əlaqədar yaydığı açıqlamada bildirilib. Ardını oxu »

Nazir: “Son 15 ildə polislərin maaşı 16 dəfə artıb”

“Dünya çox çətin dövrdə yaşayır. Son iyirmi ildə onlarla ölkə bir anın içində vətəndaş müharibəsinə sürüklənib, dövlətçiliyini, müstəqillyini itirib, milyonlarla əhali qaçqına çevrilib. Yaşadığımız bölgənin də daxil olduğu coğrafi ərazidə terror, siyasi xaos, dini radikalizm yönündə çoxsaylı müharibələr yaşanır. Bu bəlalar Azərbaycanın sərhədinə doğru irəliləyir və onu ölkəmizə keçirmək istəyən məlum qüvvələr uzun illərdir ki, dayanmadan fəaliyyətdədirlər. Ardını oxu »

Türkiyənin Bursa “Bölge” Dövlət Simfonik Orkestrı Gəncə Dövlət Filarmoniyasının səhnəsində

Gəncə Dövlət Filarmoniyasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan konsert proqramı təşkil olunub.

Tədbiri giriş sözü ilə açan Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ölkənin hər yerində olduğu kimi, Gəncədə də umummili lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən silsilə tədbirlərin keçirildiyini bildirib. Ardını oxu »

Ziyafət Əsgərov: “Torpaqlarımızın 20 faizi işğal olunub, Avropa İttifaqı isə…”

“Azərbaycanın hansı regionda yerləşdiyi məlumdur. Azərbaycanın “Əsrin müqaviləsi” imzalanarkən hansı təhdidlərlə qarşı-qarşıya olduğu da məlum idi. Heydər Əliyev də bunu qeyd etmişdi. Buna baxmayaraq, Azərbaycan o vaxt bu müqaviləni imzaladı”. 

Ardını oxu »

O gün uzaqda deyil…

Mayın 7-də Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində Şuşa şəhərinin ermənilər tərəfindən işğalının 26–cı ildönümü ilə bağlı tədbir keçirildi. Toplantıda Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, RİH əməkdaşları, Pirallahı rayonunun idarə və təşkilatlarının, rayon ictimaiyyətinin nümayəndələri, N saylı hərbi hissənin əsgərləri, orta məktəb şagirdləri, KİV təmsilçiləri iştirak etdilər.

Ardını oxu »

Kürdəmirdə Şahmat üzrə rayon birinciliyinə yekun vurulub

Mayın 7-də Kürdəmir  rayon  Gənclər  və  İdman   idarəsinin  təşkilatçılığı ilə  rayonun  Uşaq  Gənclər  İdman  Şahmat  məktəbində  Ümummilli  Lider Heydər  Əliyevin  anadan  olmasının   95-ci   ildönümünə   həsr   olunmuş  idmanın  şahmat üzrə rayon birinciliyi keçirilib.

Ardını oxu »

Qəbələdə stend atıcılığı üzrə Beynəlxalq Qran-Pri yarışlarına start verilib

Qəbələ” Atıcılıq Klubu növbəti dəfə möhtəşəm idman yarışlarından birinə ev sahibliyi edir. Mayın 8-də səhər saatlarından başlayaraq klubun idman bazasında – Qəbələ Stend və Ox Atıcılığı Kompleksində ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş stend atıcılığı üzrə Beynəlxalq Qran-Pri yarışlarına start verilib. Ardını oxu »

Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş yığıncaq keçirilib

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Qazax rayon Təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş yığıncaq keçirilib.
Yığıncaqda idarə, müəssisə, təşkilat rəhbərləri, gənclər, YAP fəalları, ictimaiyyət və KİV nümayəndələri iştirak edib. Ardını oxu »

Samuxda meyvəçilik inkişaf edir

Meyvəçilik rayonun kənd təsərrüfatının əsas sahələrindən biridir. Hal-hazırda rayonda tumlu, qərzəkli, çəyirdəkli, quru subtropik və s. meyvə növləri yetişdirilir. Rayonda meyvə ağacları əsasən əhalinin həyətyanı sahələrində üstünlük təşkil edir, lakin buna baxmayaraq son illər əhali öz pay torpaqlarında da yeni meyvə bağları salır.

Ardını oxu »

Arxiv
Təqvim
Statistika
  • 0
  • 44
  • 11
  • 717
  • 3,156
ILK-10 Azeri Website Directory